Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Gəncədə qida təhlükəsizliyi, şübhəli diplom,yoxsa adam bıçaqlayan rəis? -İTTİHAM

Yenixeber.org: Azərbaycan ərazisində iri və xırda buynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsim məntəqələrində həyata keçirilməlidir. Bunu çıxışlarında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dəfələrlə səsləndirib. Amma bu günə kimi Gəncə və ətraf rayonları əhatə edən ət kəsimi məntəqlərinin adlı siyahısı açıqlanmayıb. Halbuki Gəncə şəhərinin, həm də rayonların əhalisinin sayına və orada yerləşən heyvandarlıq təsərrüfatlarına görə müəyyənləşdirilməlidir ki, hər bir zonada neçə ət kəsimi məntəqəsi fəaliyyət göstərməlidir.
Gəncəbasar ərazisində hazırda fəaliyyət göstərən ət kəsim məntəqələrinin sayı və onların sanitar-gigiyenik durumu, vəziyyəti barədə bir dəfə də olsun ki,monitorinq aparılmayıb.Aparılıbsa da, bu barədə ictimaiyyətə məlumat verilməyib. Əgər verilməyibsə,səbəb nədir? Hazırda fəaliyət göstərən məntəqələrin sayı nə qədərdir və Azərbaycan ərazisi üzrə nə qədər kəsim məntəqələrinə ehtiyac var. Belə olan halda həmin kəsim məntəqələrinin stasionar, modul və ya mobil tipli olmasını sahibkarları özləri müəyyənləşdirəcək.

Əhalidə yanlış düşüncə tərzi yaranıb ki, iri və ya xırda buynuzlu heyvan onun gözü önündə kəsilirsə, bu daha yaxşı ət hesab olunur.Əslində isə belə deyil. Qida məhsulları risklərə görə müəyyənləşdirilir, bunlar arasında ən yüksək riskli məhsullar heyvan mənşəli məhsullar hesab olunur. Bilavasitə zonoz infeksiyalarının yayılması isə əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoya bilər.

Müvafiq sanitar qaydalara görə ət kəsimi məntəqələrində kəsilən ətdə hər hansı problemin mövcudluğu öncədən müəyyənləşdirlməlidir. Konkret desək, iri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq nümunələri götürülməlidir(kağız üzərində yox, əməli olaraq).Çünki onların daşıdıqları zonoz infeksiyaları həddindən artıq təhlükəlidir. Heyvanı kəsən və alan şəxslər bilməlidir ki həm özlərini, həm ailə üzvlərinin sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Ət kəsimi məntəqələrində müvafiq baytarlıq, sanitar ekspertiza laboratoriyaları təşkil olunmaqla kəsimdən sonra da heyvanların sağlamlığı ciddi ekspertizalara cəlb olunmalıdır. Bundan sonra satışa və ya istehsala ət məhsulları yönəldilə bilər.

Bəs görəsən yuxarıda qeyd etdiyimiz qaydalara zidd olaraq ət kəsiminə Gəncə Regional Bölməsi niyə göz yumur? Sözügedən regional bölmənin nəzarətinə aid rayon və kəndlərdə qəssablar ət kəsimini keçmişdəki qaydalarla-baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə aparırlar. Ətlərin daşınmasında heç bir sanitar-gigiyenik qaydalar gözlənilmir. Xüsusi geyim formalarından demək olar ki, istifadə olunmur. başları açıq, üzləri tüklü, əlləri kirli qəssablar əhalinin sağlamlığını göz görə-görə təhlükəyə atır. Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi isə öz aləmindədir. Pandemiyanın tüğyan etdiyi bu dönəmdə əhalinin sağlamlığının hər an təhlükədə olması onların heç vecinə də deyil. Redaksiya olaraq apardığımız müşahidələr zamanı o da məlum oldu ki,Regional bölmənin haqq-hesab yığanları qəssab dükanlarına gəlib kəsilmiş ətə möhür vurmaqla işlərini bitimiş hesab edirlər. Necə deyərlər onları vətəndaşların sağlamlığı deyil, rahatlıqla qazandıqları paralar düşündürür.

Məlumat üçün bildirək ki, iri və xırda buynuzlu heyvanlar spesifik nəqliyyat vasitələrində daşınmalıdır. Həmin heyvanların daşındığı andan sonra dincəlməyə buraxılmalı, onların bədənində keçirdikləri həyacan hissi nəticəsində yaranan adrenalinin miqdarı azaldıqdan sonra onların əti istifadə üçün qənaətbəxş ət hesab oluna bilər. Amma yenə də suallar biri-birini əvəz edir. Bu qaydalara kim və necə nəzarət edir? Müvafiq qurumlar niyə öz xalqının sağlamlığına düşməncəsinə yanaşır?

Qeyd edək ki,məlum faktlarla bağlı Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində mütamadi olaraq monitorinqlər aparmalıdır. Bu monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəziləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərinə də böyük töhfə verə bilər. Ancaq görünən odur ki, biznesmen Qoşqar Təhməzlinin rəhbərlik etdiyi agentlik və onun yerlərdəki vəzifəli şəxsləri istehsal sahələrinə elə öz şəxsi biznes mənbəyi kimi baxır. Burada həm də bir amil ön plana çıxr. Regional bölmələrə rəhbərlik edən şəxslər nə dərəcədə peşəkar və ixtisaslı kadrlardır.

Redaksiyamızı bilgiləndirən Gəncədəki mənbənin sözlərinə görə, Qida Təhlükəısizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi Bürücü Orucov ixtisaca hüquqşünasdır və bu azmış kimi bu sahədə iş təcrübəsinə malik deyil. Hətta, mənbə iddia edir ki, Bürücü Orucov adam bıçaqladığına görə bir müddət həbs həyatı da yaşayıb. Təhslini isə Rusiya Federasiyasında alıb. Ancaq rus dilində zorla danışır. Mənbə onu da iddia edir ki,böyük ehtimalla onun diplomu saxtadır. Müvafiq qurumların marağında olsa onun detallı araşdıra bilər.

Xatırladaq ki,2019-cu ilin noyabır ayında Gəncə Regional Bölməsinin rəisi Abdullazadə Hüseyn Abdulla oğlu səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiyinə görə vəzifəsindən azad olunub.

İndki rəisin isə səmərəli fəaliyyəti və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə nə dərəcədə əməl etməsi çoxlu suallar doğurur…Yəqin ki, bu sualların cavabını isə peşəkar biznesmen Qoşqar Təhməzlidən yaxşı bilən yoxdur.

Redaksiya olaraq bildirək ki,Qida Təhlükəısizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi Bürcü Orucovun mövqeyini dərc etməyə hazırıq.(Kanal32.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam