Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Ermənilər Laçında SİLAHLI MÜQAVİMƏTƏ hazırlaşır -İrəvandan gələn var

Ermənilər Laçın şəhəri və Zabuxda “özünümüdafiə” adı ilə müqavimətə hazırlaşır.
Yenixeber.org: Bu prosesə Ermənistandakı “Demokratik birləşmə” partiyasının sədri Suren Petrosyan rəhbərlik edir.


Məlumata görə, Suren Petrosyan və ailəsi hazırda Zabuxdadır.

“Biz Laçın və Zabuxun “özünümüdafiəsinə” praktiki hazır olan insanları mübarizəyə qoşulmağa çağırırıq. 100-dən çox insan bizə qoşulmaq istəyini bildirib. Ermənistandan yüzlərlə məktub göndərilir, amma neçə nəfərin gələcəyini deyə bilmərəm. Çox şey barədə danışmaq istəmirəm, əsas məsələ buraya mümkün qədər çox adamın gəlməsidir”, - o deyib.


Suren Petrosyan

Petrosyan “özünümüdafiə”nin silahla, yoxsa başqa vasitələrlə aparılacağını açıqlamaqdan imtina edib. Deyib ki, Ermənistan əhalisinin 0,1 faizi gələrsə, Laçını və Zabuxu təhvil verməyəcəklər: “Mən ailəmlə Zabuxdayam. Burada müxtəlif fikirlər var. Bəziləri qalıb döyüşəcəyini deyir, bəziləri “bayraktar”larla döyüşə bilməyəcəyimizi bildirir”.

Qeyd edək ki, Laçın və Zabuxdakı ermənilərin bir hissəsi artıq ərazini tərk edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam