Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İşləməyən universitetdən təhsil haqqı tələbi:Ukraynaya qayıda bilməyən tələbələr nə etsinlər?

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra bir çox sahələrdə problem yaranıb. Bunlardan biri də təhsildir. Ukraynada kifayət qədər azərbaycanlı tələbənin təhsil aldığını və bu sahənin də iflic vəziyyətinə düşdüyünü nəzərə alsaq, ortaya bir sual çıxır: Bu tələbələrin taleyi necə olacaq?
Yenixeber.org: Ukraynanın Xarkov şəhərində yerləşən Politexnik Universitetində təhsil alan Süleyman Mustafayev müraciətində özü kimi bir çox tələbənin də müharibə səbəbindən təhsilini yarımçıq qoyaraq ölkəyə qayıtdığını deyib:
“Qarşıdan yeni tədris ili gəlsə də, bizim yenidən Ukraynaya qayıdıb təhsilimizi davam etdirməyimiz mümkün deyil. Biz dövlətimizdən vəziyyətlə bağlı bizə köməklik göstərməsini və təhlükəsizlik sovuşana qədər, müvəqqəti də olsa, təhsilimizi Azərbaycanda davam etdirməyə köməklik göstərilməsini xahiş edirik. Məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət etmişik, valideynim nazirliyə də gedib. Lakin hələ bir cavab yoxdur”.
S.Mustafayev qeyd edib ki, universitet təhsil haqqını da tələb edib:
“Tədris ilinin nə vaxt başlayacağı ilə bağlı suallarımıza cavab isə qeyri-müəyyən qalıb. Bildirilib ki, müharibə davam etdiyi üçün hazırda məsələ ilə əlaqədar məlumat verə bilmirlər”.
Ukraynada yerləşən Politexnik Universitetinin digər tələbəsi Samiq Ağayev də sözügedən problemlə üz-üzə qalan başqa bir azərbaycanlı tələbədir:
“Şiddətli müharibə başladığı üçün ölkəmizə qayıtmaq məcburiyyətində qaldıq. Mən öz adımdan və mənim kimi Ukraynada təhsil alan tələbələr adından dövlətimizdən xahiş edirəm ki, Rusiya-Ukrayna müharibəsi bitənə qədər bizə ölkəmizdə təhsilimizi davam etdirə bilməyimiz üçün köməklik göstərilsin”.
Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xarici ali təhsil müəssisələrində (ATM) təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının yerli ATM-lərə köçürülməsi müvafiq olaraq www.transfer.edu.az səhifəsi vasitəsi ilə həyata keçirilir:
“Tələb olunan sənədlər və digər prosedurlar barədə məlumatı yuxarıda qeyd olunan internet səhifəsinin sual-cavab bölməsindən və Təhsil Nazirliyinin Kollegiyasının 5/2 saylı qərarı ilə təsdiq edilmiş qaydalarından əldə etmək olar.
Əlavə olaraq bildiririk ki, xaricdən köçürülmə üçün müraciətlərin müxtəlifliyi səbəbilə hər bir müraciətə fərdi qaydada baxılır, təhlil edilir və bu təhlil nəticəsində yekun qərar verilir.
Bu səbəblə hansısa ölkədə təhsil alan və yerli ATM-lərə köçürülmək istəyən şəxslərlə bağlı tərəfimizdən ümumi yanaşma nəzərdə tutulmayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam