Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağdakı Rusiya sülhməramlıları yenə mandatlarından kənara çıxır – ŞƏRH+FOTOŞƏRH+FOTO

 

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti deyəsən öz funksiya və məqsədlərindən kənara çıxdığını ya anlamır ya da bilərəkdən ermənilərə simpatiyarını ifadə edir.

Yenixeber.org: Qarabağdakı Rusiya hərbçilərinin vəzifəsi işğaldan azad edilmiş ərazilər erməni silahlı birləşmələrindən tam təmizlənə qədər sülhməramlı əməliyyatları həyata keçirməkdir.

Ancaq gündən-günə cənab general Rüstəm Muradovun komandanlığı altında əmrləri icra edən sülhməramlı kontingent 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan məqsədlərindən uzaqlaşır.

İndi də sülhməramlılar Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümünə həsr olunan “Ailə tarixi-Zəfər tarixi” adlı aksiya keçirməyə başlayıblar.

Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bu barədə bildirilir. Rusiya MN bəyan edir ki, Dağlıq Qarabağın (?) Əsgəran bölgəsinin Xanabad kəndinin İkinci Dünya Müharibəsində həlak olan 104 sakininin abidəsi önündə aksiyaya start verilib.

Xanabad kəndi hazırda Xocalı rayonu ərazisində kənddir, sülhməramlı kontingentin nəzarəti altındadır. Rusiya MN birincisi, Dağlıq Qarabağ ifadəsindən bərk-bərk yapışıb, halbuki artıq bu ifadə tarixə qovuşub.

Bunu da keçək, fərz edək ki, Rusiyanın arxaik ifadələrə müraciət etməsinin kökündə texniki səhvlər var.

Yaxşı görəsən, indi nə düşüb ki, sülhməramlılar uzaq perspektiv üçün barıt qoxuyan addımlar atır? Məgər sülhməramlıların işi abidələri bərpa etməyəmi yönəlib? Əlbəttə ki, xeyr.

Əslində sülhməramlılar bərpa adı altında ermənilərin maraqlarının bərpası prosesini həyata keçirirlər.

Rusiya MN fotolar da yayımlayıb, orada ermənicə yazılar həkk olunan abidənin önündə erməni sakinlərə sülhməramlılar da yardım edir. 

Əgər məqsəd humanitar aksiyadırsa, o zaman niyə sülhməramlılar Azərbaycanın dağıdılmış, məhv edilmiş ərazilərində bərpa işləri aparmırlar?

Gülməli, həm də ağlamalı bir vəziyyətdir. Rusiya MN yaxşı olar ki, əsl məqsəd və niyyətini bəyan etsin, hamı da buna uyğun adekvat davranış sərgiləsin.

Məqsəd və niyyətlərin başqa ad altında gizlədilərək həyata keçirilməsi isə ən azından riyakarlıqdır.

Bir də, yada düşmüşkən. Bir müddət əvvəl ermənilər Xocavənddə İkinci Dünya Müharibəsində nasist Almaniyasına canla-başla xidmət edən Qaregin Njdenin heykəlini ucaltmışdılar. Amma, SSRİ varisi olaraq Rusiya buna etiraz etmirdi, Moskva tərəfindən laqeyd bir susqunluq hökm sürürdü. Yalnız Azərbaycanın çoxsaylı etirazlarından sonra heykəlin Xocavənddən götürülməsi barədə məlumatlar yayıldı. Yəni Rusiya bunu rəsmi Bakının tələbəsi olmasaydı etməyəcəkdimi? Görünür ki, etməyəcəkdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam