Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMEA-nın bitib tükənməyən oyunbazlığı-FAKTLAR VƏ SÜBÜTLAR

AMEA-nın bitib tükənməyən oyunbazlığı-FAKTLAR VƏ SÜBÜTLAR

AMEA-dakı özbaşınalıqlar dayanmadan həddi-hüdudunu aşır. Təəssüf ki, hörmətli akademik Arif Həşimovun azad jurnalist səsini “məhkəməyə veririk” hədə-qorxusu ilə susdurmaq çəhdi heç bir nəticə verməyəcək. Azad və demokratik Azərbaycanda Möhtərəm cənab Prezident İlham Əliyevin sayəsində hər bir jurnalistın cəmiyyətə həqiqətləri söyləmək hüququ var.

Yenixeber.org: O həqiqətləri ki, əsaslı dəlillər və sənədlərdə öz təsdiqini tapır.
Bu günə qədər AMEA haqqında yazılan bütün məqalələrdə ictimaiyyətə çatdırdığımız məlumatların doğruluğu dəlil və sübutlarla təsdiqlənmişdir. AMEA-nı Ramiz Mehdiyevə ibadət ocağına çevirən Arif Həşimov günü bu gün Möhtərəm cənab Prezident İlham Əliyevə və Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kiçik bir lövhə belə qurmayıb, lakin Ramiz Mehdiyevə ibadət üçün divardakı xatirə lövhələri yadigar olaraq qalır və hamıya xatırladır ki, keçmiş rəhbərlikdən qalan komanda de-yuro olmasa da, de-fakto Arif Həşimovun əvəzinə AMEA-ya rəhbərliyi davam etdirir.
Növbəti biabırçı bir faktı araşdırdıq.

19 avqust 2022-ci il tarixində AMEA Rəyasət Heyətinin növbədənkənar iclası keçirilmişdir. Qapalı, hamıdan gizli saxlanılan bir iclas. Niyə? Məgər AMEA məxfi sirlərə malik bir təşkilatdır?! Ya bu o dərəcədə məxfi bir məsələdir ki, heç idarə və şöbə müdirləri də iclasa dəvət olunmamışlar.

Müəyyən olunduğu kimi, həmin iclasda AMEA-da qalan struktur vahidlərinin müzakirəsi aparılmışdır və yekunda nəhayət, 15/1 saylı qərar verilmişdir. Oxucu kütləsinə həmin sənədi təqdim edirik. Amma təəssüf ki, hansı səbəbdənsə bu qərar artıq bir aya yaxındır ki, hamıdan gizli saxlanılır, hətta AMEA İşlər idarəsinin müdirinə belə təqdim olunmayıb. Bu hal qərəzli deyilsə, bəs nədir?

Bu saymamazlığa səbəb bəlkə Elton Məmmədovun məhkəməyə müraciət edərək qanunsuz çıxarıldığı vəzifəsinə qayıtmasıdır?! Məlumdur ki, bu faktı Ramiz Mehdiyev-Arif Həşimov cütlüyü heç cür həzm edə bilmirlər.

Onu da qeyd edək ki, AMEA bir təşkilat kimi öz uğursuz fəaliyyəti nəticəsində son iki il ərzində bütün məhkəmələri uduza-uduza cəmiyyətdə onsuz da ləkələnmiş nüfuzunu tamam itirir. Amma buna baxmayaraq, eyni səhvlərə yol verməklə sanki bilərəkdən işçiləri narazı salaraq tək özlərinə deyil, dövlətə qarşı da qaldırırlar. Nəyə görə AMEA Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyev öz bacısının həyat yoldaşı İqbal Qəhrəmanovu Xüsusi şöbəyə müdir təyin elətdirə bilir, İşlər idarəsində ixtisara düşən və əyani magistraturada təhsil alan qardaşı oğlu Anar Mehdiyevi həmin Xüsusi şöbəyə baş mütəxəssis vəzifəsinə götürə bilir? AMEA Xüsusi şöbəsi necə vardısa, bu gün də Natiq Mehdiyevin ailə podratı kimi fəaliyyətdədir. Buradan səslənirik, hörmətli DTX rəhbərliyi, bu biabırçılığa nə üçün son qoyulmur? Harada görünüb ki, eyni təşkilatda Kadrlar şöbəsi ilə Xüsusi şöbə qohumluq prinsipi ilə fəaliyyət göstərsin? Bu halda hüquqları pozulan işçilər kimdən kimə şikayət etsin?

Amma siravi, rəhbərliklə əlaqəsi olmayan, 10-20-30 il AMEA-nın Rəyasət Heyətində çalışan işçilər xəbərdarlıq alaraq yola salınır. Kimdə qüsur tapa bilmirlərsə, işlənmiş sxem üzrə şər-böhtanla ləkələyərək işdən uzaqlaşdırırlar.

Qayıdaq həmin qərara. Onun tamamilə təzə strukturla əlavəsini görən olmayıb. Əlavə böyük bir dövlət sirri kimi saxlanılır və gizlədilir. Yəqin ki, yerdə qalan vəzifələr kimlərinsə yaxınları və qohumlarına paylanılıb müəyyən edilməyənədək də üzə çıxmayacaq. Məlum olduğu kimi, tək bu qərarın əlavəsi deyil, heç qərarın özü belə AMEA-nın vitse-prezidentlərinin xidmətlərinə, idarə və şöbələrinə təqdim olunmayıb. Kadrlar şöbəsinin məşhur müdiri Natiq Mehdiyev isə xəbərdarlıq verilən işçilərə işdən çıxarılmaları üçün əsas olan qərarı göstərmir, şifahi bilgi verir.
Arif müəllim, niyə gizlədirsiniz bu qərarın 1-ci və 2-ci bəndlərində göstərilən əlavələri?

Yeni struktur təsdiqlənməmiş köhnə struktur qüvvədə qalırsa, niyə indidən insanlara xəbərdarlıqlar paylanılır, ya o xəbərdarlığı arxa-dayağı, qohumu-əzizi olmayanlar alır? Onların taleyi-aqibəti artıq kiminsə tərəfindən həll olunub?!

Ədalət naminədirsə, hamı alsın o xəbərdarlığı bir nəfər kimi, amma az qala unutmuşduq axı, hər zaman olduğu kimi, AMEA Arif Həşimov üçün və keçmiş rəhbərin vaxtından qalan komandanın şəxsi obyekti kimi idarə olunur. Xoşuma gəlirsən – qal, gəlmirsən – get. Xoşuma gəlməyənlə dostsan – get… başqa hansı kriteriyalar əsas götürülür?

Qərarın 5-ci bəndinə əsasən, ştatların ixtisarları ilə əlaqədar işdən azad edilmış işçilər tabelikdə olan müəssisələrdə işlə təmin olunacaq. Yəqin qərarın icrasını üzərinə götürən Arif Həşimov unudub ki, AMEA-nın 28 institutu artıq onun tabeliyində deyil. Və ya 6-ci bənddə göstərilir ki, AMEA “Elm və Texnologiya Parkı” MMC ləğv olunur və onun balansında olan bina və tikililər “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə verilir.

Yəqin yaddaş zəifləyib. “AMEA Yüksək Texnologiyalar Parkı” MMC artıq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə verilib. Bu ciddi və kobud prosessual pozuntudur. Amma niyə təəccüblənirik ki? Bu artıq neçənci qanun pozuntusudur?

Xatırladaq ki, keçən il Arif Həşimov DİM-dən qeydiyyət keçməyən şəxsi rəhbərlik etdiyi Fizika İnstitutunda qanunsuz olaraq doktoranturaya qəbul edib. Bu haqda ətraflı yazmışdıq. Onu da xatırladaq ki, sabahdan başlayaraq 6-8 sentyabr 2022-ci il tarixlərində AMEA-nın doktoranturasına “Fəlsəfə” və ixtisas fənlərindən imtahanlar keçiriləcək. Biz azad pressa kimi bu prosesi müşahidə edəcəyik və ictimaiyyət əmin olsun ki, heç bir qanun pozuntusu gizli qalmayacaq.

Qərarın 7-ci bəndində artıq AMEA-nın əksər elmi tədqiqat müəssisələrinin Nazirliyə verilməsini yada salan Arif müəllim AMEA-nın yataqxanasının da Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçməsini elan edib. Əslində bu xoş xəbərdir, nəhayət ki, orada yaşayan insanlar üçün qayda-qanun olar. Amma görəsən onların özünün bundan xəbərləri var? Qərarın gizlədilməsini nəzərə alsaq, bu insanların da taleləri ilə oynayan Arif Həşimov öz hegemonluğundan əl çəkmir, yenə də vəzifəsindən sui-istifadə edir.
AMEA-da baş verən çoxsaylı qanun pozuntuları barədə həm bizim sayt, həm də digər saytlar silsilə məlumatlar verib.

Amma nə səbəbdənsə, AMEA-nın heç bir rəsmi nümayəndəsi tərəfindən bu məlumatlar bu günə qədər təkzib olunmayıb. Təvazökarlıqdan uzaq olsa da, aydındır ki, dəlil və sənədlərlə təsdiqlənən özbaşınalıq və qanunsuzluqlar necə təkzib olunsun axı?

Biz hələ də AMEA-nın mövqeyini dərc etməyə hazırıq, amma xatırladaq ki, bizi məhkəmə ilə qorxutmağa çalışmayın, bizim azad səsimizi susdura bilməzsiniz.(dosye.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam