Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Şirvanın "şir biləkli"”ağcaqanad”ları-ŞİKAYƏT

Yenixeber.org: Hər bir insan ömründə bir dəfə də olsun vampirlərlə bağlı film izləyib və qorxu hissi yasayıb. Lakin, insanlar qorxu ilə yaşamağa məhkum olduqda zamanla qorxu hissi işgəncəyə cevrilir. Belə təcrübələri Azərbaycanın bir cox icra başcıları yaxşı bildikləri ücün vəzifə səlahiyyətlərinin qat-qat üzərinə çıxıb, xalqın xidmətçisindən xalqın “vampir”inə çevrilirlər.

Belə düşünməmizə əsas verən səbəblərdən biri olaraq, sizi Şirvan rayonunda baş verənlərin kicik bir epizodu ilə tanış edirik.
Redaksiyamıza müraciət edən Şirvan rayon sakini, II qrup əlil Bəşirov Kazım yaşadığı acınacaqlı həyatının tablosunu gözlərimizin önünə sərdi.


Kazım kişi ömrünün ixtiyar çağındadır. Bu yaşda həyatın verdiyi yorğunluqların acısını xəfiflətmək yerinə, əksinə “həyatda qalma” mubarizəsi aparır.
Köhnə, cırıq kisəsi ilə küçə-küçə gəzib dəmir və şüşə icki bankaları toplayaraq çörək pulunu çıxarmağa çalışır. Üstəlik səhhətinin verdiyi ağır işgəncələr Kazım kişinin vəziyyətini daha da dözülməz edib. Kazım Bəşirov üzləşdiyi acınacaqlı həyatının yükünü azda olsa azaltmaq üçün dəfələrlə Şirvan rayon İcra Başçısı İlqar Abbasovun qapısını döyüb. Nə yazıq ki, sözün həqiqi mənasında ətdən divarlarla müdafiə olunan İlqar Abbasov "təhlükəli cinayətkar" hesab etdiyi Kazım kişini elə icra aparatının önündən əliboş geri döndərir. Kazım kişi əbəs yerə söyləmir ki, Şirvan rayon İcra Hakimiyyətində xidmət edən polislər yalnız öz vəzifə səlahiyyətlərini deyil, icra başçısının vəzifələrini də cavfəşanlıqla yerinə yetirməkdə maraqlıdırlar. Kazım kisinin yaşadığı ev (əlbətdə ki, ev adlandırmaq olarsa) ilin yağışlı fəsillərində ev olmaqdan çox xəlbir rolunu oynayır. Onsuzda əlillikdən əziyyət çəkən Kazım kişiyə işgəncə etmək İlqar Abbasovun “həyat zövqü”nü daha da artırır.

Əslində Kazım kişi Şirvan rayonunda haqları tapdalanmış minlərcə insanlardan biridir ki, rahat kürsüsündə zövqlə əyləşən İlqar Abbasov onların səslərini duymamaq üçün qulaqlarına “pambıq tıxayıb”.


Yəqin bu səbəbdəndir ki, Kazım Bəşirov Şirvan rayonunun məmurlarını “xalqın qanını soran ağcaqanadlar” adlandırır.

P.S: Qeyd edirik ki, B.Kazımın istəyi o qədər də böyük deyil. O sadəcə yaşadığı yararsız halda olan mənzilinin təmiri üçün İcra Hakimiyyətindən kömək istəyir.

P.S.S: “K.İ.V” haqqında qanunları rəhbər tutaraq, hər zaman olduğu kimi qarşı tərəfin də mövqeyini öyrənmək üçün Şirvan şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən bütün əlaqə nömrələrinə zəng etsək də dəstəyi qaldıran olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam