Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi? 

 

               

              Keçmiş nazir Səlim Müslümovun həbsi sabiq məmurları təşvişə salıb

Yenixeber.org: Onun həbsindən sonra “sabiqlər” sərvətlərinə “əl gəzdirməyə” başlayıb. 

Səlim Müslümov 2013-2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib. Təxminən bir həftə əvvəl Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Keçmiş nazir korrupsiyada ittiham olunur.

Azərbaycanda korrupsiyaya qarşı sərt mübarizə 2019-cu ilin sonlarından başlayıb. Ona görə sərt deyirik ki, bu dəfə həbs edilənlər xırda çinovnikər yox, iriçəkili məmurlar olub. Yerli icra hakimiyyətlərində DTX-nin xüsusi əməliyyatları ilə start götürən anti-korrupsiya aktları mərkəzi icra hakimiyyətlərinə qədər uzanıb. Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumlarda xüsusi əməliyyatlar keçirilib və sözügedən qurumların yüksək vəzifəli şəxsləri həbs edilib.

Səlim Müslümovun həbsilə bu dalğa keçmiş məmurlara çatıb. Müşahidələr göstərir ki, hədəfdə əsasən uzun müddət vəzifədə olan, korrupsiya əməliyyatları nəticəsində varlanaraq oliqarxa çevrilən məmurlardır.

Məlumatlara görə, həmin məmurlar da baş verənlərin fərqindədir və özlərini sığortalamaq üçün müəyyən addımlar atırlar. Onlar ilk olaraq biznes imperiyalarının sərhədlərini kiçiltmək və sərvətlərini azaltmaqla məşğuldurlar. 

Artıq keçmiş vergilər naziri Fazil Məmmədovun mülklərini satışa çıxardığı barədə məlumatlar yayılıb. Axar.az yazır ki,  hazırda Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan Fazil Məmmədov bu rayondakı bütün obyektlərini satır. Artıq sabiq nazirin məşhur “Excelsior” otel şəbəkəsini satdığı da iddia olunur.

Böyük ehtimalla Fazil Məmmədov həbslərdən təşvişə düşərək mülklərinin sayının azaltmağa başlayıb.

Başqa keçmiş məmurların da oxşar addımlar atması barədə məlumatlar var. Onların hətta xaricdəki bizneslərində “əl dəyişikliyi” etdiyi iddia olunur. Bu sırada Baş nazirin keçmiş müavini, uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik etmiş Əli Həsənovun, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun, Baş nazirin keçmiş müavini Abid Şərifovun və digərlərinin adları hallanır.(hit.az)

VÜQAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam