Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən ŞÜBHƏLİ TENDER... -Dövlət müdaxilə etməlidir...

 Yenixeber.org: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərində, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi daha bir açıq tenderə yekun vurub.
Tenderin qalibi “Az Graft Construction” MMC-dir.
Qalib şirkətə 4 milyon manat ödəniləcək.
Xatırladaq ki, “Az Graft Construction”a fevralda da eyni məqsədlə 3,5 milyon manat ödənilib. Və qeyd edək ki, bu da hamısı deyil... Qeyd edək ki, “Az Graft Construction” 44 günlük Vətən Müharibəsi zamanı düşmən atəşlərindən zərər görmüş ev və obyektlərin təmiri məqsədilə də dövlətdən kifayət qədər böyük həcmli tenderləri udsa da, bu işdə yol verdiyi nöqsanlar səbəbindən yerli KİV-də dəfələrlə tənqid hədəfinə çevrilmişdi: https://www.aztoday.az/news/157348.html
Apardığımız araşdırmalara görə, “Az Graft Construction” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi İsgəndər Qasımovdur. Şirkətin 09.02.2022-ci il tarixinə vergi borcu 5 896 manatdır.
Hər halda, fəaliyyəti narazılıqlara səbəb olan şirkətlərə dövlət qurumlarının təkrar etimad göstərmələri müvafiq qurumlar tərəfindən şübhəyə alınmalı və araşdırılmalıdır.
Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

                     ***
Son məlumata görə, tenderlə bağlı maraqlı məqam odur ki, bu tender barədə elan dövlət satınalmalarının vahid portalında yerləşdirilməyib.
Qeyd edək ki, bu «AZ GRAFT CONSTRUCTION» MMC-nin ərazilərin yenidən qurulması işləri üzrə son bir ildə əldə etdiyi 5-ci böyük tenderdir. Bu tenderlərin hamısı üzrə sifarişçi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qurumu olan «Ərazi Tikinti-Planlaşdirma Mərkəzi»dir. Tenderlərin heç biri dövlət satınalmalarının vahid portalında elan edilməyib.
«AZ GRAFT CONSTRUCTION» MMC (VÖEN: 6200389011) bu tenderlər üzrə ümumilikdə 16,2 milyon manatlıq sifariş alıb.

Bunlar aşağıdakılardır:

1. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması - 25.05.2022 – 4 000 000 manat.

2. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması - 09.02.2022 – 3500 000 manat.

3. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması - 21.10.2021 – 3 118 700 manat.

4. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri – 2 244 369 manat.

5. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Düşmən təcavüzü nəticəsində Füzuli, Cəbrayıl və Tərtər (1-ci hissə) rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin ilkin tikintisi, təmiri və bərpası işləri”nin yerinə yetirilməsi üzrə Satınalma müqaviləsi – 3 387 525 manat.

«AZ GRAFT CONSTRUCTION» MMC (VÖEN: 6200389011) 2019-cu il 6 avqust tarixində Laçın rayon vergilər şöbəsində dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı AZ4100, Laçın Rayonu, Taxta Körpü, qanuni təmsilçisi İsgəndər Qasımov Bəhman oğludur.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam