Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İsmayıllıda dövlət büdcəsinə ŞƏRİK VAR İMİŞ... -İDDİA

 
Yenixeber.org: Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mərkəzinin vəziyyəti ürəkaçan deyil. Əvvəla onu qeyd edək ki, hələ nazirlikdə yeni dəyişikliklər olunmamış, bu idarənin uzun illər ərzində müdiri vəzifəsində çalışmış Azər Abbasov dövlət vəsaitlərini talamaqla məşğul olub. Bu üzdən rayonun mədəniyyət klubları, mədəniyyət evləri dağılaraq yararsız hala düşüb və nəticədə bu müəssisələrin fəaliyyəti dayandırılıb. Xeyli sayda işçilər ixtisara salınıb ya ümumiyyətlə işsiz qalıb. Azər Abbasov qeyd edilən müəssisələrin dağılmasına şərait yaradıb. Belə ki, hər il klub və mədəniyyət evlərinin təmir tikintisi üçün ayrılmış milyonlar Müdir və sairlər tərəfindən mənimsənilib. Təbii ki, belə olan halda klublar baxımsızlıqdan dağılıb. Həmin klub və mədəniyyət evlərinin avadanlıqları, inventarları silinərək satılıb.

 
Rayon mədəniyyət mərkəzinin inventarlari, musiqi alətləri, elektrik aparatları satılıb. Köhnə avadanlıqlar təzə adı ilə rəsmiləşdirilərək kənd və qəsəbələrin klub və mədəniyyət evlərinə verilib, nəticədə dövlətin yeni avadanlıqların alınması üçün ayırdığı küllü miqdarda vəsait mənimsənilib. Hər il yumşaq və bərk inventarların alınması üçün ayrılmış vəsaitlərin mənimsənildiyi göz qabağındadır. Sabiq icra hakimiyyəti başçısı Mirdamət Sadıqovun dövründə rayon üçün ayrılmış 5 milyon pulun xərclənməsi barədə ətraflı, şəffaf məlumat yoxdur. Həmin dövrdə rayon mədəniyyət evinin bir neçə dəfə sökülüb tikilməsi də sıradan olan faktlar arasındadır. Uzun illər ərzində ezamiyyətə göndərilən işçilərin ezamiyyə xərclərinin ödənilməməsi də dəqiq informasiyadır. İşə götürmə bütün hallarda rüşvət ilə həyata keçirilib. Mərkəzdə onlarla qeyri-ixtisas işçilər var ki, onların bu sahə barəsində heç bir bilgiləri yoxdur. Uzun illərdir ki, İsmayıllı rayonunda ali təhsilli ancaq işə götürülməyib kənarda qalan ixtisaslı kadrlar var. Çünki onlar Azər Abbasovun istədiyi rüşvəti verə bilməyiblər. Rayon incəsənət məktəbinin təmiri üçün ayrılmış vəsaitlərin mənimsənildiyi göz qabağındadır. Burada necə əsaslı təmir işləri aparılıb ki, məktəbin istilik sistemi yoxdur, məktəbin daxili dağılıb. İncəsənət məktəbində hədsiz qanunsuzluqlar baş alıb gedir. Burada ölü canlar meydan sulayır. Adı olub, özü ısə ortalıqda olmayan, respublikanın ayrı-ayrı yerlərində yaşayan hətta xaricdə yaşayan şəxslər var ki, adlarına xeyli dərs saatları var və onlara məxsus maaş kartları Azər Abbasovun cibindədir. Hər qış mövsümü üçün klublara aylıq 60 letr dizel yanacağı ayrılaraq mənimsənilir. Azər Abbasovun arxasında kimlər dayanırsa onlar dövlətin maraqlarını ayaqlar altına atmaqla öz maraqlarını üstün tuturlar. Bu sahədəki qanunsuz əməlləri ifşa edərək yenidən ictimaiyyətə çatdırılması üçün fəaliyyətə başlayırıq. Bizi izləməyə davam edin.
Elçin İsmayıllı //azerinfo.az//

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam