Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

QANI BATIRILAN VƏ UNUDULAN VƏKİL... - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?-PROBLEM

Ötən ayın sonunda Rusiyanın Novosibirsk şəhərində polis tərəfindən qətlə yetirilmiş 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin işi ilə bağlı hər hansı bir yenilik yoxdur. Qatil polis azadlıqda, mərhumla birgə hadisə yerində olmuş iki azərbaycanlı isə həbsdədir.

Yenixeber.org: Xatırladaq ki, məlum hadisəni törədən polisin dərhal azadlığa buraxılması və azərbaycanlıların məsuliyyətə cəlb olunmasına dair göstərişi şəxsən Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin verib.

Onu da qeyd edək ki, bu hadisəylə bağlı Azərbaycanın Rusiyadakı Səfirliyi bircə dəfə “dejurnı” bəyanat verib və bununla da işini bitmiş hesab edib. Təəssüf ki, Azərbaycanın müvafiq hakimiyyət orqanları da bu hadisəyə lazım olandan qat-qat daha sönük münasibət göstərir...

 

  

Ancaq bütün bu iç acıdan mənzərənin fonunda Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamı, professor, Vladimir Putinin tələbə yoldaşı və yaxın dostu kimi tanınan İlham Rəhimovun iyunun 6-da mətbuata verdiyi açıqlama xeyli ümidverici olmuşdu. İ.Rəhimov Bastrıkinlə şəxsən danışdığını və tezliklə işin gedişində ciddi dönüş olacağını demişdi: “Xahiş etdim ki, əgər belədirsə, bu cinayət işi üzrə saxlanılan iki azərbaycanlının da barəsində həbs qətimkan tədbiri dəyişdirilsin, onlara da Qusevlə eyni hüquqi prosedur tətbiq olunsun. Bastrıkin mənə söylədi ki, bu işin həssaslığının fərqindədir və onunla şəxsən özü məşğul olur. Mən Azərbaycan ictimaiyyətinin narahatlığını, Rusiya prezidenti Vladimir Putinə müraciəti onun diqqətinə çatdırdım. Məlum oldu ki, bunlar barədə özünün də məlumatı var. Cinayət işinin obyektiv və ədalətli aparılacağı barədə söz verdi.”

Professor əlavə edib ki, A. Bastrıkinlə bu telefon danışığı öz nəticəsini tezliklə verəcək: “Mən inanıram ki, günü sabahdan etibarən bu cinayət işində pozitiv istiqamətlər artacaq. İlk öncə, barələrində həbs qətimkan tədbiri seçilmiş iki soydaşımızın həbsdən çıxmasına nail ola bilərik...”

 

 

Məlumatda həmçinin deyilirdi ki, sonradan A. Bastrıkin özü telefonla İlham Rəhimovu arayaraq, bəzi məsələləri dəqiqləşdirdiyini bildirib, öz əməkdaşlarına həbsdəki azərbaycanlılarla bağlı müvafiq tapşırıqlar verdiyini söyləyib, həftənin 1-ci günündən – yəni iyunun 7-dən etibarən bu işlə daha yaxından və bilavasitə məşğul olacağını ifadə edib.

Artıq İlham Rəhimovun dediyi vaxtdan iki həftə keçir. Heç nə dəyişməyib - 19 yaşlı gənc oğlanı, azərbaycanlını heç bir ciddi səbəb olmadan qətlə yetirən yol polisi Aleksandr Qusev azadlıqda, hadisə yerindəki iki azərbaycanlı isə həbsdədir. Belə çıxır ki, ya Bastrıkin Rəhimovun, ya da müstəntiqlər Bastrıkinin sözünü yerə salıb...

 

 

Təbii ki, belə işlərdə ayrı-ayrı iş adamlarının, nüfuzlu elm, incəsənət xadimlərinin və s. dəstəyi, müdaxiləsi şəxsi təşəbbüsə bağlıdır və kimsənin onlardan nəyisə tələb etmək haqqı yoxdur. O cümlədən İlham Rəhimov da sırf hüquqi baxımdan kiməsə hansısa məsələdə dəstək verməyə, hansısa həmvətəninin problemini həll etməyə borclu deyil.

Amma belə həssas və insanlarımızda narahatlıq, məyusluq yaradan hadisələrdən özünü reklam, piar üçün istifadə etməyə də heç kimin mənəvi haqqı yoxdur. Təəssüf ki, Azərbaycan mətbuatı çox vaxt kimisə piar edərkən, ona “ayı xidməti” göstərmiş olur.

Hələ istintaqın gedişində hansısa konkret nəticə olmadan, azərbaycanlılar həbsdə, polis isə azadlıqdaykən bu cür məlumatların yayılması İ.Rəhimovun, yaxud başqa hər hansı nüfuzlu şəxsin xeyrinə yox, ziyanına işləyir. Çünki orada deyilənlərin heç biri reallaşmayıb, heç nə dəyişməyib və belə görünür ki, dəyişən də deyil...

Vəkil Abdullayevin qətlində günahkar olan polisin cəzalandırılmasına gəlincə, bir daha qeyd etməliyik ki, bu işə daha yüksək səviyyədə müdaxilə edilməli, günahkarın cəzalandırılmasına nail olunmalıdır. Və bunu ilk növbədə dövlət qurumları etməlidir. Çünki bu tip hadisələr elə bir mənfi presedent yaradır ki, sabah azərbaycanlıları Rusiyanın çöllərində hər yoldan keçən güllələyib, azad dolaşmağın mümkünlüyünü düşünəcək və o zaman həmvətənlərimizə nə İlham Rəhimov, nə də başqa birisi kömək edə bilməyəcək.(azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam