Milli Məclis tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibləri məlum olub.
Yenixeber.org: Milli Məclisin tender müsabiqəsinin qalibləri “Flores-KO” MMC (VÖEN – 1405818431) və "Green Storm Corp" MMC (VÖEN – 1505772841) olub.
“Flores-KO” MMC Milli Məclisə inzibati binanın vestibülü üçün payəndaz (ayaqaltı) satacaq, "Green Storm Corp" MMC isə inzibati binalarda zəif cərəyanlı sistemlərin quraşdırılması, rabitə və şəbəkə kabellərinin test olunması işlərini görəcək.
Tender müsabiqəsində diqqət çəkən odur ki, qalib olan hər 2 şirkət barəsində kifayət qədər şübhəli məqamlar var.
Hər iki şirkət təxminən eyni tarixlərdə - bu ilin yanvar ayının 21-i və 24-ü tarixlərində dövlət qeydiyyatına alınıblar.
Hüquqi ünvanı Nəsimi rayonu, Asif Məhərrəmov, ev 66. m. 56-da yerləşən “Flores-KO” MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi İbrahimov Siyasət Rasim oğludur.
“Flores-KO” MMC qeydiyyatda olduğu ünvanda - Asif Məhərrəmov, ev 66. m. 56-da İbrahimov Siyasət Rasim oğlunun rəhbərlik etdiyi daha 2 şirkət - “Rıkon-TT” MMC (VÖEN – 1405820151) və “Rıvera-333” MMC (VÖEN – 1405818561) də qeydiyyata alınıb.
Adları qeyd olunan bu şirkətlər dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra fərqli istiqamətlərdə keçirilən tender müsabiqələrində qalib olublar.
Məsələn, “İctimai TV” dekorasiya quraşdırma işlərinin satın alınması məqsədilə 02.03.2022-ci il tarixində kotirovka sorğusu elan edib. Tender müsabiqəsinin qalibi olan “Flores-KO” MMC bu elandan təxminən bir ay əvvəl – 21.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Cəmi bir ay əvvəl yaranmasına baxmayaraq “Flores-KO” MMC Gədəbəy rayon İcra Hakimiyyətinə 100 ədəd məişət tullantıları üçün konteyner (“zibil qabı”) satıb.
“Bakı Şəhər Dezinfeksiya Mərkəzi” nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin alınması məqsədilə 04.02.2022-ci il tarixində açıq tender elan edib. Tenderin qalibi olan “Rıkon-TT” MMC bu elandan 10 gün əvvəl – 24.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan "Green Storm Corp" MMC-nin hüquqi ünvanı isə “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135”də yerləşir. Qanuni təmsilçisi isə Axundov Elman Qulu oğludur.
"Green Storm Corp" MMC-nin qanuni təmsilçisi Axundov Elman Qulu oğlu eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan daha 3 şirkətin - “Elm 86 LT” MMC, "Star-08 LT" MMC və "Gold Planet LT" MMC MMC-lərin də rəhbəridir. Bu şirkətlər də qeydiyyata alındıqdan qısa müddət sonra keçirilən onlarla tenderin qalibi olublar.
Məsələn, “Elm 86 LT” MMC ilk dəfə dövlət qeydiyyatına alındıqdan cəmi 8 gün sonra (02.02.2022-ci il) “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin keçirdiyi tenderdə qalib olub.
Göründüyü kimi heç bir təcrübəsi olmadığı halda eyni hüquqi ünvanda yerləşən, eyni şəxsin rəhbərlik etdiyi şirkətlər fərqli dövlət qurumlarına fərqli sahədə iş və xidmətlər təqdim edib.
Qısa müddət əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Qeyd edək ki, bir-neçə gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib. Sənədlərin saxtalaşdırılmasında iştirak edən şirkətlər arasında “Star - 08 LT” MMC və "Gold Planet LT" MMC də var.
Maraqlı məqamlardan biri də odur ki, bu şirkətlərin dövlət qeydiyyatına alındığı ünvanlarda qısa müddət ərzində onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.(yeniavaz.com)
A. Cəfərov