Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İmişlinin icra başçısı qazini ümidsiz qoyub-Prezidentə müraciət

44 günlük ikinci Vətən müharibəsi kimlər üçün qürur mənbəyi, kimlər üçün sağalmaz yara, kimlər üçünsə "uğurlu reklam" mövzusu oldu.

Yenixeber.org: "Uğurlu reklam" sözümüzü yanlış anlamayın, lütfən. İndi açıqlamasını diqqətlə oxuyun, nə demək istədiyimizi özünüz anlayacaq, hətta çoxlarınız bizə haqq verəcəksiniz.

Allah rəhmət eləsin cəmi şəhidlərimizə!

44 günlük müharibə başa çatan kimi hər yerdə İcra başçıları başladılar şəhidlər xiyabanlarında, şəhid ailələrinin evində "ziyarət etmək" adı ilə gedib, fotosessiyalar edib, paylaşmağa.

Bu məsələdə də ən yaxşı 'piyarmenecer" köməkçiləri onlara çox yardımçı olurdular.

Amma, onlar şəkil çəkdirməkdə olsun, sizə kimdən deyim, qazi və veteranlardan...

Onlar da başladılar sosial şəbəkələrə, yaxud mətbuata onlara kömək etməli olub, lakin qapısına getdikdə üzlərinə qapı açmayan "fenomen" İcra başçılarından gileylənməyə.

Demək, "piyarmenecer" köməkçilər kabinetdə, kompüter önündə əyləşib, hər gün sosial şəbəkələrdə, İcra Hakimiyyətinin şəxsi profil hesablarında başçının şəhid məzarına gül qoyarkən, fatihə verərkən, şəhid övladını öpərkən... və sair pozalarda çəkilmiş şəkillərini paylaşarkən, hər gün də qapının arxasında başçının qəbuluna düşüb, dərdini ona danışmaq istəyən 10-larla yaralı veteranlar, qazilər çarəsizcə gözləyib, ümidsiz geri dönürmüşlər...

Əlacsız qalan qazilər, cana doyub, mediaya müraciət edəndə belə, bir çox İcra başçıları həmin qazi ilə maraqlanmaq yerinə, bu dəfə də düşüb o məlumatı içtimailəşdirən saytın arxasınca, gah hədələyib, gah "tanışlıq" yolu ilə minnətçilər salıb, gah da digər yollarla ələ almağa çalışdılar.

Əlqərəz...

 İzləyicilərimiz yaxşı bilir ki, redaksiyamız hər zaman qazi, müharibə veteranları və şəhid ailələrinə qarşı diqqətlidir və onların problemlərinə çox həssas yanaşır.

Nankor məmurlardan fərqli olaraq, onların haqqını nəyinki itirmir, əksinə əlimizdən gəldiyi qədər müdafiə etməyə çalışırıq.

Yəqin ki, bir müddət əvvəl redaksiyamıza müraciət edən İmişli rayon sakini, könüllü döyüşçü Şıxəliyev Nahid İslam oğlunu xatırlayırsınız.



Nahid yaralıdır. Müalicəsi hələ davam etdirilir. Bu səbəbdən də ona Əlillik dərəcəsi təyin edilməyib.

Hazırda yaşamağa evi olmadığı üçün kirayə yaşayır. Azyaşlı övladı var. Həyat yoldaşı işləyir, onun da əmək haqqı banka olan kredit borcuna ödənilir. Buna görə də əlacsız qəhrəmanımız yaralı vəziyyətində, qohumunun avtomobili ilə taksi sürücüsü kimi çalışmağa məcbur olur. Çünki, evin gündəlik tələbatı, körpənin ehtiyacları, üstəlik də kirayə pulu bunu tələb edir.

Nahid dəfələrlə İmişli rayonunda yerli İcra orqanlarına müraciət etdikdən sonra çarəsiz qalıb Prezidentə müraciət etmişdi ki, ona əlillik dərəcəsi təyin edilənə və sosial mənzillə təmin olunana qədər rayondakı boş yataqxanalardan birində, yaxud başqa hər hansı bir mənzildə müvəqqəti yaşaması üçün otaq verilsin.

Müvəqqəti yaşamaq üçün!

Hə, onu da qeyd edək ki, Nahid ilk müraciətində vurğulamışdı ki, "mən əminəm, İcra başçısı Elçin müəllimin bundan xəbəri yoxdur. İşçiləri ona məlumat vermir. Xəbəri olsaydı mütləq köməklik göstərərdi."

Nahidin bu ifadəsi və videmüraciəti redaksiyamızda olduğu kimi yayımlandı. Hətta, sadəcə yayımlamaqla qalmayıb, İcra Hakimiyyəti başçısı Elçin müəllimin müavinləri ilə də əlaqə saxlayıb, məsələni bildirmişdik.

Xatirinizdədirsə, başçının müavini - İctimai - siyasi - humanitar məsələlər şöbəsinin müdiri Təranə xanımla danışarkən verdiyi cavabları da qeyd etmişdik. Təranə xanım o zaman "o məsələlərə biz baxmırıq" - deyib, bizi digər şöbəyə yönləndirmişdi.

Doğrudur, biz həmin şöbə ilə də əlaqə saxlayıb məsələyə münasibət öyrənmişdik.

Amma, təəssüflər olsun ki, bütün bu məsələlərdən bir neçə müddət keçdikdən sonra, Nahid Şıxalıyev yenidən redaksiyamıza videomüraciət ünvanlayıb.



Bu da onun göstəricisidir ki, bu kimi məsələlərə nəyinki Təranə xanımın rəhbərlik etdiyi şöbə, ümumiyyətlə heç bir şöbə, Hətta İcra Hakimiyyətinin başçısı Elçin müəllim özü belə baxmırmış.

Yeri gəlmişkən İmisli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev də tez-tez şəhid ailələri ilə görüşüb şəkillər çəkdirir.

Belə çıxır ki, haqqı olan nəyisə əldə etmək üçün Nahid Şıxalıyev də mütləq şəhid olmalı idi?!

Axı həqiqətən də Nahid Şıxalıyev İcra Hakimiyyətindən çox şey istəmir. Onun istədiyi yalnız kirayə pulu vermədən, sadəcə ailəsi ilə müvəqqəti sığınmaq üçün bir yuvadır ki, bu da İcra Hakimiyyətinin həll edə bilməyəcəyi problem deyil yəqin ki.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DoğruXeber.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam