Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəncə Regional Mədəniyyət İdarəsində şübhəli satınalma - Borclu şirkət necə qalib edilib?/DE-FAKTO

 
Gəncə Regional Mədəniyyət İdarəsi 2021-ci ilin noyabr ayının 10-da "Abadlaşma xidmətlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.  
Yenixeber.org: Satınalmanın məbləği 12.800 manat, qalibi isə "VALLEY-LM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
"VALLEY-LM" MMC cari ilin may ayının 20-də dövlət qeydiyyatına alınıb. 
Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Raana qəsəbəsi, ev 15, mənzil 6 ünvanıdır. 
 

"VALLEY-LM" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müqavilə ilə çalışan işçilərinin sayı barədə heç bir məlumat yoxdur. 
  
Gəncə Regional Mədəniyyət İdarəsinin sözügedən satınalmasında şübhəli, daha doğrusu kobud qanun pozuntusu olan məqam isə qalib elan edilən "VALLEY-LM" MMC-nin dövlətə külli miqdarda vergi borcunun olmasıdır. 
Hazırda "VALLEY-LM" MMC-nin dövlətə 4256 manat vergi borcu var. 
 
 
Halbuki "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət satınalmalarında iştirak edən təşkilatlar tender komissiyalarına vergi borclarının olmaması barədə müvafiq arayış təqdim etməlidirlər.  
Gəncə Regional Mədəniyyət İdarəsi borclu olan şirkətin satınalmada qalib elan edilməsinə münasibət bildirib.  
Regional İdarənin açıqlamasında deyilir: ""Abadlaşdırma xidmətlərinin satın alınması” üzrə keçirilmiş kotirovka sorğusunda 4 sahibkar təşkilat iştirak etmişdir. Təşkilatlar qanuna müvafiq olaraq tələb olunan sənədləri təqdim etmiş və onların iştirakı kotirovka sorğusunun keçirilmə qaydalarına uyğun olaraq təmin olunmuşdur. Qalib olan təşkilatın sənədləri təqdim olunan zaman onun vergi borcu olmamışdır. Bu barədə vergi arayışı vardır".
 
Gəncə Regional Mədəniyyət İdarəsi tender komissiyasına vergi borcunun olmaması barədə arayış təqdim etdiyi iddia olunan "VALLEY-LM" MMC-nin satınalmaya yekun vurulan gün dövlətə külli miqdarda borcunun olmasının aşkara çıxması bəzi şübhəli məqamlara yol açır. 
 
 
Qeyd edək ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovdur. 
Vasif Cənnətov 2021-ci ilin yanvar ayının 26-da Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis təyin edilib.  
Vasif Cənnətov bundan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.(qlobal.az)
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam