Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Yol inşaatçısı Tahir Əlıyevin “qrıjalı” fəaliyyəti-DE-FAKTO

Yenixeber.org: Söz vaxtına çəkər. Keçən ilin aprel ayında Bakı şəhərinin Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində 5 metr hündürlükdə, 130 metr uzunluqda, 3 metr enində nəhəng yerüstü asma piyada keçidi istifadəyə verildi. El içində “Şamaxinka” kimi tanınan həmin ərazidə inşa olunan keçidin ən mühüm özəlliklərindən biri Eyfelə bənzəyən qülləsidir.
Xatıraladaq ki, inşaat işlərinin gedişində qüllənin əyriliyi də diqqəti çəkmiş, bunu təsdiqləyən fotoşəkillər də yayılmışdı. Sonradan inşaatçılar qüllənin kəm-kəsirini birtəhər örtə bildilər. Amma əlbəttə ki, yırtığa vurulan yamaq qüllənin görkəmini düzəldə bildisə də, hərçənd, konsrtuksiyanın bel sütunundakı “qrıja”nı sağaltmadı.
Məqaləmizin ”qəhrəmanı” 10 saylı Xüsusi Təytinatlı Yol İstismarı MMC-nin rəisi, “Bizim Eyfel”in inşasını həyata keçirmiş Tahir Əliyevdir. Əldə etdiyimiz səhih məlumatlara görə, Tahir bəyin qol qoyduğu başqa işdəycələri də “qrıjalı”dır. İdarənin balansında olan texnikanı, maşın-mexanizmləri qeyri-qanuni icarəyə verməsi, “şişirdilmiş” rəqəmlərlə sərf olunmuş kimi göstərdiyi yol inşaat materiallarını satıb dövlət vəsaitini mənimsəməsi, haram kapital hesabına özünə ölçüyəgəlməz varidat yaratması onu tanıyanlar üçün yeni xəbər deyil. Məsələ burasındadır ki, indi Tahirin çevirdiyi, daha doğrusu qoşulduğu ən dəbdə olan korrupsiya növü “DOST” MMC-nin xətti ilə vətəndaşların ictimai işlərə cəlb olunması layihəsindən götürdüyü haram qazancdır. Redaksiyamıza verilən məlumata görə, hazırda bu layihə əsasında işlə təmin olunmuş 20-yə yaxın vətəndaşın maaş kartları Tahir Əliyevin cibindədir. Mexanizm isə sadədir: “DOST” MMC-nin xətti ilə Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) almaq üçün müraciət edən işsiz vətəndaş Dövlət Məşğulluq Agentliyinin yerli idarəsinə yönəldilir və ona rayon (şəhər) məşğulluq mərkəzi tərəfindən iş təklif olunur. ÜDSY almaq üçün müəyyən edilmiş qaydalara görə, vətəndaş (ailə başçısı, yaxud, ailəni təmsil etməsi notarial qaydada təsdiqlənmiş şəxs) və ailənin işaxtaran kimi qeydiyyatdan keçmiş digər əmək qabiliyyətli üzvləri müraciətlərinin müsbət həllinin təxirə düşməməsi üçün həmin iş təklifindən imtina etməməlidirlər. Təklif olunan işlər isə çox vaxt az maaşlı olur. Ailə üzvlərinin sayı ehtiyac meyarına (190 manat) vurulur, sonra da rəsmi gəlir həmin hasil olunmuş rəqəmdən çıxılır, qalan fərq ÜDSY kimi təyin olunaraq ailəyə aylıq ödənişlər edilir. 10 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC bu layihəyə Tahir bəyin “xüsusi qeyd-şərti” ilə “dəstək” verir. Belə ki, vətəndaşlara yol idarəsində qara fəhlə kimi hər gün işə çıxıb ayda 250 manat minimum məvacib almaqdansa, adlarının işdə getməsi, pensiya kapitalına təsir edəcək staj yazılması, maaşlarını Tahir Əliyevə və onunla əlbir vəzifəli şəxslərə bağışlayıb əvəzində ÜDSY almaq daha çox sərf edir. Çünki bu zəncirin mühüm halqası işəgötürənin vətəndaşa verdiyi, sonradan yerli Əhalinin Sosial Müdafiəsi Mərkəziinə təqdim ediləcək əmək haqqı haqda arayışdır. Beləliklə, layihədən hamı qazanır – işləməyən vətəndaş da, Tahir və korrupsiya ortaqları da. Bircə uduzan dövlət, onun büdcəsi olur. Büdcənin talan edilməsinə isə heç birimiz laqeyd qalmamalıyıq. Çünki biz sadəcə jurnalist və oxucular deyilik, büdcənin formalaşmasına töhfə verən vergi ödəyiciləriyik.(nyus.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam