Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fərayıl Qəhramanov qumarda yeddi yüz min pul uduzub? - İDDİA

 

Təhsil Nazirliyinin rəsmisi qumarda yeddi yüz min pul uduzması barədə redaksiyamıza ilginc məlumat daxil olub. 

Yenixeber.org: Belə ki, həmin şəxsin Gəncə şəhəri, Atatürk prospekti, 246 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fərayıl Qəhramanov olduğu bildirilir. 

Fərayıl Qəhrəmanov qumarda külli-miqdarda pul uduzub və borcunu ödəməyi gecikdirdiyi üçün məbləğ “şişib” və 700 000 (yeddi yüz min) manat olub. 

Qərb büromuzun əmakdaşı məsələni araşdırmaq məqsədilə Təhsil Nazirliyinin Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fərayıl  Qəhramanovla əlaqə saxlamağa cəhd edib. Lakin mərkəzdən hazırda onun işdə olmadığı və nə vaxt gələcəyinə dair məlumatsız olduqlarını bildiriblər. 

Məsələylə bağlı adının çəkilməsini istəməyən mənbə xəbərin doğruluğunu dolayısıyla təsdiq edib. Məlumata görə Fərayıl  Qəhramanov əslən Salyan rayonundandı. Bundan əvvəl isə o, Salyan 13 saylı Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub. Dünən isə təhsil nazirinin müvafiq əmriylə işdə yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi vəzifəsindən azad edilən Raqub Məhərrəmovu da vaxtilə öz yerinə təyin etdirib. 

O da iddia olunur ki, rəis qumar borcunu bağlamaq məqsədilə Salyan şəhər Taleh Davudzadə küçəsində yerləşən kafe, restoran və bir də fitnes mərkəzi kimi fəaliyyət göstərən dəbdəbəli obyektinə 1 həftədir ki, müştəri axtarırmış. Obyekt bahalı olduğundan təbii ki, Salyan şəhərində ona müştəri tapmaq da çətin olub. Nəhayət sonda məşhur iş adam Hacı Qurban Abbasov obyektə sahib çıxıb və rəisin borcun qapadıb. 

Fərayıl Qəhrəmanovun obyektinin yeni sahibi Hacı Qurbandan tək xahişi isə o olub ki, məsələni bir müddət bağlı saxlasın, köhnə işçi heyətini 1-2 ay orda çalışdırsın, əhalidə obyektin satılmasına dair şübhlər yaratmasın.

P.S. Məsələ ilə bağlı qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

İnfom.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam