Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Abşeronda başçı İradə Gülməmmədova vəzifələri qohumları arasında belə bölüb –SİYAHI

 

Abşeron rayon icra başçısı İradə Gülməmmədova bütün vəzifələri qohum-əqrəbasına pay-püş edib. Xanım icra başçısı rayonda elə bir idarə qoymayıb ki, ailə podratından kənar olsun.

Yenixeber.org: Əldə etdiyimiz xəbərə görə, hətta Abşeron Təmizlik idarəsinin müdiri də icra başçısının həyat yoldaşı Yolçu bəyin bibisi oğlu Mübarizdir.

Amma Abşeron rayonund təmizlikdən əsər-əlamət yoxdur. Başçının əri və bibisi oğlu İdarənin pullarını həzm-rabedən keçirməklə yaxşı gəlir mənbəyi əldə ediblər.

Rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində isə hökmranlıq Mübarizlə yanaşı Yolçunun digər qohumu olan Rafiqin əlindədir. Bu şəbəkəyə Qəhrəman adlı şəxs də daxildir.

O, Mənzil Kommunal İstismar Sahəsinin rəisi olub. Amma idarədə o qədər yeyinti olub ki, izi itirmək üçün ləğv olunub. İcra başçısı əvəzinə müxtəlif törəmə qurumlar yaradıb.

Həmin Qəhrəman icra başçısı ilə şərti şumda kəsib: deyib ki, maxinasiyalara görə həbsə gedən İH məmurlarının aqibətini yaşamaq istəmir.

Ona görə İ.Gülməmmədova bacısı oğlu Babək Zalovla baş memar Akif Əliyevin talyi təkrarlanmasın deyə həmin qurumu ləğv edərək törəmə şirkətlər təsis edib. Hazırda Qəhrəman rayonda təmizlik işlərinə nəzarət edir. Müavini isə icra başçısının qardaşı Rövşən Quliyevin oğlu Rauf Quliyevdir.

Bundan əlavə, İ.Gülməmmədova rayonda uşaq bağçaları üzrə “kurator” Afət xanımı təyin edib. İddialara görə, Afət xanım uşaq bağçalarından yığılan pulları, satılan ərzaqların pulunu Abşeron İH-nə çatdırır.

Çox maraqlıdır ki, barəsində bu qədər ittihamlara, yaxın çevrəsinin korrupsiya ilə həbs edilməsinə baxmayaraq, Abşeronun icra başçısı nə vəzifəsindən azad edilir, nə araşdırma aparılır. Onun biznesi, obyektləri, fərdi ev tikintisi üçün rüşvət istəməsi, qohumlarının vəzifələrə yerləşdirməsi, rayonu bərbad günə qoyması, yeyintiləri haqda dəfələrlə konkret faktlar tirajlanıb. Ən əsası baş memar və bacısı oğlu həbs edilib, lakin Gülməmmədovadan hansı təlimatları verdiyi sorğu-sual olunmur.(tia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam