Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rüstəm Xəlilov Hacıqabulun DİZİNİ BÜKÜB... -İDDİA

Yenixeber.org: 2019-cu ilin dekabr ayının 4-də Dövlət Başçısının imzaladığı sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu təynata qədər R.Xəlilov 64 saylı Sabirabad seçki dairəsindən deputat olub. Atası Gülbaba Xəlilov uzun illər Sabirabad rayon Qaratəpə kəndində kolxoz sədri vəzifəsində işləyib. Həl.ə 2017-ci ildə yerli mediada xəbər yayıldı ki, Rüstəm Xəlilov atasına Sabirabad rayon Nizami kəndində bələdiyyə binasının önündə heykəl qoydurub. Xatırladaq ki, Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub. İlk baxışdan kimlər üçün dövlət binaları önündə heykəl qoyulur, hansı halda buna necə icazə verilir bu bəllidir.

Adətən dövlət qurumlarının binası önündə Ümumilli Liderin Heykəli ucaldılır. Bu dövlətimizin rəsmi protokol qaydasıdır. Lakin seçkili orqan olan yerli özünüidarəetmə qurumlarının binası önündə hansısa sovet dövründə əmək qəhrəmanı olanlara heykəl ucaltmaq izni yoxdur.
Uzun illərdən sonra "fəth edilən" Hacıqabul qalası -
Qeyd edək ki, 2017-ci ildə yerli mediada yayılan informasiyalarda bildirilirdi ki, Gulabba Xəlilovun heykəli elə yerdə ucaldılıb ki, heykəl Vətən uğrunda canından keçən şəhidlərimiz üçün ucaldılmış abidənin önünü kəsir.

Obyektivlik xatirinə qeyd edək ki, Rüstəm Xəlilov yerli mediada yayılan bu informasiyalara aydınlıq gətirən açıqlama da vermişdi. O zaman millət vəkili olan Cənab Xəlilov bildirmişdi ki, heykəl sovet dövründə ucaldılıb və onun ətrafının təmizlənməsinə heç kim məcbur edilmir.

Qayıdaq Rüstəm Xəlilovun deputat olduğu dönəmlərə. Yenə də yerli mediada yer alan informasiyalar bu günə qədər təkzib edilməyib.

İddialara əsasən Xəlilovlar camaatın pay torpaqlarını və bütün bələdiyyə torpaqlarını öz şəxsi torpaqları kimi işlədirlər. Sabirabadda Xəlilovlar ailəsinin əllərində yüz hektarlarla torpaq sahləri var. Bundan başqa Sabirabadın kasıb əhalisinin torpaqlarını uzun müddətli icarə və alıq satqı ilə min hektarlar ərazidə əldə edilər. Deputatın əldə etdiyi torpaq sahələrində heyvandarlıq təsərrüfatından tutmuş balıqçılıq nohurlarına qədər var.

Yerli media yazır ki, hazırda Hacıqabul rayon icra hakimiyyətinin başçısı işləyən R.Xəlilovun yaxın qohumları böyük biznes imperiyası qura biliblər. Rüstəm Xəlilovun qardaşı oğlu Ağaşirin Xəlilov uzun illər Şirvan şəhər işıq idarəsində müdir işləyib və bir müddət əvvəl işdən çıxarılıb. Hazırda isə Şirvanda "Elit" restoranın sahibidir və oranı işlədir.

Başqa bir qardaşı da vaxt ilə Şirvan Elektrik şəbəkəsində müdir işləyib. Hazırda isə Hacıqabul rayonunda satış müdiri işləyir. Həmin idarənin müdiri də Rüstəm Xəlilovun qardaşı oğlu Mehman Xəlilovdur. O, Mehman Xəlilov ki, əmisinə güvəndiyindən, Hacıqabulda heç kəslə hesablaşmır.

Sabirabadda hər kəs bilir ki, Xəlilovların əlldə etdikləri bütün kapitala deputat Rüstəm Xəlilov şəxsn özü rəhbərlik edir.
Bundan əlavə, deputatın Bakıda, Şirvanda və bir neçə yerdə göz oxşayan villaları var.

Bəs o zaman Rüstəm Xəlilovun 2 ildir başçılıq etdiyi Hacıqabuldakı sosial-iqtisadi göstəricilər necədir? Rayonda məhz İcra Hakimiyyətinin təşəbbüsü ilə hansı nəaliyyətlər qazanılıb? Hacıqabul şəhərində abadlıq, təmir-tikinti işləri, məktəbəqədər təhsil müəssisələrində hansı yeniliklər edilib? Bütün bu suallara da elə son iki il üzrə rayon haqqında bir neçə mənbədən verilən rəsmi informasiyalara əsasən apardığımız araşdırmalar nəticəsini sizlərə təqdim edəcəyik. //Gundeminfo.az//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam