Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb" -Prezidentə müraciət

 Göyçay rayonu Çərəkə kənd sakini şəhid atası Şirinov Bağır Eldar oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Yenixeber.org: Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:

"Mənim oğlum Eldar Bağırov Vətən müharibəsində 6 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub.Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə polkovnik leytenant Orxan Əkbərov, Elnur adlı mayor, gizir Sübhan Abduraxmanov, Şakir adlı MAXE, gizir Hüseyn Qasımov və mənim oğlum Eldar ermənilərlə bir neçə saat döyüşüb mühasirəni yarıb özləri şəhid olmaqla 70 dən çox hərbiçimizin sağ qalmasına nail olublar.Eldar ailənin tək oğlu idi.
Oğlum dəfn edildiyi Çərəkə kənd Şəhidlər Xiyabanı çox baxımsız bərbad gündə idi.Şəhidliyiə görə aldığımız 11.000 manat sığorta pulunu mən şəhidlər xiyabanının abadlaşdılmasına xərcləmişəm.Oraya işıq dirəyi qoyub böyük projektorlu işıq çəkdirmişəm, 32 metr hündürlüyündə bayraq dirəyi quraşdırmışam, şəhidlər üçün lövhə yerləşdirmişəm, ancaq rənglənib təmir edilməlidir.Kol-kos basmış parkı təmizlətdirib ağaclarını budayıb ətəyini rəngləmişəm.Hazırda isə arzum orada şəhidlər bulağı inşa etdirməkdir.
Ancaq Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi ilə şəhidlər xiyabanı ilə maraqlanmayıb.Heç bir köməklik göstərməyib onun bu laqeyidliyi mənə çox pis təsir göstərir.Eşıtmişəm digər yerlərdə şəhidin məzarının düzəldilməsi üçün icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 1500 manat pul verilir ancaq Göyçay icra başçısı 500 manat pul vermişdir.Mən şəhid oğlumun nəzarının düzəldilməsinə 1900 manat pul xərcləmişəm.
İcra başçısı Çərəkə kənd şəhidlər xiyabanına su çəkilməsinə nə razılıq vermir nədə ki, köməklik göstərmək istəmir.Hələ Şəhidlər Xiyabanının girişi və yan tərəfi çox bərbad gündədir.
Yuxarıda qeyd etdiyim kimi mənim oğlum Eldar əsgər olsada 5 nəfər zabitlə birlikdə bir neçə saat erməni hərbiçiləri ilə vuruşub mühasirədə olan 70 nəfərdən çox əsgərimizi xilas etməklə özləri qəhrəmancasına şəhid olublar.Bunu sağ qalmış hərbiçilər mənə danışanda qürur duyuram fəxr edirəm ki, belə bir qəhrəman oğlun atasıyam.
Ancaq ona pis oluram ki, icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi və şəhidlər xiyabanı ilə maraqlanmayıb.
Biz şəhid ailəsi olaraq mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik şəhid ailəsinə laqeydlik göstərən şəhidlər xiyabanını baxımsız qoyan icra başçıs barədə tədbir görəsiniz və oğlumuz Eldarın qəhrəmancasına şəhid olmasını araşdırıb ona layiq olduğu adı verəsiniz.
Əlaqə telefonu; (050) 388-85-31"



"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb"
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb"
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb"
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb"
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb"
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb"
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb"
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb"
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam