Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev təlaşdadır... -İDDİA

"Bu gün bir az öncə Quba rayon icra hakimiyyətində iclas olub. Vaksinasiya prosesində Quba rayonunun sonuncu yerlərdə olduğunu bildirən icra başçısı Ziyəddin Əliyev Prezident Aparatından bu məsələ ilə bağlı güclü təzyiqlərin olduğuna işarə vurub."
Yenixeber.org: Bunu araşdırmaçı jurnalist Cəmil Məmmədli sosial şəbəkələrdə paylaşdığı statusunda yazıb.
Daha sonra Cəmil Məmmədli yazır ki, "12 nəfər icra nümayəndəsinə, öz ərazilərində vaksinasiya işini "səmərəli" apara bilmədiklərinə görə töhmət verən Ziyəddin müəllim sonradan bütün məsuliyyəti öz müavinlərinə yükləyə bilmək üçün, deyib ki, "bu işləri şəxsən müavinlərimə tapşırıram"
Onun bu sözləri zaldakıların gülüşünə səbəb olub.
Nədənsə həmişə öz natiqliyi ilə heç kəsə danışmağa imkan verməyən icra başçısı bu dəfə danışmağa çətinlik çəkib.
İcra hakimiyyətinin rəhbərliyindəki mənbələrimizin sözlərinə görə, son günlər Ziyəddin Əliyev olduqca əsəbi və gərgin günlər yaşayır. Bunun əslində onun səhhəti ilə bağlı olduğunu iddia edənlər olsa da, məlumatlı şəxslər bildirir ki, əslində səhhəti normaldır.
Sadəcə icrabaşı barədə Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılan faktlar öz təsdiqini tapdığından, Ziyəddin Əliyev öz başına gələcək müsibətlərə görə əsəbi imiş.
Həmçinin məlumatlı şəxslər onu da iddia edirlər ki, artıq adıçəkilən araşdırmada, 101 bələdiyyə üzvü, 74 icra nümayəndəsi və digər vəzifəli şəxslər, Ziyəddin Əliyevin əleyhinə ifadə verərək, bütün rüşvət və korrupsiya hallarını etiraf ediblər.
Hazırda icra başçısı bu istiqamətdə aparılan araşdırmanı "bağlatdırmaq" üçün variantlar axtarır."
Yazısını Cəmil Məmmədli ritorik sualla bitirir:
"P.S. Bəs vaksin icbari deyildi??? Camaata töhmət niyə verirlər?"
Yenixeber.org olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam