Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

İcra başçısının müavini Yuxarı Qarabağ Kanalının ərazilərini işbazlara satır? -DE-FAKTO

Azərbaycanda dövlət balansında olan torpaqların qeyri-qanuni olaraq satılması halları geniş vüsət alıb. Son illər ölkədə aparılan əsaslı islahatlar, aidiyyatı qurumların bu sahəyə nəzarətinin gücləndirilməsi paytax Bakıda belə qanunsuz halların qarşısını alsa da, təəssüflər olsun ki, regionlarda hələ də bu vəziyyət qalmaqda davam edir.
Yenixeber.org: Aaraşdırma zamanı müəyyən etmişik ki, dövlət balansında olan ərazilərin qeyri-qanuni olaraq satılması halları daha çox Bərdə rayonunda rast gəlinir. Belə ki, Bərdə rayonunun ərazsindən keçən Yuxarı Qarabağ Kanalının əraziləri Bərdə rayon İcra Hakimiyyəti tərəfindən müəyyən adlar altında qeyri-qanuni olaraq işbazlara satılmaqdadır. 
Məsələ ilə əlaqədar Yuxarı Qarabağ İstismar İdarəsindən aldığımız rəsmi cavab da Bərdə rayon İcra Hakimiyyətinin və bələdiyyələrin Melorasiya və Su Təsərrüfatı ASC-yə məxsus əraziləri satdığı barədə iddiaları gücləndirir. 
Qeyd edək ki, Yuxarı Qarabağ İstismar İdarəsi ona aid olan Yuxarı Qarabağ Kanalının ərazilərinin İcra Hakimiyyəti və bələdiyyələr tərəfindən satıldığını vurğulayır.
Məsələ ilə bağlı daha dərindən araşdırma aparmışıq.
Araşdırmamaız zamanı məlum oldu ki, Yuxarı Qarabağ Kanalının əsasən Bərdə rayonunun Qarayusifli, Mehdili, Hacallı kəndlərindən keçən hissəsinin Mincəçevir-Bəhramtəpə magistralına tərəf olan hissəsi satılıb. 
Bu ərazilərin satışının rayonun sosial inkişafına birbaşa məsul olan Bərdə rayon İcra Hakimiyyətinin başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - İcra başçısının müavini İlham Məmmədovun və müavinin nəzarəti altında həyata keçirildiyi bildirilir.
Vurğulayaq ki, saxta yolla sənədləşdirilib satılan bu ərazilər əsasən "dayanacaq" adı altında satılır.
Tikintisində ağır tikinti materiallarından istifadə olunan bu obyektlər Dövlətin yüz milyon manatdan artıq xərc çəkib tikdiyi Mingəçevir-Bəhramtəpə magistralının texniki şərtlərini pozmaqla, ərazinin ümumi görünüşünə xələl gətirməklə yanaşı, həm də Yuxarı Qarabağ Kanalının bəndini təhlükə altına alır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam