Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

“Q .net adlı şirkət 1200 manat pulumu mənimsəyib” -fırıldaqçılıq yuvasını KİM HİMAYƏ EDİR?

             

                    “Q .net adlı şirkət 1200 manat pulumu mənimsəyib”.
Yenixeber.org: Bu sözləri Famil Azad oğlu Abasov redaksiyamıza müraciəti zamanı bildirib. Onun sözlərinə görə, adı çəkilən şirkət ona külli miqdarda gəlir əldə edəcəyini vəd edərək pulunu mənimsəyib, lakin indi pulu geri qaytarmır.
“Mən elektrik işləyirdim. Bir gün zəng gəldi ki, yaxşı iş var, tez bir zamanda həyatını dəyişəcək və s. Mən də soruşdum ki, harada yerləşir, dedilər ki, ofis “Caspian Plaza”da yerləşir. Getdim dedikləri ünvana. Mənə dedilər ki, işə qoşulmaq üçün əvvəlcə məhsul almalısan. Daha sonra isə adam cəlb etməklə, öz bisnesini qurursan, yaxşı pullar qazanırsan və s. Bir sözlə “başımı yedilər”. Gəldim qızıllarımı Bank Respublikaya qoydum və pul götürdüm. Həmin pulun üstünü də düzəldib 1200 manat etdim.
Həmin pulu da götürüb getdim şirkətin ofisinə. Mənə məsləhət gördülər ki, “bio-disk” deyilən bir məhsul var ondan sifariş edim. Guya bu məhsulu boynundan asanda insanın əhvalını yaxşılaşdırır, sağlamlığa yaxşı təsir edir. Nə isə, aldanıb həmin məhsul üçün pul ödədim. Düzü qorxurdum ki, pulum batar. Amma onlar məni inandırmışdı ki, adam yığa bilməsən, ödədiyin pulun məbləğinin arxasına bir “0” da artırıb qaytaracaqlar”.
Şikayətçinin sözlərinə görə, bu şirkətə qoşulan insanların sayı çoxdur. Burada 2000-2500 manat qoyan insanlar var. Hətta elə adamlar var ki, kənddə danasını satıb bu şirkətə qoyub.
“Mən və mənimlə birlikdə 15 nəfər pulumuzu tələb edirik. Amma şirkətdə çalışanlar deyirlər ki, “ağlın var idi gəlməyəydin”. Bu necə işdir axı? Orada binanın hər yerində kamera var. Verdiyimiz pulları necə qaytarmaya bilərlər? Şəhərin mərkəzində bu cür fırıldaqçılıqla necə məşğul ola bilirlər?
Bu şirkət camaatın qanını içir. Bizi böyük bir problemin içərisinə salıblar. Dəvət etdiyimiz qohum-əqrabaların bizə inamı ölüb, zənglərimizi açmırlar”,- deyə şikayətçi bildirir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, vətəndaşların hüquq-mühafizə orqanlarına gəlmələri, polisə müraciət etmələri tövsiyə olunur.(bizimyol.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam