Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qana susamış gənclik:güc nümayişi, psixoloji travma, yoxsa...

Sosioloq: “Dörd amilin kombinasiyasında çatışmazlıqlar meydana gəldiyi zaman bu cür hallar baş verir”

Psixoloq: “Fərdin davamlı olaraq eyni mühitdə qalması onun psixikasında müəyyən problemlər yaradır”

Yenixeber.org: Şağan Olimpiya İdman Kompleksində XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun 20 yaşlı şəxs tərəfindən qətlə yetirilməsi, ardınca sosial şəbəkələrdə Gəncə şəhərində tələbələr arasında kütləvi davanın baş verməsini əks etdirən görüntülərin yayılması ciddi müzakirələrə səbəb olub. Belə ki, noyabrın 18-də Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranmış mübahisə kütləvi davaya çevrilib.

Müşahidələr deməyə əsas verir ki, keçid dövründə bəzi gənclər soyuq silah gəzdirməyi və bunu nümayiş etdirməyi fəxr sayırlar. Bu, sanki güc nümayişinə, “söz sahibi” imicinə xidmət edir.

Görəsən, bu düşüncə necə formalaşır, nədən qaynaqlanır? Buna səbəb sırf dediyimiz özünütəsdiq refleksidir, yoxsa psixoloji, sosioloji, maddi səbəbləri də var? Bəlkə sosial şəbəkələr bu kimi halların geniş yayılmasına rəvac verir?

“Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, sosioloq Əhməd Qəşəmoğlu deyir ki, gənclər arasında münaqişələr minillərdir davam edir: “Qabaqlar sosial media yox idi, informasiyanı asanlıqla ictimailəşdirmək olmurdu deyə, bu kimi hadisələrdən az xəbər tuturduq. İndi isə informasiya əsridir, xalq jurnalistikası dəyərləri formalaşıb. Sosial şəbəkələrdə işləmək vərdişi olan insanlar çox asanlıqla lentə aldıqları kadrları nümayiş etdirə bilirlər. Xüsusən gənclər arasında informasiya texnologiyaları vərdişləri daha çoxdur. Əsas səbəb budur”.

“Amma iki gənc vuruşub, ənənəvi haldır, deyib bunun üzərindən keçmək də olmaz. Mən burada bir məqama diqqət çəkmək istəyirəm. Hər bir insan dörd amil üzərindən sosial həyata bağlanır: burada şəxsi və fərdi xüsusiyyətlər, ətraf mühitin təsirləri, aldığı informasiyanın məzmunu və intensivliyi, informasiya istehlakı səviyyəsi mühüm rol oynayır”, - deyə həmsöhbətimiz bildirib.

Sosioloqun sözlərinə görə, bu dörd amilin kombinasiyasında çatışmazlıqlar meydana gəldiyi zaman bu cür böhranlı vəziyyətlər ortaya çıxır: “Bu, təkcə yaşa görə deyil. Mühit normal olsaydı, mənfi xüsusiyyətlər bloklanardı. Burada, heç şübhəsiz, obyektiv və subyektiv səbəblərin də rolu olmamış deyil. Bu, aksiomadır ki, mənəvi dəyərlər sıxışdırılanda, arxa planda keçəndə insanlar digər üsullarla özlərini təsdiq etməyə çalışırlar. Bu, bütün cəmiyyətlərdə belədir”.

“Bəs inkişaf etmiş və etməkdə olan dövlətlər bundan necə yayınır? Kiçik bir müqayisə aparsaq, görərik ki, onlarda elmi və analitik yanaşma mövcuddur. Elmi və beyin mərkəzləri fəaliyyət göstərir. Onlar cəmiyyətin həyatına dair vaxtaşırı hesabatlar hazırlayırlar. Əhalinin sosial-psixoloji durumunu təhlil edirlər. Bütün dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, özəl sektor, bütövlükdə cəmiyyət onların hesabatlarına istinad edir. Bizdə belə mərkəzlər ya yoxdur, ya da formal fəaliyyət göstərirlər”, - deyə Qəşəmoğlu vurğulayıb.

Əlavə edib ki, informasiya mühiti də burada başlıca amillərdən biridir: “Azərbaycanda “efir siyasəti” deyilən anlayış yoxdur. Televiziya platforması, informasiya siyasəti terminləri sanki bizə yaddır. Həm bu, həm də müasir dövrün üstünlüyü olaraq sosial şəbəkələr dominant mövqedədir. İnformasiya siyasəti olmadığına görə də orada da neqativ informasiyalar meydan sulayır. Unutmaq lazım deyil ki, psixoloji elementlər sürətlə dəyişir və bu cəmiyyət nəinki 50, heç 10 il qabaqkı cəmiyyət də deyil. Bu baxımdan bu kimi məsələlərə daha diqqətlə və ehtiyatla yanaşmalıyıq”.

Psixoloq Azad İsazadə isə deyir ki, fərdin davamlı olaraq eyni mühitdə qalması onun psixikasında müəyyən problemlər yaradır: “Gənclər arasında intihar hallarının atması, eləcə də onların bir-birinə qəsd etməsi, kütləvi davalar həmişə olub, bu gün də var. Burada səbəblər müxtəlifdir. Lakin ümumiləşdirib söyləmək olar ki, bu kimi halların baş verməsinə əsas səbəb özünütəsdiq instinktinin formalaşması ilə bağlıdır. İnsan digər sahədə uğur qazanmayanda özünü üstün göstərmək zərurəti hiss edir və bəzən bunu açıq şəkildə nümayiş etdirir. Bu, daha çox yeniyetmələr və gənclər üçün xarakterikdir. Çünki onlar keçid dövrünü yaşayırlar”.

“Qabaqlar bu cür informasiyalar ictimaiyyətə daha gec çatırdı. Onda sosial şəbəkələr yox idi, indi isə var. Statistikanı müvafiq qurumlar açıqlamalıdır ki, bu kimi neqativ hallar artıb, yoxsa azalıb. Amma o, dəqiqdir ki, son dövrlər cəmiyyətdə aqressiya daha da çoxalıb”, - deyə mütəxəssis izah edib.

İsazadə əmimdir, beyin mərkəzləri formalaşdırılmalı və bununla bağlı hesabatlar yayılmalıdır: “Əgər biz vəziyyəti dəqiq təhlil edəriksə, o halda ona qarşı mübarizə də daha effektiv olacaq. Yox, sadəcə statistika xatirinə araşdırmalar heç bir nəticə verməyəcək. Gənclər arasında qəddarlıq meyllərinin artması eyni zamanda psixoloji gərginliklər, qayğılar, sosial problemlər səbəbindən də ortaya çıxır. Bəzən insan özünün zəif durumda olduğunu hiss edir və bununla barışmaq istəmir. Azərbaycanda psixoloq yanına getmək ənənəsi formalaşmadığına görə insanlar öz problemlərini özləri həll etməyə çalışırlar”.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam