Uşaq bağçalarının əraziləri kimlərin "biznes dairəsi"nə daxildir? -VİDEO
Redaksiyamıza bir neçə gün öncə bəzi məlumatlar və həmin məlumatları təsdiq edən videogörüntülər daxil olmuşdur.
Yenixeber.org: Daxil olan məlumatlarda bildirilir bildirilir ki, Mingəçevir şəhərində "5" və "7" saylı körpələr evinin (uşaq bağçası) yerləşdiyi ərazi satılıb. Və deyilənə görə bu satışı da Mingəçevir şəhər İcra Hakimiyyəti şəhər bələdiyyəsi ilə birgə həyata keçirib.
Sözügedən məlumatlar barəsində qarşı tərəfin mövqeyini dinləmək məqsədilə İcra başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov ilə telefon əlaqəsi saxladıq.
Hikmət Kərimov məlumatı təkzib etdi.
- " Tamamilə yalan məlumatdır. Nümayəndə göndərin gəlsin baxsın. 7 nömrəli bağça bu dəqiqə də işləyir. Heç onlara biz baxmırıq. Əmlak baxır."
- Fikir verdinizsə, Hikmət Kərimov 5 saylı bağça barəsində ümumiyyətlə heç nə demədi. 7 saylı barəsində isə belə ürəkli cavab verməsinin, hətta "könül rahatlığı" ilə nümayəndə dəvət etməsinin isə sən demə səbəbi var imiş.
Demək, görüntülərdə də gördüyünüz kimi 7 saylı uşaq bağçasının yerində şəxsi villa tikilib. Yəni, sözügedən əraziyə "yaxşı qiymətə müştəri düşüb və maraqlı tərəflər bu "super fürsət"i dəyərləndirərək, ərazini satıb, 7 saylı uşaq bağçasını şəhərin başqa bir tərəfinə köçürüblər". Yəni, Hikmət müəllimin də dediyi kimi, 7 saylı uşaq bağçası bu gün də fəaliyyət göstərir. Amma, fərqli ünvanda.
5 saylı "Arzu" körpələr evi uşaq bağçasının (köhnə rus bağçası olub) da 20.000 (iyirmi min) manata satıldığı deyilir. Hələlik isə bu məlumat təsdiq edilməyib.
Qaldı ki, Hikmət Kərimovun dediyi ,"ona əmlak baxır" sözünə, bölgələrdə fəaliyyət göstərən bütün dövlət idarələrinin, özəl müəssisələrin, sahibkarların, hətta ayrı qurum hesab edilən Bələdiyyələrin belə üzərində ərazi üzrə İcra Hakimiyyətlərinin rolundan hər kəs xəbərdardır.
Biz bunun qanuni olduğunu demirik. Bütün bunlar yazılmamış "qaydalar"dır.
Maraqlıdır ki, həmişə qanunsuz olaraq həyata keçirilən proseslər ictimailəşdirildikdə, adıçəkilən tərəf o dəqiqə mətbuata başlayır qanunları izah etməyə.
Biz o qanunları bilirik. Amma, o qanunlara kimlərin necə riayət etdiklərini də bilirik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Qeyd: Mingəçevir şəhərində cərəyan edən digər proseslər barəsində növbəti yayımlarımızda daha ətraflı məlumat verəcəyik. (DogruXeber.az)