Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

 Kompleks Qazma İşləri Trestində İŞÇİ HAQQI pozulur -Bəs qanunlar NƏ DEYİR?

“Kompleks Qazma İşləri Tresti”ndə ÖZBAŞINALIQ - Yeyinti ittihamı
"SOCAR Kompleks Qazma İşləri Trestinin Abşeron bölümünün rəhbərləri ,Xahiş edirəm qanunu diqqətlə oxuyun və ezamiyyətlərə,o cümlədən Salyana, Babacanlıya , göndərdiyiniz işçilərin ezamiyyə xərclərini ödəyin, həmçinin onlara normal iş şəraiti yaradın.İşçiləriniz susuzluqdan əziyyət çəkir".
Yenixeber.org: Bu açıqlama ilə tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Sözügedən problemin aktual olduğunu, işçilərin hüquqları ilə bağlı nəinki özlərinin, əksrə hallarda onları idarə edən rəhbər şəxslərin belə məlumatsız olduğunu qeyd edən M.Qəhrəmanlə məhz bu kimi hallara görə, yenidən müvafiq qaydaları haqqında qısa məlumatı təqdim etməyi borc bildiyini də xüsusi olaraq vurğulayır. Beləliklə, qanunlarımız bu barədə NƏ DEYİR:

Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
Daimi işi yolda olan və ya gediş - gəliş yaxud nəzəri xarakter daşıyan işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir.
Ezamiyyə-ezamiyyət vəsiqəsi verilməklə bərabər müəssisə, idarə və təşkilatın rəhbərinin əmri ilə rəsmiləşdirilir.Əmrdə qarşı tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar öz əksini tapmalıdır. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata və ya xarici ölkələrə xidmət ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud qarşı tərəfin dəvəti əsasında həyata keçirilir.
Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl yol, kommunal və gündəlik yemək xərclərinin ödənilməsi üçün pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir.Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir Ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.
Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.

***

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam