Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qarabağda tikinti aparan Türkiyə və Azərbaycan şirkətlərindən “otkad” alınır… - AAYDA RƏHBƏRLİYİ İLƏ BAĞLI ÖLKƏ BAŞÇISINA ŞOK MÜRACİƏT/DE-FAKTO

 


Qarabağda tikinti aparan Türkiyə və Azərbaycan şirkətlərindən “otkad” alınır… - AAYDA RƏHBƏRLİYİ İLƏ BAĞLI ÖLKƏ BAŞÇISINA ŞOK MÜRACİƏT

“AAYDA-nın tərkibində fəaliyyət göstərən “AYXM” MMC Türkiyə və Azərbaycan şirkətlərinə ayrılan pulların müəyyən məbləğini hər ay geri alırlar”

Yenixeber.org: Vətəndaş Kamil Hüseynov tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Yükdaşıma fəaliyyəti ilə məşğul olduğunu bildirən şikayətçi iddia edir ki, Qarabağın yenidən qurulmasına ayrılan pullar bəzi şirkətlər tərəfindən mənimsənilir. K.Hüseynovun məktubunu olduğu kimi dərc edirik:

“Ölkəmizin çiçəklənən dövründə Qarabağımızın yenidən qurulması işlərində bəzi qurumlar cənab Prezidentin işlərinə xələl gətirirlər. Yolların tikintisinə ayrılan milyonlarla vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müəyyən yollar vasitəsilə mənimsənilir.

AAYDA-nın tərkibində fəaliyyət göstərən “AYXM” MMC Türkiyə və Azərbaycan şirkətlərinə ayrılan pulların müəyyən məbləğini hər ay geri alırlar. Hətta “AYXM”-nin əməkdaşları bu şirkətlər azmış kimi, yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəqliyyat vasitələrindən də, heç bir sənəd göstərilmədən, hər ay 100-300 manat arasında pul yığırlar.

Əlavə olaraq bildirmək istəyirəm ki, xaricdən gələn-gedən və ya tranzit keçən xarici və yerli ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrindən səlahiyyəti olmayan qurum “AYXM” MMC tərəfindən bir dəfə keçid üçün 700 man və daha artıq ödənişlər tələb olunur. Bu işlərə nəzarət edən şəxslər - “AYXM” MMC-nin rəhbərliyi, özünü dəniz limanının və gömrük əməkdaşı kimi təqdim edən Hacıyev Xəqani Fərman oğlu və “AYMX” MMC-nin əməkdaşı Əsədzadə Asif Akif oğlu heç nədən və heç kəsdən qorxmadıqlarını bildirirlər.

Sizdən öz adımdan və yük daşıma ilə məşğul olan hər kəsindən adından xahiş edirəm, bu özbaşnalığa son qoyulması üçün səsimizi ölkə rəhbərliyinə çatdırasınız. Məlumatların dəqiqliyini sübut edən sənədlər var”.(hurriyyet)

Hazırladı: KƏNAN

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam