11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində "besperedel"-RÜSVAYÇILIQ
Yenixeber.org: Daxili İşlər Nazirliyinin Dövlət Baş Yol Polisi İdarəsinin 11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi İmişli rayonunda olimpiya kompleksi ilə üzbə-üz yolun əks istiqamətində çox da böyük olmayan təqribən 50-ha torpaq sahəsini əhatə edən yaraşıqlı bir inzibati və bir yardımçı tikilidən ibarət obyektdə yerləşir.
İlk öncə həmin binanın zahiri görkəmindən idarənin həyətində görünən gündəlik 20-30-nəfərdən ibarət şəxsləri görərkən heç də insanın ağlına belə gəlmir ki, bu binanın daxilində dövr edən qara pullar və qeyri-qanuni alınıb, bölünüb və kimlərəsə ötürülən hər ay milyonlarla manat dövriyyədədir.
Bunu da qeyd etmək yerinə düşər ki İmişli rayonunda yerləşən 11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi Respublikamızın yeddi rayonunu-İmişli, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Xocavənd rayonlarını əhatə edir.
11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə iki ildən çoxdur ki Qulu Qüdrət oğlu Quliyev rəhbərlik edir.
Hər həftənin iş günləri Polkovnik Qulu Qüdrət oğlu Quliyevin başçılıqı altında fəaliyyət göstərən saxtakar və soyqunçu dəstə on minlərlə manat məbləğində köçürmələr adı altında Dövlət nəfinə ödəniş etmə kimi qəbzlər verərək vətəndaşlardan qanunsuz yolla aldıqları pul vəsaitlərini hansı hesaba köçürmələri də heç kəsə məlum deyil. Bundan başqa texniki baxışdan keçməyə gəlmiş eləcə də mühərrik seriyası və kuzov nömrəsi avtomobilin texniki pasportu ilə uyğun gəlməyən hər il yüzlərlə avtomobilə saxta texniki baxış və texniki pasportlar təyin etməklə milyonlarla vəsaiti saxta yollarla Qulu Quliyevin dəstəsi oğurlamaqdadır.
Polkovnik Qulu Quliyev bütün dünyanı bürüyən pandemiya dövründə xərclərinin artması bundan başqa digər sahələrdə qiymət artımını nəzərə alaraq vətəndaşlar üçün verilən sürücülük vəsiqəsinin qeyri-qanuni yolla verilməsində də əsaslı bahalaşma yaratmışdir.
Beləki Qulu Quliyev son vaxtlar xərclərinin və yuxarılara verəcəyinin çoxluğu ilə bağlı və bundan başqa vəzifəyə gəlmək üçün beş yüz min manatdan çox pul vəsaitinin kiməsə ötürməsini əsas tutmaqla sanki 11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi ona atasından miras qalmış hansısa ticarət obyekti və yaxud müəssisə imiş kimi idarə edir.
"Kefim belə istəyir", bu idarənin rəhbəri mənəm, xərclərim var bu səlahiyyətləri mənə verənlər məni qoruyacaqdır ifadəsi ilə kimə və nəyə və kimə işarə edir ?
Qulu Quliyevin rüşvətxor, korrupsener hərəkətlərini həyata keçirməkdə on nəfərdən çox şəxsi əhatə edən böyük bir dəstə ətrafında cəmləşmişdir. Ən maraqlısı isə bundan ibarətdir ki,Qulu Quliyevin rəis olduğu sürücülük vəsiqəsi, texniki baxış eyni zamanda avtomobillərin dövlət qeydiyyat nişanları alveri ilə məşğul olan bu idarəsi onun nə şəxsi mmc-si nədə ki, ata-babadan miras qalmış mülkiyyət növü deyil. Daxili İşlər Nazirliyinin baş Dövlət yol Polisi İdarəsinin yəni hamının inandığı hüquq-mühafizə orqanlarından birinin nəzdində fəaliyyət göstərən qurumdur.
BƏS QULU QULİYEVDƏ SÜRÜCÜLÜK VƏSİQƏSİ NEÇƏYƏDİR ?
Polkovnik Qulu Quliyev sürücülük məktəblərinin verdiyi sürücülük kurslarına dair bitirmə atestatından sonra sürücülük vəsiqəsi almaq istəyən şəxsləri idarənin həyətindəki qanunsuz fəaliyyət göstərən müvəkkiləri vasitəsi ilə ilk öncə imtahan edir onların madiyyatını,ciblərini və xəzinlərini sorğu-sual edir daha sonra isə həmin şəxslərdən müvəkkilərinin vasitəsi ilə dolayısı yolla 1250-manat məbləğində rüşvət almaqla "BC" sürücülük kataqoriyası üçün və bundan sonra gələcək digər kataqoriyalar üçün isə hər kataqoriyaya görə 1000-manat əlavə almaqla rəsmi imtahan zalına keçirir, həmin vaxt ərzində müdavim olmuş və sürücü adlanacaq şəxsin anket və sorğuları doldurulur sonra imtahan otağında imtahan kompuyuter masası arxasında imtahan verən şəxs otuzdurularaq hansı suala necə cavab verməsi sakitcəsinə imtahan verənə çatdırılır və müdavim formal olaraq yaxşı nəticə göstərdiyi və artıq imtahan vermiş hesab edilərək sürücülük vəsiqəsini almağa layiq görülür. Lakin yuxarıda qeyd etdiyim kimi əslində bu imtahan müdavim imtahan zalına girməmişdən əvvəl rəisin qeyri-qanuni müvəkkiləri tərəfindən ilkin sorğu-sual olunarkən və cibləri yoxlanarkən müəyyən edilmişdir ki o,sürücülüyə yararlıdır ya yox!
Beləliklə sürücülük vəsiqəsi almaq istəyən lakin büdcəsi Qulu Quliyevlə hesablaşmağa imkan verməyən kimsə hətta dünyanın ən baş, ən mahir sürücüsü belə Qulunun imtahanından keçə bilməz əgər belə olmasaydı imtahan günləri sürücülük vəsiqəsinin müdavimlərə verilməsindən Qulu Quliyev və onun cinayətkar komandası hər imtahan vaxtı əlli min manatdan çox vəsaiti vətəndaşlardan oğurlaya bilməz və özününküləşdirə bilməzdi.
Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevin rüşvətə korrupsiyaya, dövlət orqanlarının işinə kölgə salan və bu kimi qeyri-qanuni hərəkətlərlə tükənmədən mübarizə aparması bütün Azərbaycan xalqına bəllidir. Belə ki, Mədəniyyət Nazirliyində, Xarici İşlər Nazirliklərində, Dövlət Gömrük komitəsində, Balıqçılıq Sənayesində, Mərkəzi İcra Hakimiyyətlərində keçmiş MTN-də Kənd Təsərrüfatı Nazirliyində və bu kimi digər dövlət orqanlarında eləcə də bank sektorunda rüşvətə,korrupsiyaya,dövlət əmlakını mənimsəməyə qarşı apardığı mübarizə nəticəsində onlarla vəzifəli şəxs,məmur həbsə alınmış barələrində cinayət təqibi aparılmış və aparılmaqdadır,bəziləri isə məhkəmə mühakiməsindədir,lakin Qulu Quliyevin özbaşnalıq nümayiş etdirən rüşvətxor komandası əməliyyatlarını daha geniş sahədə və açıqcasına göstərməkdə fəallaşır. Özünü Milli Qəhrəman səviyyəsində təqdim edən Qulu Quliyev Nazir olmaq xülyaları ilə çirkin əməllərini həyata keçirməkdədir.
GÖRƏSƏN DÖVLƏT ORQANLARININ,DAXİLİ İŞLƏR ORQANLARININ İŞLƏRİNƏ NƏZARƏT İDARƏSİ ƏN BAŞLICASI İSƏ CƏNAB NAZİRİN QULU QULİYEVİN ÇİRKİN ƏMƏLLƏRİNDƏN XƏBƏRİ YOXDURMU ?
Daha ətraflı qarşıdakı günlərdə...(tereqqi.az)
Mürşüd Mirzəyev, İmişli rayonu.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.