Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

İcra başçısının göstərişi tabeçiliyində olan məmurlar tərəfindən icra olunmur: Qazidən giley -VİDEO

 

 
"Biri var imiş, biri yox imiş. Bir zalım padşah var imiş..."

Bəli. Zalım padşahlar haqqında olan bütün nağıllar da belə başlayır.

"Zalım padşah var imiş" !

Artıq yoxdur. Nağıllarda qaldı onlar.

Yaxın keçmişimizin özlərini "padşah" kimi aparan bir çox yerli İcra başçıları kimi.

Bunlara misal olaraq bir neçə ad çəkmək olar. Amma, hazırkı mövzumuz İmişli rayonu olduğu üçün çox uzağa getmədən elə "camaatgözünə" yataqxanada yaşayıb, "sadə həyat tərzi" keçirən İmişli rayonunun yaxınlarda həbs edilən keçmiş İcra başçısı Vilyam Hacıyevin adını çəkmək olar.

Hansı ki, qeyd etdiyimiz kimi yerli sakinlərdən eşitdiyimizə görə köhnə yataqxanada iki otaqlı mənzildə yaşayırmış. Amma, sadə vətəndaşların gözündə az qala dövrümüzün "xeyirxah mələyi"nə, hətta çarəsiz sakinlərin "ideal"ına çevrilən "qara maskalılar"ın aşkar etdiyi Vilyam Hacıyevə məxsus villalar, "xəzinə sandıqlar"ı, və s. varidatlarını da gördük.

Hansı ki, İmişli rayonunun İcra Hakimiyyəti başçısı olduğu dövrdə "xırda pul" lazım olan kimi "abadlaşdırılma" adı altında rayonun küçələrində köhnə divarları boyatdırırdı.

Əlqərəz.

Vilyam Hacıyev "taxt"ından salınanda rayonun minlərlə cana doymuş sakinləri şükr etdi və onun yerinə "İnsaflı", onların dərdini dinləyəcək bir başçı arzuladılar.

Sonra Rzayev Elçin Adil oğlunun İmişli rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunması da o qədər uzun sürmədi.
Allah var. Elçin Rzayev vəzifəyə gəldiyindən bəri, bu qısa müddətdə Vilyam Hacıyevin illərdir İmişli rayonu üçün etmədiyi bir çox gərəkli işlər görüb, görməkdə də davam edir.

Hələ ki...

Hətta, bizdə olan məlumatlara görə bizə qürur yaşadan igidlərimizə: şəhid ailələri və Qarabağ qazilərimizə, Qarabağ veteranlarına qarşı da xüsusi diqqət ayırır.

Lakin, çox təəsüflər olsun bu diqqətdən kənarda qalan bir qəhrəmanımız var ki, rayonun səlahiyyət sahiblərinin onu unutmasından şikayətlənir.

Belə ki, DogruXeber.az informasiya agentliyinə müraciət edən Şıxalıyev Nahid İslam oğlu ll vətən müharibəsində könüllü iştirak etmiş, bir çox işğal altında olan rayonlarımızın alınması uğrunda, hətta igidlərimizin düşmənə sözünü deyib, nöqtəsini qoyduğu Şuşa şəhərinə qədər vuruşub və ağır yaralanıb.

Müalicəsi davam edir. Ailəlidir. Bir körpə övladı var. Evi olmadığı üçün həyat yoldaşı və bir körpəsi ilə kirayədə yaşayır. Evdə tək qazanc gətirən körpə övladına və yaralı həyat yoldaşına baxmaq yerinə, işləməyə məcbur olan həyat yoldaşıdır. Onun aldığı əmək haqqı isə "Kapital bank"a olan kredit borcuna ödənilir. Buna görə də Nahid vəziyyətinin ağır olmasına baxmayaraq, gündüzlər dostunun avtomobilini götürüb "taksiçil"ik fəaliyyəti göstərir.

İcra başçısının göstərişi tabeçiliyində olan məmurlar tərəfindən icra olunmur:  Qazidən giley - VİDEO

Bu gün Nahidin haqlı tələbləri o qədər də böyük deyil. O sadəcə kirayə pulunu ödəməkdə çətinlik çəkdiyi üçün, Qarabağ əlilləri üçün ayrılan evlər təhvil verilənə qədər müvəqqəti yaşamaq üçün bir mənzil və uğrunda döyüşdüyü rayonlara görə medal istəyir.

Onu da qeyd edək ki, Nahid ona İmişli rayon Məşğulluq idarəsi tərəfindən xırdabuynuzlu heyvan verildiyini, İcra Hakimiyyəti başçısı Elçin Rayevin onu evində ziyarət etdiyini vurğulamışdı.

Biz də qarşı tərəfin mövqeyini öyrənmək üçün İmişli rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində qeyd olunan telefon nömrəsi ilə İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə xanım Cabbarova ilə əlaqə saxladıq. Gün ərzində dəfələrlə zəng etdikdən sonra nəhayət ki, Təranə xanım dəstəyi qaldırdı.

