Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“İrşad Electronics” müştəriləri necə aldadır ?-“İrşad Electronics”in rəhbəri İrad Hacıyevin müəmmalı ölümü...

             İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxır? 
Yenixeber.org: Məlumat üçün  bildirək ki, “İrşad Electronics” Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir. Şirkətin Bakı, Sumqayıt daxil olmaqla 35 şəhər və rayonda mağazaları, 700 dən çox dilleri mövcuddur.
Çox təəssüf ki, şirkətin adı daha çox narazılıq, şikayət hətta intihar hadisəsində hallanır. 
Şirkət müştərilərin, istehlakçıların hüquqlarını tez-tez pozur. 
Bütün bunlar azmış kimi şirkətin operatorları müştərilərin zənglərinə kobud cavab verir, müştəri xidmətlə bağlı  sual verirsə, suallar cavabsız buraxılır. 
Müştərilər dəfələrlə şirkətdən mobil telefon, notebook  alıblar. Və bir neçə  gün sonra  telefon, yaxud notebook donub, işləməyib. Müqaviləyə görə, alınan məhsullar şirkətin servisində ya təmir edilməli, ya da dəyişdirilməlidir. Ancaq şirkət  xarab məhsulu nə təmir edir, nə də yenisi ilə əvəz etmir. 
Bəzən isə şikayətçi  müştərilərə  baş ofisin nömrəsini vermirlər. 
Başqa bir müştəri şikayət edir ki, yayın qızmarında kondisioner almışam, amma 9 gündür şirkət gəlib öz məhsulunu quraşdırmır. Hansı ki, kondisioneri alanda söz vermişdilər ki, 2 günə quraşdırılacaq. 
Qarabağda döyüşən qazi deyir ki,  2020-ci ilin  sentyabr ayında  “İrşad”  şirkətindən  mobil telefon aldım və hərbi qulluqçu olduğum üçün  döyüş bölgəsinə ezam olundum. Ona görə də şirkətdən xahiş etdim ki, krediti dondursunlar, onlar da razı oldular. 
Müharibədən sonra bəlli olub ki, şirkət  qazinin kreditini nəinki dondurmayıb, hətta onu məhkəməyə verib. 
Təsəvvür edirsiniz, bu boyda şirkətin Vətən Müharibəsi qazisini məhkəməyə verməsi nə qədər utanc gətirəsi haldır. 
Deməli, başqa bir müştəri çox ucuz qiymətə olan  “nauşniki” ( qulaqcıq )  işləmədiyi üçün başqası ilə dəyişdirə bilmir. 
 “İrşad Electronics”  mağazalar şəbəkəsi  tez-tez  kampaniyalar keçirərək  müştəriləri aldadır. Yəni müştəri kampaniya müddətində müraciət edir, məhsul alır, sonra şirkət deyir ki, siz müraciət edəndə kampaniya başa çatmışdı, ona görə, əlavə pul ödəməlisiniz. 
Hələ şirkətin müştərilərin başına açdığı  kamisyon xərc məsələsi əsl biabırçılıqdır. 
Dünyanın heç bir şirkətində bu miqdarda kamisyon xərc ola bilməz. 
Bir sözlə, “İrşad Electronics”  istehlakçıları aldadaraq çox aşağı səviyyədə xidmət göstərir.
Görəsən dövlətdən hər  ay  yüksək  maaş alan  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxır ? 
Bu Dövlət Xidmətinin az qala nazirlik qədər səlahiyyətləri var. Dövlət bu qurumu yaradıb ki, istehlakçıların pozulmuş hüquqlarını qorusun. 
Yuxarıda qeyd edtiyimiz  kimi bu şirkətin adı təkcə müştərilərin  hüquqlarını pozmaqda deyil, digər məsələlərdə də hallanır. 
Məsələn, “İrşad Electronics” MMC barədə məhkəmə işi diqqətimizi cəlb etdi. Qanuna görə satılan mallar sertifikatlaşdırılmalıdır. Şirkət  isə məhsulları sertifikatsız satır. Bu isə ciddi qanun pozuntusudur. 
Bütün bunlar azmış kimi   “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin müəmmalı ölümü də  ciddi şübhələrə yol açıb. 
Əgər bu adam həqiqətən də intihar edibsə, tibbi ekspertiza bunu 1 saata  müəyyən edə bilərdi. Niyə etməyib?
Bir sözlə, “İrşad”ın üzərində bir kabus dolaşır.(gündelik-bakı.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam