Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Cavid Qurbanov özünə bir kazino açıb, amma başqalarına buna icazə verilmir... -ETİRAZ

Yenixeber.org: Ötən ilin sonunda Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə mərc oyunlarının reklamına qoyulan məhdudiyyət narazılıqla qarşılanıb. Xatırladaq ki, dəyişikliyə əsasən qumar oyunlarının və belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək. Həmçinin idman, mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman, mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanunla müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər 800 manatdan 900 manatadək, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, Azərbaycanda bir sıra xarici bukmeyker şirkətlərinin fəaliyyəti mövcuddur. 1xbet, mosbet kimi saytlar həm də yerili onlayn mediaya reklamlar verirdi. Qeyd edilən dəyişiklikdən sonra bu reklamlara qoyulan qadağa təbii olaraq media mənsublarının da narazılığına səbəb olub. “YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirdi ki, 6 ay əvvəl mərc oyunlarının reklamını Media Qrupuna aid olan saytlardan yığışdırıb: “Çox təəssüflər olsun ki, Milli Məclis bir sıra oliqarx deputatların, məmurların nortarial kontoruna çevrilib, onların maraqlarına uyğun qanunlar qəbul edilir. Mərc oyunları haqqında çıxarılan qanun da birbaşa Topaz-ın maraqlarına xidmət edir. Çünki Topaz məktublarla, məhkəmələrlə, aidiyyatı nazirlikləri bu işə cəlb etsə də, rəqabət apara bilmədi. Buna görə də qanun variantını seçdilər. Olduqca yüksək cərimələr qoyaraq mətbuatın gözünü qorxudurlar. Bu, mətbuatı sındırma cəhdidir, bu, Cavid Qurbanov kimi oliqarx məmurların Azərbaycan mətbuatına qarşı növbəti səlib yürüşüdür. Bu qanunu qəbul etdilər və bizi qanunla üz-üzə qoydular. Bu qədər yüksək cərimələr nə deməkdir? Dediyim kimi, bu, Cavid Qurbanovun və Topaz-ın arxasında dayanan digər güclərin Azərbaycan mətbuatına hücumudur, azacıq da olsa müəyyən gəlir əldə edən müstəqil medianı çökdürmək üçün növbəti cəhddir”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı da yeni qanundan narazıdır. Həmkarımız bildirir ki, onlayn mərc reklamları mediaya qarşı kampaniyadır: “Topaz və onun başında dayanan məmurların mətbuata qarşı səlib yürüşüdür, mətbuatın imkanlarını məhdudlaşdırmaqdır. Topaz nə özü reklam vermir, nə də reklamverənlərə imkan vermir. Mənim məcr oyunlarından anlayışım yoxdur, buna münasibətim pisdir. Amma məsələ ondadır ki, birini qadağan edib digərini saxlamaq açıq-aşkar monopoliyadır. Bu, ona bənzəyir ki, Cavid Qurbanov özünə bir kazino açıb, amma başqalarına buna icazə verilmir. Hansı ki, kazino bildiyiniz kimi, Azərbaycanda qadağandır. Bu, qadağandırsa hamı üçün qadağan olmalıdır, icazə də eləcə hamı üçün olmalıdır. Məsələ ondadır ki, Topaz digər mərc oyunlarından daha aşağı uduş verir, ona görə də hamı o birilərə axışırdı. Məhz bu səbəbdən də belə bir qadağa Topaz rəhbərliyinin aparıcılığı ilə tətbiq edilir. Hamı deyir ki, ölkədə monopoliya yoxdur. Bəs bu nədir?” E.Muradlının sözlərinə görə, bu qadağa bir müddət əvvəl başlayıb. Lakin müqavimət gördükdə geri çəkildilər. O vaxt Rabitə və Nəqliyyat Nazirliyinin köhnə rəhbərliyi münasibətləri korlamaq istəmədiyi üçün loyal davrandı. Görünür, yeni rəhbərlik də media ilə üz-üzə gəlmək istəmədi, qarışmadı bu məsələyə. Amma görünür, Cavid Qurbanova və ətrafında olan bir neçə məmura media ilə üz-üzə gəlmək lazımdır. Medianın bu çətin günündə niyə bu oyunlara əl atırlar? Şəxsən mənim saytım 1xBet-dən ayda 600 manat reklam pulu alırdı. O 600 manatın üstünə də bir az pul qoyanda mən 2 nəfər işçinin maaşını verə bilirəm. Yaxşı,
Cavid Qurbanov niyə mənim işçilərimi maaşsız qoymaq istəyir? O cümlədən də başqa saytlar var ki, müəyyən qədər alırlar. Qanunsuzdursa, ən böyük qanunsuzluğu Topaz edir. Milli Məclisə bir layihə gələn kimi deputatlar içini oxumamış səs verir qəbul edirlər. Maraqlanmırlar ki, nədir, nəyi qadağan edir, nəyə icazə verir. Bilmədilər ki, bu qanun monopoliya yaradır? Əvvəllər qanunla qadağan deyildi,
min cür başqa təzyiq vasitələrinə əl atırdılar. Hətta hüquq-mühafizə orqanlarını da qatırdılar bu işə. Şəxsən mənə dəfələrlə zəng vurmuşdular ki, onu niyə qoymusuz, hardan almısız?! Demişəm ki, mən işçiyə maaş verməliyəm, başqa yerdən gəlirim yoxdur, hansısa siyasi dairələrin əlinin altında deyiləm ki, ayda 5-10 min pul alım, saytımı da rahat saxlayım, bunlara möhtac qalmayım. Mən əziyyət çəkib bu saytı saxlayıram, bəlkə başqaları üçün bu reklamdan gələn gəlir önəmli deyil, amma mənim üçün önəmlidir. İndi Cavid Qurbanov nə etmək istəyir? Niyə saytların büdcəsinə bu ziyanı vurur? Cavid Qurbanov onlarla saytın çörəyinə bais olur”.
“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bu dəyişikliyə münasibətinin mənfi olduğunu dedi. Onun sözlərinə görə, əgər qadağa varsa, maraq daha çox olacaq: “Bu, insanların psixologiyasına bağlıdır. Azərbaycanda mərc oyunlarını qadağan etmək daha böyük maraq yaratmaqdır. İnternet üzərindən bu, bütün dünyada oynanılır, istəyən girib yenə oynayacaq. Əksinə, dünya bunu leqallaşdırır, icazələri genişləndirir, bundan həm qazanc götürür, həm də marağı azaldır. Bizdə deyirlər ki, gəncləri çəkindirmək üçün edirik. Bunun üçün daha təsirli yol, maarifləndirmə, təbliğat işlərinin aparılmasıdır. Həyat təkcə gənclərdən ibarət deyil ki. Gənc olmayan yaş qrupu var ki, başını elə oyunlarla qatır, həyatını maraqlı edir. Bəs onlar?” Ə.Süleymanov qeyd etdi ki, 1xBet-in reklamı bütün futbol oyunlarında, yarışlarda gedir: “İndi bunun bizdə reklamının qadağan edilməsi nəyi dəyişəcək? Sadəcə, bizdə hər şeyi üz-gözlərinə bulaşdırdıqları kimi, bunu da Topaz vasitəsilə normal təşkil edə bilmədilər. Ona görə də camaat xarici şirkətlərin xidmətlərinə üz tutdu. Topaz-ın marağındadır ki, hansısa yolla reklamların qarşısına alsın, məhdudlaşdırsın, süni maneə yaradılsın ki, o işini qurmağa çalışsın. Halbuki əvvəldən Topaz işini düzgün qursaydı, aşkarlıq, düzgünlük olsaydı, camaat heç xarici şirkətə üz tutmazdı. İnzibati yolla bunun qarşısını almaq yolverilməzdir. Əksinə, icazə verilməli, leqallaşdırılmalıdır. Eyni zamanda təbliğat-təşviqat da aparılmalıdır ki, gənclər çətinliyə düşməsinlər”.
Qeyd edək ki, bir sıra ekspertlər bu qərarı büdcəyə əlavə vəsait daxil olması ilə əlaqələndirirlər. Bildirilir ki, xarici bukmeyker şirkətlərlə aparılan mərclərdən dövlət büdcəsinə vəsait daxil olmur, lakin Topaz vasitəsilə oynanıldıqda, bu, büdcəyə əlavə vəsaitin daxil olması deməkdir. Məsələ ilə bağlı Topaz-dan da mövqe almaq istəsək də, qurumun media ilə məsul şəxsini tapa bilmədik. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.(AFN)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam