187 zabit və 33 gizir heyəti Prezident İlham Əliyevə müraciət edib-TƏFƏRRÜAT
Yenixeber.org: Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, C.Naxçıvanski adına Hərbi Lisey, Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının cəmi 187 zabit və 33 gizir heyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova şikayət məktubu ünvanlayıb.
187 zabit və 33 gizir heyətinin şikayət məktubunun 1 nüsxəsi də redaksiyamıza göndərilib.
Şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:
Cənab Ali Baş Komandan,
Müzəffər Ordu Lideri!
Sizi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, C.Naxçıvanski adına Hərbi Lisey, Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabit və gizir heyəti adından salamlayırıq.
Tarixi zəfərinizi təbrik edir, bundan sonra da, canımızla, qanımızla, şəhid düşmüş əsgər və zabitlərimizin əziz xatirəsi ilə, Sizin Müstəqil Azərbaycanın bütövlüyü uğrunda aparacağınız hər mübarizədə, ön xətdə yanınızda olacağımızı bildirmək istəyirik.
Cənab, Prezident İlham Əliyev,
Biz 187 zabit və 33 gizir, Sizi daha öncə və daha böyük coşğu ilə təbrik etmək istərdik. Nəzərə alsaq ki, ön cəbhədə ilk gündən bu tərəfə bütün döyüş əməliyatlarında iştirak etmiş bu zabit və gizirlər bunu çoxdan etmiş olmalı idi.
Lakin erməni düşmənçiliyi qarşısında əyilməmiş igid vətən oğullarını, Sizin silahdaşlarınızı, həyatının yarıdan çoxunu Milli Oruya həsr etmiş zabitləri, gizirləri hazırda çox kəskin və daha öncə misli görülməmiş bir psixolojik təzyiqə məruz qoyurlar.
Gizli bir əl sanki, bu müzəffər ordunun hər bir fərdindən fərqli şəkillərdə intiqam alır. Bizi başda bu Şanlı Ordunun Baş Komutanı olan Sizə, uğrunda can verdiyimiz, qan tökdüyümüz bu Vətənimizə və mühafizə etdiyimiz bütün ali dəyərlərə qarşı soyutmaq istəyir.
Belə ki, bu gün bu məktubu Sizə ünvanlamağa məcbur qalmış, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, C.Naxçıvanski adına Hərbi Lisey , Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının 187 zabit və 33 giziri bütün qapıları döydükdən sonra, son ümid yeri olaraq Sizə üz tutub. Bu insanlar ən təbii haqları olan xidməti vəzifələrinin icrası üçün vəzifə başına qayıtmaq istəyinin yerinə gətirilməsi üçün Sizdən kömək istəyir.
Cənab Prezident,
Bizim ön cəbhədə döyüş əmrini yerinə gətirmək üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri imzalandığı zaman artıq biz hər birimiz çoxdan könüllü olaraq, ön cəbhəyə yollanmaq üçün qeydiyyatdan keçmiş və ya artıq yollanmışdıq. Bütün döyüşlər boyunca can aldıq can verdik.
Siz hər dəfə Xalqımıza zəfər müjdəsi verərkən, biz ön cəbhədə döyüş yoldaşımızın şəhid xəbərini aldıq. Biz öz can vermə vəzifəmizi Siz isə öz liderliyiniz, Baş Komandanlığınızı, dik duruşunuzla əsl Prezidentliyinizi etdiniz. Bütün bunların sonunda böyük komandanın ordusu zəfər çaldı. Lakin bizim zəfər sevincimiz çox az çəkdi Cənab Prezident.
Siz daxil olmaqla, nə kimsəni təbrik edə bildik, nə də təbrikləri qəbul edə bildik. Çünkü bir yanda Sizə inanıb canını ortaya qoyan bizlər , digər yanda isə sizə inanmaq bir yana, normal öz vəzifəsini yerinə gətirməyənlər, bu günlər üçün ehtiyat birliklər, zabitlər, gizirlər yetişdirməyən DSX və rəhbərliyi, bu gün əksiklərini bizim kürəyimizə basaraq, ailəmizi, uşağımızı didərgin edərək örtməyə çalışır.
Müharibə bitdikdən bu yana, hər ay bizə gələn ay xidmət yerlərinizə geri qayıdacaqsınız deyilib. Lakin indi məlum olur ki, Dövlət Sərhəd Xidməti bizim heç bir razılığımız olmadan, bizi öz şəxsi heyətinə daxil edib. Bunu da edərkən bütün üst instansiyalara da, kadr əksikliyi olduğunu, bizim mütləq şəkildə orda qalmalı olduğumuzu dilləndirib.
Lakin gəlin görün ki, öz şəxsi heyətindən olan hər kəs əvvəlki xidməti vəzifəsinin başına dönüb. Dəfələrlə bu məsələ ilə bağlı olaraq bizə yalan məlumatlar verilib. Hətta DSX-nin öz əsgər-zabit heyəti əvvəlki xidmət yerlərinə geri qaytarıldığı halda bizə müxtəlif bəhanələrlə fərqli yerlərə göndərilmə təlimatları verilir.
Cənab Prezident,
Bir necə on illiklərdir ki, Milli Orduda xidmət etmişik, bunun qarşılığında da, müəyyən təcrübə, bilik, imtiyaz və Dövlətimizin bizə veridyi dəyərə sahib olmuşuq. Məsələn, hər bir hərbiçinin arzusu olduğu kimi, bizlərin də arzusu olub ki, Vətənə xidmətimizi şərəflə başa vurduqdan sonra Sizin qayğı və göstərişinizlə evlə təmin edilək.
Sağlamlığı imkan verən zabitlərimiz əlavə ximdət etməklə, hər əlavə xidmət ilinə görə daha çox təqaüdlə təmin edilsin. Lakin bu gün bütün bu imtiyazlardan məhrum olmaqla birlikdə, heç bir təcrübəmizin, heç bir vəzifə uyğunluğumuzun olmadığı bir xidmət sahəsində bizdən xidmət etməyimizi istəyirlər.
Bizim illərdir ömrümüzü verdiyimiz stajımızı, təcrübəmizi, bilgimizi, xidmətimizi bir anda silib bizi sıfırdan başlamağa məcbur edirlər. Buna haqlı olaraq qanunlar çərçivəsində qarşı çıxanlara da “bəyənmirsinizsə gedib uvolit olun” deyirlər.
Bizi döyüş sahəsindən çəkib, dirijorluq verirlər, sizə sərhəddə ehtiyac var deyildiyi halda bizi Zaqatalaya, Qaxa, Lənkarana öz əksiklərini düzəltmək üçün göndərirlər.
Sərhədlərimizin uzandığını bəhanə edərək bizi qanunsuz şəkildə xidmətimizdən uzarlaşdırarkən, öz şəxsi heyətlərini əsla və əsla yerindən tərpətmirlər. Bizim bir çoxumuzun hərbi biletində hələ də döyüşlərdə iştirak etdiyimiz halda tək kəlimə belə yazılmayıb. Şəxsi heyətində itki olmadığı üçün, Şuşa döyüşlərinə qədər gedib çıxmış əsgər və zabitlərimizə bir tək medalı belə çox gördülər.
Bütün bunlar olarkən bizə əsas olaraq, «Hərbi xidmətkeçmə haqqında» ƏSASNAMƏ-nin, VI fəsilnin (VƏZİFƏYƏ TƏYİN EDİLMƏ, XİDMƏT ÜZRƏ YERDƏYİŞMƏ VƏ İRƏLİ ÇƏKİLMƏ) 84. maddəsini göstərirlər. (Hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən — Silahlı Qüvvələrin şəxsi heyət siyahılarından çıxarılmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam oluna bilərlər.
Hərbi qulluqçuların bu maddəyə uyğun olaraq ezam edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəhbərliyi arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) yerinə yetirilir və müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və həmin birləşmənin əmrləri ilə rəsmiləşdirilir.)
Lakin maddədə də göstərildiyi kimi, bu yalnız və yalnız hərbi qulluqçunun razılığı ilə yerinə yetirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, bu haqda bizə yalan danışan generallar daxil, heç bir ail rütbəli zabit bizimlə bu mövzuda tək kəlimə belə olsun danışmayıb. Tam əksinə bizdən gizli saxtalaşdırma yolu ilə iş tutarkən bizim başımızın altına yastıq qoymuş və hər dəfə daşıdığı rütbənin məsuliyyətini dərk etmədən bu qədər zabitə yalan danışmış, vəədlər vermiş indi isə yanlışlıq olduğunu deyib özlərini kənara çəkmək istəyirlər. Müdafiyə Nazirliyindəki əlaqadar şöbələr bizim problemimizlə maraqlanmaq istəmir, bizdən qaçırlar, gizlənirlər, görüş üçün vaxt verimirlər.
Cənab Prezident,
Tarix boyu bu torpaqlar üstündə düşmən gözü olub, hər zaman da o düşmən gözünə Azərbaycan Əsgəri ox olub batıb. Sizin bu qədər həssas balanslaşdırma siyasəti ilə, düşmənlər üzərində qələbə qazanmağınızın mahiyyətini başa düşməyənlər bu gün bu ordunun zabitlərini vəzifə yerindən, xidmətindən, ailəsindən uzaqlaşdıraraq, ona mənəvi terror yaşadaraq, hər şeydən soydur.
Yazıb Sizdən Xahiş edirik ki, ortalama hesabla 20 il xidmət keçmiş bir zabitin, bu şəkildə xidmətinin üstündən kimlərin və nə üçün xətt çəkmək istədiyini, hansı əsaslarla ordunun ən əhəmiyyətli məktəblərində olan zabitləri bu şəkildə uzaqlaşdırırlar!?
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, C.Naxçıvanski adına Hərbi Lisey, Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabitləri hansı amillər baxımından DSX-nın şəxsi heyətinə daxil edilib!?
Cənab Prezident,
Sizdən Xahişimiz, bizlərin öz tədris, təlim ocaqlarına geri qaytarılmağımız üçün gərəkli göstərişi vermənizdir.
Hörmətlə, 187 zabit və 33 gizir heyəti
P.S. 187 zabit və 33 gizir heyətinin redaksiyamıza göndərdiyi şikayətlə bağlı Müdafiə Nazirliyinin və Dövlət Sərhət Xidmətinin mətbuat xidmətiləri ilə əlaqə saxlamağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kimi yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.(milletinsesi.info)