Redaktor seçimi
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
Günün xəbəri

“Şaurma N1” -restoranlar şəbəkəsinin ətrafında nələr baş verir?

 

 

Məlum olduğu kimi bir müddət əvvəl Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib insanlara qarşı külli-miqdarda dələduzluq edən Babayev Aqil Zalış oğlunun həbs edilməsi ilə bağlı məlumat yaymışdı. Rəsmi açıqlamada onun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə 50-yə yaxın şəxsin külli miqdarda pullarını ələ keçirdiyi bildirilirdi.

Yenixeber.org: Bu rəsmi açıqlamadan əvvəl Bakı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Aqil Babayevin ailə üzvləri və vəkili onun bir qrup şəxs tərəfindən soyğunçuluğa məruz qalması, külli miqdarda pulunun, qızıl-zinət əşyalarının evindən aparılması və hüquq mühafizə orqanlarının bu istiqamətdə heç bir tədbir görməməsi ilə bağlı Prezident İlham Əliyevə və bir çox aidiyyatı qurumların rəhbərlərinə rəsmi müraciətlər etmişlər. Butün bunları ailə üzvlərinin poçt vasitəsi ilə göndərdiyi qaimələr də təsdiq edir. Daha sonra onun müraciəti elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş yayılmış, ictimaiyyət arasında müzakirələrə səbəb olmuşdu. Ailə üzvlərinin dediyinə görə “Şaurma-N1” restoranlar şəbəkəsinin ətafında baş verənlərlə bağlı yazılanlara görə artıq Aqil Babayevə təzyiqlər olunur.

 

Qeyd edək ki, Aqil Babayevin ailə üzvləri açıqlamalarında onun pulunun və əmlaklarının ələ keçirilməsinin başında duranın keçmiş şəriki, “Şaurma-N1” restoranlar şəbəkəsinin sahibi Natıq Sadıqovun olduğunu bildirirlər. Onlar bununla bağlı çoxsaylı videokamera görüntüləri, təzyiqlərə məruz qaldığını təsdiq edən bir çox inkaredilməz faktlar təqdim etmişlər ki, telefon yazışmalarında Natiq Sadıqov şəriki Aqil Babayevə “Şaurma-1” məsələlərində ona bir daha yardım etməsi ilə bağlı yalvarır. Ondan 6 ay müddətində vaxt istəyir ki, yeni ilə kimi işlərini həll edə bilsin. Natiq Sadiqov 2 variant təklif edərək öhdəçilik götürür: ya 10 milyon manat, ya da İçərişəhərdə 3 mərtəbəli bina.

Amma Natiq Sadıqovun vəkili aktualinfo.org-a verdiyi açıqlamada “Şaurma-N1” restoranlar şəbəkəsinin sahibinin Natıq Sadıqov deyil, başqa bir adam olduğunu bildirib. Elə isə ya Natiq Sadıqov ya da restoranın əsl sahibi nə üçün ölkə ictimaiyyətinin marağına səbəb olmuş bu məsələyə aydınlıq gətirmir, münasibət bildirmir, susqunluq nümayiş etdirirlər. Bununla yanaşı sosial şəbəkələrdə “Şaurma-N1” restoranlar şəbəkəsi ətrafında baş verənlərlə bağlı hər gün yeni məlumatlar yayılmaqdadır.

Elektron kütləvi informasiya vasitələrinin dünən yaydığı məlumatlarda isə Aqil Babayev saxlanıldıqdan sonra onun əvəzinə “Shaurma-N1”-ə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun qardaşı Namiq Səlifovun ortaqlıq etməyə başladığı bildirilir. Amma bu informasiyanın kimlər tərəfindən gündəmə gətirilməsi bəlli deyil. Bu kimi məlumatların yayılması isə ortaya bir çox cavabsız suallar  çıxarır. Bununla onlar ictimaiyyətə nə kimi mesajlar verir və yaxud nə etmək istəyirlər?

 

Aktualinfo.org

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam