Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qubadlıda minaya düşən şirkət əməkdaşı ayağını itirdi: Şirkətin saxta işləri İFŞA OLUNDU -VİDEO

Qubadlıda minaya düşən şirkət əməkdaşı ayağını itirdi:  Şirkətin saxta işləri İFŞA OLUNDU -VİDEO


Adını xatırlamıram, deputatlardan hansısa demişdi ki, "Məmurlar arasında ən çox söyüləni deputatlardır".

Yenixeber.org: O haqlı idi. Düzdür, məmurların bəlkə də 95%-i haqqı tapdanmış vətəndaşlar tərəfindən söyülür. Ümumiyyətlə istər alqış olsun, istər qarğış, istər hörmət olsun, istərsə də təhqir bunu hər kəs özü qazanır. Kimsə kiməsə salyanlılar demişkən, "eycahançılıqdan" qarğış eləmir.

Məsələn, götürək elə kiçik sahibkarlığı. Əvvəllər, bir iş qurmaq üçün, "dişlə-dirnaqla" 5-10 manat pul yığa bilənlər, məhlədə balaca market açırdı, sakitcə dolanırdı. Yerini bilən kimi Fövqəladə Hallar Nazirliyinin işçiləri, Vergi əməkdaşları, əmək müfəttişliyi, ərazi üzrə sahə müvəkkili və sair qapısında sıraya durub, işləməyə imkan vermirdilər. Həmin kiçik sahibkarlar isə tamaşada deyildiyi kimi, "yerdə qalan 5 manatla" ailəsini ailəsini saxlamaq məcburiyyətində qalırdılar.

Kənardan "varlı" görünən bu sahibkarlar, bəzi məmurların "gözünü açdı" sanki. Şəbəkə market sistemi Bakıya gəldi və bizə fərqli qiymətə satsalar da, vitrində yazdıqları ucuz qiymətlərlə camaatı aldadıb, kiçik marketləri sıxışdırıb, sıradan çıxara bildi.

Şəbəkə marketlərləri və digər böyük biznesləri məmurların adına bağlamağımız da təsadüfi deyil. Demək olar ki, hansı böyük şirkət, müəssisə, market, aptek, hətta tikinti şirkətlərini araşdırırsan, mütləq şəkildə ya sahibkarın özü məmur çıxır, ya da məmurun yaxın adamı - dostu, qohumu, yaxud ailə üzvü olur.

Yeri gəlmişkən, sahibinin məmurun ailə üzvü olduğu deyilən böyük tikinti şirkətlərindən biri də "Protean Constitution" ASC-dir ki, orada çalışan və iş yerində sağlamlığını, daha doğrusu bir ayağını itirən Tovuz rayon, "Əsrik Cırdaxan" kənd sakini Nəsibov Bəybala Cəbrayıl oğlu redaksiyamıza videomüraciət ünvanlayıb.



Gördüyünüz kimi, Bəybala Nəsibov İqbal Ağazadənin qardaşı İlqar Ağazadə adlı şəxsin rəhbərliyi altında "Protean Constitution" şirkətində ekskavator operatoru olaraq işə qəbul edilib. Şirkətin göndərişi ilə Qubadlı - Eyvazlı yol layihəsinin tikintisi üçün Qarabağa gedib və orada bədbəxt hadisə yaşanıb. Belə ki, o idarə etdiyi texnikanın yanacağı erkən bitib və prorabın göstərişi ilə işdən erkən çıxmalı olublar. Yolda avtomobili saxladıb, təbii ehtiyacını ödəmək üçün yol kənarına çəkilib və düşmən tərəfin torpaqlarımızda basdırdıqları minalardan birinin partlaması nəticəsində sol ayağını itirib.

Bəybala deyir ki, hadisədən sonra, xəstəxanada ikən, huşsuz vəziyyətdə olduğu zaman şirkətin nümayəndəsi gəlib, tələsik bəzi (əmək müqaviləsi, sığorta sənədləri və digər)sənədləri imzaladıb ki, əvvəlkilər itib. Maraqlıdır, oboyda şirkətdə sənəd necə itə bilər? Özü də bir nəfərin - xəsarət alan şəxsin sənədləri.

Qeyd: Bəybalanın dediyinə görə nə işə götürülərkən, nə də xəstəxanada yatarkən tələsik imzaladılan sənədlərin heç birini oxumayıb.

Şirkət deyib, "özünüz çəkin müalicə xərclərini, şirkət hamısını qarşılayacaq", məsələnin ictimailəşdirilməsinə də imkan verilməyib ki, "şirkət nə lazımdır edəcək, ictimailəşdirməyin". 45 gün ərzində müalicə üçün çəkilən 9.000 (doqquz min) manat xərcin müqabilində, şirkət tərəfindən cəmi iki dəfə 500 manat pul verilib və sonra da deyilib ki, "işləyib pulunu qazanırdın da, nə pul verəcəyik?"...

Hər halda Bəybala Nəsibov özü belə deyir.

Yeri gəlmişkən, Bəybala Nəsibov xəstəxanada yatırıldığı müddətdə onun atasının və qardaşının sözügedən şirkətin məsul şəxsləri ilə olan telefon danışıqlarının səs yazıları da redaksiyamıza göndərilib. Həmin səs yazılarını dinləyərkən, hər danışıqda şirkət nümayəndəsinin hüquq-mühafizə orqanlarına verəcəkləri izahat üçün təlimatlandırıldıqları aydın görünür. Səs yazılarından belə anlaşılır ki, Bəybalanın yanında olan iş yoldaşları, ailəsi və Bəybalanın özü "hazır ssenari" ilə izahat verməli olublar.

Bundan əlavə, Bəybala bildirir ki, onlara müqavilədə 500 (beş yüz) AZN maaş yazılıb, amma 1400 (min dörd yüz) manat maaş alıblar hər ay ki, bu da şirkətin dövlət vergisindən yayınmağıdır. Əmək müqaviləsində iş günü həftənin 5 günü, iş saatı 8-dən 5-ə qədər yazılıb, amma həftənin hər günü səhər 7-dən, axşam 7-yə qədər işləyiblər. Ayda cəmi 3 gün evlərinə getmək üçün icazə verilib ki, bu da əmək qanunlarının kobud şəkildə pozulmasıdır.

Görünür, bu qədər qanun pozuntularının davamlı baş verdiyi böyük tikinti şirkətində çalışanların təhlükəsizliyi belə düzgün təmin edilməyib. Xəsarət alan işçilərə isə nəinki müalicə xərcləri, heç dəymiş ziyana görə təzminat da ödənmir. Hansı ki, Bəybala Nəsibovun redaksiyamıza göndərdiyi telefon danışıqlarının səs yazılarının hamısında İstər Bəybalanın dediyinə görə şirkətin rəhbəri, eyni zamanda "Ümid" partiyasının sədri İqbal Ağazadənin qardaşı İlqar Ağazadə özü olsun, istərsə də digər məsul şəxs hər şeyin yaxşı olacağı, bütün xərclərin ödəniləcəyi vədlərini verirlər. Beləcə bir müddət keçdikdən sonra, cavablar artıq dəyişilib - "nə pulu verəcəyik, işləyib, özünə pul qazanıb da".

Bəybala bildirir ki, artıq əmək qabiliyyətini itirməsinə baxmayaraq, ona üçüncü qrup əlilik dərəcəsi təyin edilib. Bu qrupla da aldığı təqaüd onun nəinki ailəsini saxlamaq, heç müalicə xərclərini ödəmir.

P.S: Bəybala Nəsibovun müraciəti ilə əlaqədar Şirkətin rəhbəri deyə bizə təqdim etdiyi İlqar Ağazadə ilə telefon əlaqəsi saxladıq. Özümüzü təqdim edib, redaksiyamıza daxil olan müraciət barəsində məlumat verdik və qarşı tərəf olaraq, mövqeyini öyrənmək istədiyimizi bildirdik.

İlk öncə onu qeyd edək ki, bir neçə dəqiqəlik dialoqumuz boyu İlqar Ağazadə bizimlə çox aqressiv danışdı.

Əvvəl dedi ki, "Mən rəhbər deyiləm, səhmdaram. Mənim məlumatım yoxdur o barədə".

Sonra dedi, "Bəybalanın məsələsi ilə bağlı Respublika prokurorluğunda da, Qubadlı rayon prokurorluğunda da cinayət işi açılıb, araşdırılır. Günahkar kimdirsə cəzasını da çəkəcək"

Sonra, "Bəybala işdən çıxıb gedəndə maşını saxladıb, düşüb, yeməli bitki var (adını anlaya bilmədik) onu yığmağa gedib, düşüb minaya. Orda hər yerdə znaklar var da. Onun nə işi var idi orda? Başqaları niyə düşməyib?

İşdən çıxandan sonra, iş yerindən kilometrlərlə uzaqda hadisə olub, onun şirkətə nə dəxli var?" - deyə daha da aqressiv şəkildə danışmağa başladı.

Dedik, "Axı Bəybala yanacaq bitdiyi üçün işdən erkən çıxdığını və yolda düşüb təbii ehtiyacını ödəyərkən bu hadisənin baş verdiyini, həmçinin oranın minalanmış sahə olduğuna dair heç bir bildiriş nişanı olmadığını deyir ".

İlqar Ağazadə, - "Yalan deyir o, bitki yığanda olub. Orda znaklar da var, çəkiliş də var. Noldu oqədər adam düşmədi? Özü də iki aydır ona yardım olunur, o bunların heç birini qiymətləndirməyib, sizə belə danışıbsa, onda mən heç nə deyə bilmərəm. Mən rəhbər deyiləm, mən səhmdaram. Siz məndən nə mövqe öyrənirsiniz, idarə heyətinin sədri var Məhəmməd Təhməzov. Ona zəng edin, ondan öyrənin."

Məhəmməd Məmmədovun telefon nömrəsini istədik, yalnız ofis nömrəsini verdi və sağollaşdıq.

Bəli, dəyərli izləyicilər, gördüyünüz kimi biri-birindən fərqli cümlələrlə İlqar Ağazadənin "cavablar"ı bu qədər oldu.

"Heç nə bilmirəm" deyə-deyə maşallah əməllicə məlumatlı imiş İlqar müəllim.

Yeri gəlmişkən, bizə göndərilən səs yazılarından biri də Bəybalanın atası ilə İlqar Ağazadənin telefon danışığıdır ki, İlqar müəllimin orada ataya "hər şeyin yaxşı olacağ"ına dair təsəlli, ya da ümid verəcək cümlələr yer alır.

Əlqərəz...

İlqar Ağazadə ilə danışığımız bitdikdən dərhal sonra verdiyi telefon nömrəsi vasitəsilə "Protean Constitution" tikinti şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Təhməzova zəng etdik. Telefona cavab verən xanım Məhəmməd Təhməzovun işdə olmadığını, müalicə üçün hazırda ölkə xaricində olduğunu bildirdi və qeyd etdi ki, "siz nömrə qoyun, müəllim gələndə verərəm, əlaqə saxlanılar".

Bir sözlə, xanım nə Məhəmməd Təhməzova məxsus bir nömrə verdi, nə də özü onunla əlaqə saxlayıb, dediklərimiz barəsində məlumat verdi.

Beləliklə, bu da daha bir tikinti şirkətində, daha bir xəsarət almış işçinin hüquqlarının pozulmasına dair iddiaları.

Qeyd edək ki, bu kimi hadisələr - yəni işçinin xəsarət alması faktları yüzlərlə, bəlkə də minlərlədir. Əksəriyyətinin də əmək müqaviləsi yoxdur və əksəriyyəti də şirkətin məsul əməkdaşlarının ssenarisi ilə hüquq-mühafizə orqanlarına yazılı izahat verdikdən sonra, beləcə kənarda qalırlar.

Siz siz olun, hər hansı bir idarədə, müəssisədə işə başlayarkən, ilk növbədə əmək müqaviləsini və təhlükəsizlik təminatını tələb edin, sığorta sənədləri imzalayın. Özü də imzalamalı olduğunuz sənədləri imzalamadan öncə mütləq oxuyun.

Məsələnin araşdırılması ilə bağlı aidiyyatı qurumlara göndərilməsi iüçün tərəfimizdən sorğular hazırlanır.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam