Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi bu şirkət səmi 9 aydır yaradılıb. Bu müddət ərzində hər hansı satınamalda iştirakı barədə məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir qeydə rast gəlinmir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti cəmiyyətdə birmənalı qarşlanmır. Komitənin sədri keçmiş vitse-spiker Bahar Mradovadır. Ondan əvvəl isə quruma deputat Hicran Hüseynova rəhbərlik edib. Onun 14 illik rəhbərliyi dövründə komitənin fəaliyyəti demək olar ki, hiss olunmayıb. Gözlənilirdi ki, Bahar Muradov sələfindən fərqlənəcək. Lakin yenə də Komitə ictimai müzakirələrdə ən çox tənqid olunan qurumlardan biri kimi qalır. Xüsusilə, qurumun məişət zorakılığına qarşı mübarizə sahəsində ciddi tənqidlərə tuş gəlir. Qadın hüquqlarının müdafiəçiləri qurumu işinin öhdəsindən gələ biməməkdə ittiham edir. Bununla belə, göründüyü kimi bu iş üçün büdcədən vəsaitlər də ayrılır…(Reportyor.info)