Texniki Universitetin YARIMŞTAT PROFESSOR rektoru Vilayət Vəliyev-REKTORUN “təzə bazarı”…
Yeni rektor sələfi “it boğuşduran” Havar Məmmədovun əməllərini davam etdirir…
Yenixeber.org: Azərbaycan Texniki Universiteti deyəndə ilk ağıla bir neçə ad gəlir:
Birincisi, keçmiş Politexnik İnstitutu, ikincisi institutun sabiq rektoru Havar Məmmədov, üçüncüsü lətifəsi bunlardan uzaq olsun, “it döyüşməsi”, dördüncüsü ATU-nun indiki rektoru Vilayət Vəliyev və s…
Qaydanı pozaraq sonuncudan başlayaq, yəni Vilayət Vəliyevdən.
Vilayət Vəliyev kimdir?
Rəsmi tərcümeyi-halı belədir:
Vilayət Məmməd oğlu Vəliyev - iqtisad elmləri doktorudur, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.
Vilayət Vəliyev 1978-ci ildə Sumqayıt şəhər 49 saylı texniki-peşə məktəbini bitirib.
1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini başa vurub.
2007-ci ildə “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi adı alıb. 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışır.
Yəni bu adam YARIMŞTAT PROFESSOR-dur.
Bu universitet hamilə qadın və süd verən analardan COVİD pasportu tələb olunması ilə gündəmə gəlib.
Təsəvvür edirsiniz, universitet tələbəsi olan hamilə qadın ondan COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə hətta tələbə hüququndan imtina edib.
Görəsən rektor başa düşmür ki, hamilə qadınları, uşaq əmizdirən analar peyvənd olunmağa məcbur edilə bilməz.
İndi görək, ATU-nun Havar Məmmədovdan sonrakı rektoru Vilayət Vəliyev hansı müsbət dəyişikliklər edə bildi?
Bu gün bəlli olur ki, universitetə Vilayət Vəliyevin rektor təyin olunması orada heç nəyi dəyişməyib.
5 minə yaxın tələbənin imtahanlardan fənn kəsiri yaranmasından doğan problemlər həllini tapmayıb.
Əksinə Vilayət Vəliyev xeyli müddət İlham Pirməmmədovun rüşvət şəbəkəsindən faydalanıb.
Düzdür sonralar İlham Pirməmmədov prorektor vəzifəsindən azad edildi.
Vilayət Vəliyev də sələfi kimi öz qohum-əqrəbasını, dostlarını ATU-ya doldurmaqla məşğul oldu.
Əslində bu belə də olmalı idi. Çünki yazının girişində sabiq rektor Havar Məmmədovun adını, “it döyüşməsi” məsələsini əbəs yerə çəkmədik.
Uzun illər ATU-nun rektoru olan Havar Məmmədovun adı universitetin İdman zalında it boğuşdurması və bu yolla pul qazanması ilə dövrü mətbuatın manşetinin bəzəyi olub.
Havar Məmmədov uzun illər Politexnik İnstitutunda Komsomol Komitəsinin katibi olub.
Havar Məmmədov 2000-ci ildən 2016-cı ilə kimi, yəni 16 il ATU-da rektor olmuşdur.
Bu müddət ərzində Havar Məmmədov elm üçün heç bir iş görməyib, ancaq özünə sərvət toplayıb. Bu adam tələbələrdən keçid balı üçün 200 manat yığmağın “avtorudur”.
Bu adamın 3 milyonu kimə verməsi də bəllidir.
Sabiq rektorun Xocahəsəndəki dəmir beton zavoduna şərikliyi də bəllidir.
Bu adamın 4 milyonluq villası barədə də çox yazılıb.
Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıdakı bahalı villanın inşa edilməsinə sərf olunub.
Araşdırmalar nəticəsində Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. Belə ki, bu dəfə Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidə rektorun 3 mərtəbəli villası tapılıb.
Görəsən Havar Məmmədov bu milyonları haradan qazanıb ?
Diqqətli oxucuların yaxşı yadında olar. Havar Məmmədov bir vaxtlar ATU-nun geniş idman zalını it boğuşduranlara arendaya verərək, pul qazanırdı.
Bir sözlə, Vilayət Vəliyev sələfi Havar Məmmədovun əməllərini başqa formada davam etdirir.(gündelik-bakı.com)