"Özünəməxsus" əda və səs tonu ilə "qardaşım, ona mən baxmıram. Bizdə təzə şöbə yaradılıb. Ora zəng edin." deyib, "dəyərli vaxtından bir neçə saniyə ayırıb bizə cavab verdiyi üçün təşəkkür etməmiz"i belə gözləmədən dəstəyi asdı.

Biz də Təranə xanımın məsləhət gördüyü şöbəyə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi İmanzadə Xəlil İlqar oğlu ilə telefon əlaqəsi saxlayıb, şikayətçi qazimiz Nahid Şıxalıyevin gileyini bildirdik və məsələyə onların münasibətini soruşduq.

Xəlil müəllim bizə bildirdi ki, "Bu barədə məlumatlıyıq. Biz ona dövlət tərəfindən edilə biləcək bütün yardımları göstərmişik."

“Nə yardımı?” sualımızın cavabında isə Xəlil müəllimin saydıqlarını sayaq, siz də diqqətlə oxuyub, barmaqlarınızı qatlayın.

1." "Qızıl Aypara" cəmiyyəti tərəfindən yataq dəsti verilib.

2. Məşğulluq idarəsi tərəfindən 23 baş qoyun verilib.

3. İcra başçısı və şöbəmiz onun evində olub ərzaq yardımı etmişik.

4. İmişli rayonunda fəaliyyət göstərən bir sahibkar tərəfindən "Diaqnostika"da müalicə və əməliyyat olunub.

5. Daha sonra müalicəsinin davamı üçün "YAŞAT" Fondunun dəstəyi ilə onu Bakıya göndərmişik.

6. Medal üçün də biz Müdafiə Nazirliyinə müraciət etmişik.

7. Hətta, onu Bakıya göndərərkən biz onun "yolpulu"nu da vermişik."

Növbəti sualımız bu oldu ki, Nahid ağır vəziyyətdə olmasına baxmayaraq, çarəsiz olduğu üçün dostunun avtomobili ilə "taksi" fəaliyyəti göstərir.

Xəlil müəllim sözümüzü ağzımızda kəsib, dərhal cavab Verdi ki, "xeyr. Bu tamamilə yalan məlumatdır. Mümkün deyil. Çünki, biz onu ziyarət edərkən o yataqdan qalxa bilmirdi."

Bizim Xəlil müəllimin, yoxsa Nahid Şıxalıyevin doğru danışdığını aydınlaşdırmaq fikrimiz yoxdur. Çünki, aşağıdakı linkdə gördüyünüz videogörüntü özü hər şeyi deyir.



Biz Nahidin əsas ehtiyacı olan mənzil məsələsinin həlli üçün də nələrsə etmələri barədə münasibət öyrənmək deyil, hətta öz adımızdan xahiş etdik.

Xəlil müəllim dedi "çox güman ki, ona əlillik qrupu veriləcək. Veteran haqqında sənədini alsın, O zaman biz onu qeydiyyata götürəcəyik. Daha sonra ona dolanması üçün müavinət ayrılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin ediləcəkdir."

Xəlil müəllimin sözlərindən belə qənaətə gəlmək olar ki, evlə təmin olunana qədər Nahid Şıxalıyev kirayədə yaşamağa məcburdur.

Dəyərli oxucularımız, sadalanan yardımları diqqətli oxudunuzmu?

Sizcə burda sadalanan yardımların hansı İcra Hakimiyyətinə aiddir?

Yəni, biz ərzaq yardımından başqa bir şey görmədik də, ona görə sizdən də soruşuruq.

Bəlkə biz yanılırıq...?

P.S: Əlavə edirik ki, Nahid İcra hakimiyyəti başçısı Elçin müəllimin onu evində gəlib ziyarət etdiyini, "1 kq düyü, 1lt yağ" və.s. bəzi ərzaqlardan ibarət "yardım qutusu"nun gətirildiyini və İcra Hakimiyyəti başçısı Elçin müəllimin öz işçilərinə ona "diqqət ayırmaları üçün tapşırıq vermişəm" dediyini də bizə bildirmişdi.

Elə Elçin müəllimin bu sözünə görə də Nahid deyir "Elçin müəllimin xəbəri yoxdur. İşçilər maraqlanmır."

Bu ifadənin nə qədər doğru olduğunu bilmirik. İcra Hakimiyyəti başçısının idarədə gedən proseslərdən xəbərsiz olduğu da təəccüb doğuran haldır.

Bəlkə də Nahid haqlıdır. Yəqin Vilyam Hacıyevin "qalıqları" vərdiş etdikləri iş prinsiplərini tərgitməkdə çətinlik çəkirlər.

Hə. Onu da deyək ürəyimizdə qalmasın. Xəlil müəllimin "müalicəyə gedərkən, hətta yolpulusunu da biz vermişik" ifadəsinə də elə Nahid Şıxalıyev özü aydınlıq gətirdi ki, "Mən müalicəyə gedəndə iki dəfə taksi sürücüsünə, bir dəfə də özümə: yəni 3 dəfə, hərəsində də də 30 manat yolpulu veriblər." Bu da toplamda 90 AZN edir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam