Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zaqatalada 16 min sakin içməli su tapmır -FOTO

 

Zaqatalanın ən böyük kəndlərindən ikisi - Yuxarı Tala və Aşağı Talanın sakinləri uzun illərdir ki, içməli suyun olmamasına görə əziyyət çəkirlər.

Yenixeber.org:  Kəndlərin istismar müddətini başa vurmuş su xətlərini isə elə sel suları sıradan çıxarıb.

Sakinlər suyu ya nəqliyyat vasitəsi ilə uzaq məsafələrdən daşımağa, ya da almağa məcbur olurlar.

Aşağı Tala kəndi ərazisində qazılan yeddi ədəd subartezian quyuları kəndin sadəcə 15-20 faizinin su tələbatını ödəyə bilir.

Sakinlərin sözlərinə görə, kəndlərə gələn su xətləri ötən əsrin 60-70-ci illərində istifadəyə verildiyindən artıq öz istismar müddətini başa vurub:

“Mövcud su xətləri onsuz da suya olan tələbatımızı ödəmirdi. Ötən ilin sentyabr ayında baş verən sel nəticəsində filtrasiya sistemləri tamamilə sıradan çıxdığından su gəlsə belə bulanıq şəkildə verilir. Problemi həll etmək üçün su sistemlərinin də tamamilə dəyişilməsinə ehtiyac var”.

Aşağı Tala kənd bələdiyyəsinin sədri Vüqar Abdurrəhmanov bildirib ki, Aşağı Tala və Yuxarı Tala kəndlərinin su şəbəkəsi eyni mənbədə və eyni su xəttinin üzərində yerləşir:

“Bu su xətləri 70-ci illərdə çəkilmiş su xətləridir. Su xətləri çəkildikdən sonra hər iki kəndin əhalisi iki dəfədən çox artıb. Aşağı Tala kəndinin əhalisi 7500 nəfərə yaxındır. Kənd əhalisinin əksər hissəsi içməli suyu vəsait xərcləyərək alır və yaxud da uzaq məsafələrdən su maşınları ilə gətirir. Biz son 3-4 ildə həmin su xətlərinin təmirini aparsaq da, həmin işlərin effekti olmayıb. Belə ki, köklü şəkildə həmin su xəttinin və su filtrlərinin yenidən qurulmasına ehtiyac var. Su mənbəyindən Aşağı Tala kəndinə qədər olan məsafə 6-7 km təşkil edir. Həmin məsafədə olan su xətləri də çürüyüb, bəziləri isə tamamilə sıradan çıxıb”.

Bələdiyyə sədri onu da əlavə etdi ki, kəndin içməli su problemi ilə bağlı həm bələdiyyə, həm də rayon icra hakimiyyəti tərəfindən aidiyyəti üzrə “Azərsu” ASC-yə müraciət olunub.

“Azərsu” ASC-nin Zaqatala sukanal sahəsinin rəisi Samir Hüseynov bildirib ki, Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərində yaşayan 16 min sakinin susuz qalmasına səbəb 2021-ci ilin payız aylarında dağlarda yağan leysan yağışları nəticəsində su xətlərinin sıradan çıxmasıdır:

“Həmin kəndlərin su xətləri bələdiyyə balansında olduğundan adıçəkilən kəndlərə “Azərsu” ASC deyil, bələdiyyələr xidmət göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam