Yadınızdadırsa bir neçə ay öncə Sosial şəbəkələrdə deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilən varidatın siyahısı yayılmışdır.
Yenixeber.org: Bundan bərk qorxuya düşən, deputat Cavanşir Feyziyev mülklərinin siyahısını ört-bastır etmək üçün bir neçə xəbər saytları ilə əməkdaşlığa başlayıb.
Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Cavanşir Feyziyevlə, xəbər saytları ilə əməkdaşlığı, onun yaxınları vasitəsi ilə həyata keçirilir. Lakin bu əməkdaşlıq qeyri-rəsmidir. Fikir versəniz deputatın mülk siyahıları yayılandan bir-neçə gün sonra bəzi, xəbər saytları Cavanşir Feyziyevin etmədiyi çıxışlarının təhlil formasını, mütamadi yayımlayır.
Guya ki, ölkə də və dünyada baş verən siyasi proseslərə dərman manopolisti, deputat Cavanşir Feyziyev reaksiyalar verib, fikir bildirir.
Buda birbaşa onun var-dövlətini qorumaq məqsədi daşıyır.
Yazımızın məqsədi deputatın saytlarla necə, nə cür, hansı yolla işləməsi deyil.
Xatırladaq ki, Bir neçə ay öncə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün” ASC-nin 85 faizlik səhm paketinin “Tabaterra Leaf” QSC adlı şirkət tərəfindən 17 milyon 281 min 464 min manata alındığı barədə məlumat yayıldı. Ardınca məlum oldu ki, müəssisəni alan Elman Cavanşir adlı şəxsdir ki, o da Milli Məclisin oliqarx üzvlərindən olan Cavanşir Feyziyevin qardaşı oğludur. Bu o deməkdir ki, reallıqda şirkəti Cavanşir Feyziyev alıb.
O Feyziyev ki, cəmi bir ay əvvəl barəsində Böyük Britaniya Məhkəməsində “çirkli pulların yuyulması”yla bağlı iddia qaldırılıb. İngiltərə hüquq-mühafizə orqanları isə onun ailə üzvlərinin hesablarındakı 20.5 milyon dollara həbs qoyub. Yeri gəlmişkən, bu məbləğə “Azərtütün”ü rəsmən alan Elman Cavanşirin hesabındakı təxminən 1 milyon funt sterlinq də daxildir.
Sosial şəbəkələrdə ki, paylaşımlara istinadən araşdırdığımız həmin şok siyahını sizlərə yenidən təqdim edirik:
Zağulba-Buzovna yolunun kənarında 4 hektarlıq villa;
Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetrlik 10 milyonluq obyekt;
Şəkidə fəaliyyət göstərən, dörd ulduzlu “Şəki Saray” hotel;
İngiltərədə biznesi və malikanə;
”Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil;
Mercedes GL-Class markalı 90 FC 111 nömrəli avtomobil;
Cavanşir Feyziyev və onun ailə üzvlərinin nəzarətində olan biznes qurumlarının siyahısı:
”AVROMED COMPANY” QSC
”KROKUS LTD” MMC
”İMEKS” MMC
”AMD TRADE” MMC
”DOKTA” MMC
”BUTA FARM” MMC
”TOUR-İNVEST” MMC
”BAKU DRİVERS” MMC
Leziz Catering MMC
L’Amour Cake Boutique MMC
Digər şirkətlər:
1. “CASPIAN DISTRIBUTION MANAGEMENT (CDM)” QSC
2. “Tabaterra” QSC
3. “Ardem” MMC
4. “Sarvan” QSC
5. “Tabera” QSC
6. “DİRECT DİSTRİBUTİON GROUP (DDG)” QSC
7. “RETAİL MANAGEMENT” QSC
8. “Sadaf Trade” QSC
9. “Tob İnvest” MMC
10. “Vector” QSC
11. “Novo Trade” QSC
12. “BAKU TRADE MANAGEMENT (BTM)” QSC.
”Crocus” Tobacco company – Sumqayit
”Imeks” Tobacco company – Baku
Media İnvest
”Qafqaz Turizm” adlı jurnal
”Discovery Azerbaijan” elmi-kütləvi turizm jurnal
Şirkətləri 6 minə yaxın adda dərman və dərman preparatları idxal edir.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq (xeberal.az)