Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İmişlidə RİH-nin başçısı susur, Yavər Şıxəliyev isə “at oynadır” -PROBLEM

 

 

Artıq tam əksəriyyətə məlumdur ki, COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilmiş yoluxucu xəstəlikdir və bu xəstəlik 2019-cu ilin sonlarından yayılaraq bütün dünyanı əhatə etmişdir. 2020-ci ilin 23 yanvar tarixində ÜST bu xəstəliklə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci ilin 28 fevralında yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını, 2020-ci ilin 11 martında  isə, bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir.

Yenixeber.org: 2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu xəstəliyin insanların sağlamlığı üçün təhlükəli olmasını nəzərə alaraq, ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olduğunu bəyan etmişdir. Ölkəmizdə mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir ki, bunlardan biri də, əhali arasında planlı vaksinasiyanın həyata keçirilməsidir. Bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsini zəruri edir. Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.

  Gundemxeber.az-ın redaksiyasına yerli sakinlər tərəfindən çatdırılan məlumatlara görə xeyli müddətdir ki, İmişli rayonunun Hacırüstəmli kəndində dövlətimizin bu yöndə həyata keçirdiyi siyasətə kölgə salınır. Yəni, sakinlərin vaksinasiya olunması zamanı heç bir normativ qaydalara əməl olunmur. Belə ki, Hacırüstəmli kəndində lazımi şəraiti olmayan bir tibb məntəqəsi var və uzun müddətdir ki, həmin məntəqədə adını dəqiqləşdirə bilmədiyimiz bir şəxs diş texniki olaraq fəaliyyət göstərir. Elə ki, yayılmış pandemiyanın qarşısının alınması məqsədilə ölkəmizdə sakinlərin vaksinasiya olunmalarına zərurət yarandı, o halda Hacırüstəmli kənd sakinlərinin və digər şəxslərin vaksinasiya olunmaları işləri bu şəxsə həvalə olunur. Unutmaq olmaz ki, diş texniki olan bir şəxsin sakinləri vaksinasiya etməsi yolverilməz hal olsa da, o, heç bir halda qanunun belə bir tələbinə əməl etmir.

Bundan əlavə, sakinlərin vaksinasiya olunmaları məqsədilə verilən dərmanlar (Sinovac və Pfizer) heç bir normativ qaydalara əməl olunmadan Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevə verilir və bu şəxs də, məhz həmin dərmanları uzaq məsafədən götürüb kənddəki tibb məntəqəsinə çatdırır. Sakinlərin ad və soyadlarının portala salınması işlərini, Hacırüstəmli kənd icra nümayəndəsinin doğma əmisioğlu İkram Şıxəliyev həyata keçirir. Əldə etdiyimiz məlumatlara görə, bu şəxs Yavər Şıxəliyevin doğma əmisi oğlu olmaqdan əlavə, eyni zamanda icra nümayəndəliyində baş mühasib vəzifəsini daşıyır və hər iki əmioğlunun birgə fəaliyyəti, məhz vaksinasiya zamanı çoxsaylı qanunsuzluqlara qol qoymalarına əməlli-başlıca yollar da açır. Məsələn, dolaşan söz-söhbətlərdən bəlli olur ki, Yavər Şıxəliyevin Azərbaycanın uzaq məsafədə yerləşən şəhər və rayonlarda yaşayan bir çox tanıdığı və tanımadığı adamları Hacırüstəmli kənd tibb məntəqəsində “vaksinasiya olunublar”. Belə bir halların varlığı ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Görəsən, kənd icra nümayəndəsi vəzifəsini daşıyan bu şəxsin qohum-əqrəbalarının yaşadıqları ərazilərdə tibb məntəqələri yoxdurmu ki, onların bir çoxu vaksinasiya olunmalarını Hacırüstəmli kənd tibb məntəqəsində həyata keçirməyə qərar verirlər? Deməli, ...  Adı çəkilən bu şəxslərin qol qoyduqları qanunsuzluqların nəticəsi o olur ki, bu ilin 8 noyabrında hüquq-mühafizə orqanı əməkdaşları kənd icra nümayəndəsi Yavər Şıxəliyevi bir sutka, baş mühasib İkram Şıxəliyevi üç sutka, diş texniki işləri ilə məşğul olan şəxsi isə, dörd sutka ərzində saxlamalı olurlar. Düşündürücü hal odur ki, hər üç şəxs hansısa qanunsuzluq əməllərinə görə saxlanılsalar da, az sonra sərbəst buraxılırlar. Amma, buna baxmayaraq hüquq-mühafizə orqanının müvafiq qurumlarının iki nəfər əməkdaşı həmin günün səhəri Hacırüstəmli kənd icra nümayəndəliyinə gedib, bu kimi məsələlərlə bağlı lazımi araşdırmalar aparırlar. Bu haqda geniş ictiaiyyətə ətraflı məlumatlar verilməsə də, redaksiyamıza baş verənlərlə bağlı müəyyən məlumatlar çatdırılıb.

   Yerli sakinlər tərəfindən Gundemxeber.az-ın redaksiyasına çatdırılan başqa bir məlumatda o da qeyd olunur ki, bir müddət bundan öncə sakinlərin vaksinasiya olunmalarını həyata keçirmək üçün, Hacırüstəmli kənd tibb məntəqəsinə MRX-dan bir nəfər Göyçək adlı (ad şərtidir) tibb bacısı göndərilir. Ötən günlərin birində iş saatlarından sonra kənd icra nümayəndəsinin müavini Niyaməddin Cəfərovla tibb bacısı arasında hansısa səbəbdən Göyçək tibb məntəqəsini birdəfəlik tərk edir və o, bir daha işə çıxmır. Çox keçmir ki, tərəflər arasında baş verənlər haqda Yavər Şıxəliyev az-çox məlumatlı olur və belə bir səbəbdən də, onun müavini Niyaməddin Cəfərovla əməlli-başlıca qarşıdurması yaranır. Hətta vəziyyət o həddə gəlib çatır ki, icra nümayəndəsi müavininə “Səhərdən işə gəlmə” desə də, Niyaməddin Cəfərov onun belə bir tapşırığına əhəmiyyət vermir və “Sən mənə nə edə bilərsən, axı səni də, məni də icra başçısı təyin edib” deyir.

   Diqqəti daha çox cəlb edən halın varlığı odur ki, İmişli RİH-nin başçısı Elçin Rzayevin yaşanan problemlərə əhəmiyyət verməməsidir. O halda sual oluna bilər ki, nədən rayon rəhbərliyi Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevlə, icra nümayəndəsinin müavini Niyaməddin Cəfərovla və baş mühasib İkram Şıxəliyev bağlı heç bir tədbir görmür və susmağa qərar verir?. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

P.S. Növbəti saylarımızda Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevin qol qoyduğu ilginc əməllərinidən də bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın. (GUNDEMXEBER.AZ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam