Şikayətçi vətəndaş Suğra Daşədəmirova ölkə başçısına və hüquq mühafizə orqanlarına müraciət edib
Yenixeber.org: Şikayətçi vətəndaş Suğra Daşədəmirova oğlu Əbülfəs Daşədəmirovu Əbubəkir məscidinin imamı kimi tanınan Qamət Süleymanov tərəfindən aldadılaraq, hiylə yolu ilə külli miqdarda pullarının həmin şəxslər tərəfindən ələ keçirdiyini bildirir.
Şikayətçi vətəndaş Suğra Daşədəmirova bununla bağlı Ölkə başçısına və hüquq mühafizə orqanlarına müraciət edib. Həmin müraciətin 1 nüsxəsində redaksiyamıza göndərən vətəndaş Suğra Daşədəmirovanın şikayətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Hörmətli, cənab Prezident,
hörmətli, hüquq mühafizə orqanları!
İlk öncə yaranmış şəraitdən istifadə edərək izn verin, Sizləri, doğmalarınızı və yaxınlarınızı səmimi qəlbdən salamlayım, xalqımızın xoşbəxt gələcəyi və məmləkətimizin daha da çiçəklənməsi naminə Sizlərə əbədi cansağlığı, dağlar ömrü və aramsız uğurlar diləyim!
Hörmətli, cənab Prezident,
Dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edirəm və mübaliğəsiz demək istəyirəm ki, prezidentliyiniz dövründə hər kəsə bəllidir ki, Siz əsrə bərabər abadlıq-quruculuq işləri görmüsünüz.
Ötən illər ərzində həyatımızın bütün sahələri müasirləşmiş, təkcə paytaxt Bakı yox, bölgələrimiz də simasını tanınmaz dərəcədə dəyişmiş, xalqımızın rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır.
Müşahidələrimiz, vaxtaşırı ictimaiyyət nümayəndələri ilə səmimi görüşləriniz, göstərdiyiniz sadəlik nümunələri və həyata keçirdiyiniz məqsədyönlü islahatlar bunu deməyə əsas veri ki, sözün indiki mənasında Siz hər bir Azərbaycan vətəndaşının prezidentisiniz və səmimi desək bu gün Sizi prezident olaraq əvəz edən lider yoxdur və qarşıdakı illərdə də olmayacaq.
Hörmətli, cənab Prezident,
Yaratdığınız sağlam, münbit, təhlükəsiz cəmiyyətə, ictimai siyasi sabitliyə və əmin-arxayın yaşayışa görə xalqımız Sizə borcludur, minnətdardır və həmişə ətrafınızdadır.
Sizin uğurlu kadr siyasətiniz xüsusi alqışlara layiqdir. Prezidentliyiniz dövründə vətənini, xalqını ürəkdən sevən, pak əməlləri ilə xalq arasında nüfuz qazanan, savadlı, sanballı insanlardan ibarət monlit kadr korpusu formalaşdırmısınız.
Ədalət naminə qeyd etmək yerinə düşər ki, təyin etdiyiniz nomenklatur kadrların böyük əksəriyyəti vəzifələrinin öhdəsindən layiqincə gəlir, etimadınızı doğruldur, Sizə sədaqət nümunələri göstərirlər.
Baş prokuror cənab Kamran Əliyevi, Daxili İşlər naziri cənab Vilayət Eyvazovu və DTX sədri Əli Nağıyevi nümunə kimi qeyd etmək yerinə düşər.
Bütün bunları, habelə sadalanmasına zaman lazım olan digər uğurlarınızı, zəfərlərinizi görməmək və görüb dəyərləndirməmək ən azından nadanlıq ola bilər,
Hörmətli, cənab Prezident,
hörmətli, hüquq mühafizə orqanları!
Siz xalqımızın rahat, firavan yaşaması naminə mümkün olduğundan da artıq işlər görürsünüz, lakin nailiyyətləri gözü götürməyən bədxahlar istənilən vasitələrdən məharətlə istifadə edərək ölkədə sosial gərginlik yaratmağa, vətən, xalq qarşısındakı tarixi xidmətlərinizə kölgə salmağa çalışırlar.
Bir zamanlar atalarımız, babalarımız yoxsul yaşayırdılar. Yamaqlı paltarlar, çarıq geyinirdilər, amma halal yaşayırdılar.İndi isə insanlar harınlaşıb, ölkədə dələduzluq kimi təhlükəli epidemiya xərçəng kimi yayılıb və metostaz verib.
Heç kimə də sirr deyil ki, Azərbaycanı tam əhatə edən bu bəla məmləkətimizi məhvə sürükləyir. Onu da əlavə etmək zəruridir ki, əksər hallarda tanınmış dələduzlar hüquq mühafizə orqanlarında maddi maraqlar naminə müdafiə olunurlar.
Elə olur ki, qonşusunun samovarını oğurlayana dərhal cinayət işi açılır, lakin yüzlərlə insanı aldadıb, pulunu alıb mənimsəyən Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova, neçə illərdir tikinti işləri ilə məşğul olan 300 mənzili 370 nəfərə satan İsfəndiyar Axundov kimiləri cəzalandırılmırlar.
Təbii ki, bu kimi hallar da ölkədə çox ciddi narazılıq yaradır.
Hörmətli, cənab Prezident,
hörmətli, hüquq mühafizə orqanları!
Dəyərli vaxtınızı alaraq qısaca məlumat verim ki, dələduzluqla üz-üzə qalan namuslu insanlardan biri də hazırda Moskvada yaşayan oğlum Əbülfəs Daşdəmirovdur.
Bakıdakı Əbubəkir məsçidinin imamı kimi özünü tanıtdıran Qamət Süleymanov adlı fırıldaqçı 2012-2013-cü illərdə oğlum Əbülfəsi aldadaraq guya Dubayda gəlirli sahələr yaratmaqla milyonlarla gəlir əldə etmək hiyləsi ilə oğlumdan 305.000 ( üç yüz beş min) dollar alaraq dələduzluq etmişdir. Düzdür fırıldaqçı pul aldığını etiraf edir, amma qaytarmır. Hələ bu azmış kimi bizimlə hədə-qorxu dilində də danışır.
Hörmətli, cənab Prezident,
El ağbirçəyi kimi Allah xatirinə, qanunlarımız naminə ailəmizin bu yaman günündə pulumuzu dələduzdan almağımız üçün Daxili İşlər naziri cənab Vilayət Eyvazova xüsusi tapşırıq verməyinizi səmimi qəlbdən xahiş edirəm və tezliklə şad xəbər gözləyirəm!
Sizin bu qayğınızı, diqqətinizi heç zaman unutmarıq.
Allah Sizi hifz etsin, Amin!
Əlaqə telefonu: 055 992 02 00
Cavabdeh Qamət Süleymanovun əlaqə telefonları:
050 312 70 40
055 312 70 40
Səmimi hörmətlə: Suğra Daşədəmirova
P.S. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
milletinsesi.info.az