Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb  -Videomüraciət

 

 Qazax rayonu Əhməd Seyidov 46 ünvanında yaşayan Xədicəxanım Hüseynzadə adlı sakin yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmaması ilə bağlı videomüraciət edib. O, müraciətində bildirir ki, bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmənları İdarəsindnən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib.

Yenixeber.org: Şikayətçi yaydığı videomüraciətdə iddia edir ki, QMİ-də mühüm vəzifədə çalışan Əlirıza adlı şəxs onlara söz verib ki, sənədləşdirilməyə kömək edəcək. X. Hüseynzadə deyir ki, onlardan 2000 min manat pul da tələb olunub:

“Əlirıza bəyə yoldaşım bal-qaymaq verib. Yoldaşımı aldadıb, deyib ki, narahat olma. Siizn məscidə sənəd alıb verəcəm. Biz təkrar məktub yazıb göndərdik. Allahşükür Paşazadə bizə cavab vermir. Dövlət başçısına da müraciət etmişik. Bizdən 2000 pul tələb edir, axı hardan tapaq o qədər pulu. Mən dörd uşağımla getmişəm ora. Amma məhəl qoyulmur. “Tövbə” məscididir. Buna da pul alıb sənədləşdirərlər?”

QMİ ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istədik. Problemi araşdıracaqlarını bildirsələr də heç bir cavab olmadı. QMİ-nin mövqeyini dərc etməyə hazırıq.(“RegionNews.az")

 Sözügedən videomüraciəti təqdim edirik:

 








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam