Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Əlil uşaq atası Gədəbəy İcra hamiyyətində təhqir olundu -VİDEO

Respublikamızın müxtəlif rayonlarından, şəhər və kəndlərindən redaksiyamıza müxtəlif xarakterli, müxtəlif səpkili məktublar gəlir. Onların əksəriyyətini şikayət məktubları təşkil edir. Haqqı-hüququ pozulan, haqsızlıqla üzləşən, incidilən, get-gələ salınan, süründürməçiliyə məruz qalan bu zavallı insanların məktublarını  həyəcansız oxumaq mümkün deyil. Böyük ürək ağrısı ilə yazılmış bu şikayət məktublarını oxuduqca təsirlənir, acı təəssüf hissləri keçirirsən. Öz səlahiyyətlərini aşan, vəzifə borclarını yerinə yetirə bilməyən, məsuliyyət hissini itirən bəzi yerli məmurların yarıtmaz fəaliyyəti, özbaşınalığı, laqeydliyi nəticəsində narazı qalan insanların qapı-qapı başqa dövlət qurumlarına, ictimai təşkilatlara, hüquq müdafiəçilərinə üz tutmağa və şikayət etməyə səbəb olmuşdur. Hər cür yardıma, köməyə ehtiyacı olan, yaşadığı rayonun rəhbərliyi tərəfindən diqqətsizlik, etinasızlıqla qarşılanan, qapılara salınan insanlardan biri də Gədəbəy rayonu Çaldaş kənd sakini Kamil Yolçu oğlu Orucovdur. O, heç bir ali təhsil almayan, savadsız, sadə bir kənd adamıdır. Xəstə uşağından və bir də cənab Allahın ona verdiyi yaşamaq haqqından başqa heç nəyi yoxdur, olduqca kasıbdır. Amma elə böyük ürəyi var ki!... Danışdıqca  kövrəlir gözləri dolur, haldan-hala düşürdü. Onun gözlərindən, danışığından, bir də səsindən böyük əziyyət çəkdiyini ağır və məşəqqətli  həyat yaşadığını aydın hiss olurdu…

Yenixeber.org: Bəs bu zavallı insanın arzusu istəyi nədir?İsti ev-eşiyindən uzaq düşüb.Böyük çətinliklə,sıxıntlarla redaksiyamıza  gəlməyinə məcbur olan səbəb nədir?Nədən gileylənir,nədən şikayətlənir?...Əgər qısa sözlə ifadə etsək işsizlik! Bəli,bəli işsizlik!işsizliyin ağır məngənəsi onu elə sıxmışdır ki, getmədiyi yer,döymədiyi qapı qalmayıb.Bəs,dünya şöhrətli alimləri,ziyalıları,şairləri,yazıçıları ilə məhşur olan Gədəbəy  rayonunda onu öz kölgəsi altına alan bir iş adamı,xeyirxah bir insan tapılmadımı?Onun qeydinə qalan, ərizəsini oxuyan,könlünü alan bir adam olmadımı?Bizim xalqımız həmişə öz milli-mənəvi dəyərləri,gözəl adət-ənənələri xeyirxahlığı yaxşılığı,insanpərvərliyi,qonaqpərvərliyi,əliaçıqlığı ilə bütün xalqlara nümunə olmuş və onların yaddaşında əbədi kök salmışdır.Daxili gözəllik və əxlaqi dəyərlər tarix boyu bizim xalqımızın,millətimizin,insanlarımızın mənəvi sərvəti olub və hesab edirik ki,öz qiymətini qoruyub saxlamaqdadır.Gədəbəy həmişə bizim qürur mənbəyimiz olub .O,yerlərin dağı,təbiəti kimi insanları da saf,təmiz və xeyirxahdır.Bəs indi nə olub?Kamil Orucov yazır ki,Gədəbəy rayonunda getmədiyim,qapısını döymədiyim bir idarə,bir müəssisə qalmadı.Amma heç kim mənə bir iş vermədi.Başa düşdüm ki,kasıba heç yerdə yer yoxdur.
      Bəs Gədəbəy Rayon İcra Hakimiyyəti? 
      Biz bu barədə bir qədər ətraflı danışmaq istəyirik.İlk öncə şikayətçi Kamil Orucovun dediklərindən bəzi qeydləri hörmətli oxucularımızın diqqətinə çatdırırıq:”Dəfələrlə İcra Hakimiyyətinə getmişəm.Başçının qəbuluna düşmək mümkün deyil.Ümumiyyətlə o heç şikayətçiləri qəbul etmir.Müavinlər və başqa işçilər də kasıbları yaxın buraxmır.Ömründə bir dəfə müavinin qəbuluna düşdüm.Güya bilmirdi,soruşdu ki,nə istəyirsən,bura niyə gəlmisən?Dedim ki,işsizəm çoxdandı işləmirəm,xəstə uşağım var.O,güldü,məni ələ saldı.Xeyli güləndən sonra dedi ki,iş-zad yoxdur,get hara istəyirsən şikayət elə.Sonra məni ümidsiz yola saldı.”Bax belə! Kadr yerində olmayanda sadə zəhmət adamları əziyyət çəkir,qapılara düşür.Görünür o müavin evi ilə dövlət idarəsini səhv salıb.Əgər evinə gedib narahat etsəydilər,qapını döysəydilər,kömək etsəydilər, düşünərdik ki, bu onun öz şəxsi işidir,əgər bütün əxlaqi və mənəvi dəyərlərin üstündən xətt çəkib qapısına gələn insanı ələ salıb evindən əli boş qovursa,bu,onun insani xüsusiyyətlərindən uzaq daxili göstəricilərinin təzahürüdür.Amma İcra Hakimiyyətində qəbula gələn sadə insanlarla bu cür davranmaq qətiyyən olmaz və bu ali dövlət qurumunun adına,şərəfinə ləkə gətirən,onun nüfuzuna zərbə vuran kobud hərəkət və yanlış münasibətdir.İcra Hakimiyyətinin başçısı xalqdan uzaq düşəndə,təyin olunmuş qəbul qaydalarını pozanda,işçilər üzərində nəzarəti itirəndə,öz işinə məsuliyyətsiz,səthi,”dırnaqarası” yanaşanda nəticəsi belə olar.Yuxarıda qeyd etdiyimiz kimi rayonda elə bir dövlət idarəsi qalmayıb ki,Kamil Orucov iş üçün ora müraciət etməsin.Yəni doğrudanmı respublikamızda öz çəkisi,öz adı-sanı olan Gədəbəy rayonunda bir insan üçün adi bir iş yeri tapılmır?Xeyirxahlıq əsirlər boyu xalq kütlələrinin tərənnüm etdiyi və qoruyub saxladığı ən gözəl insani dəyərlərdən biridir.Xeyirxahlıq əxlaqi sərvətimizin əsası və insanların birgə yaşayışının təməl daşlarından və əsas xüsusiyyətlərindən biridir.Əgər bu dəyərləri İcra Başçısının müavini itiribsə, Başçının özü yəqin ki,bilməmiş deyil?Cənab Başçı İbrahim Mustafayev onu da bilməmiş deyil ki,vaxtı ilə Ulu Öndər Heydər Əliyev bir proqram,bir tezis kimi demişdir:sitat "Biz öz milli-mənəvi dəyərlimizlə fəxr etməliyik.Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında,yaşayışında,fəaliyyətində formalaşıbdır.Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq,həqiqi millət ola bilməz.” İ.Mustafayev unutmamalı idiki ümummilli lider milli-mənəvi dəyərlərimizin öyrənilməsini  qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü.O,həmçinin mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox,həm də siyasi varlığımızın dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.Bunu ona görə xüsusilə vurğulayıraq ki, İcra Hkimiyyəti başçısının müavini qəbula gələn vətəndaşları ələ saləb aşağılayarkən ona öz həqiqi yerini göstərməli və cəzalandırmalı idi.Amma belə olmadı.Özünü elə apardı ki,guya onun belə işlərdən xəbəri yoxdur.Hansı ki,biz bu mövzuda və bu barədə hələ keçən il iki dəfə informasıya vermişdik.Burdan belə nəticə çıxarmaq olar ki,Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Bu məsələyə ikinci dərəcəli bir iş kimi baxmış və əhəmiyyət verməmişdir.Buda onu deməyə əsas veririki vətəndaşların,sadə əmək adamlarının taleyi onu maraqlandırmır.Bu, İcra Başçısına maraq dairəsindən kənarda olan bir işdir.Bunu deməyi özümüzə borc hesab edirik ki,milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran,inkişafa kömək edən bir amil davranışdır.Məhz bu dəyərlərin və davranış qaydalarının itirilməsinin ən bariz nümunəsidir ki,Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini kömək üçün onun qəbuluna gəlmiş vətəndaşlara o cür münasibət bəsləyir və bunun ən pisi isə İcra Başçısının heç bir ölçü götürməməsidir!Bu qədər yazılardan,söhbətdən sonra bir dəfə olsun maraqlanmadı ki,xəstə uşağını saxlamağa,müalicəsini aparmağa imkanı olmayan və buna görə də qapılara düşüb iş axtaran vətəndaşının taleyi necə oldu?İş tapdımı,yoxsa xəstə uşağını qucağına alıb əllərini göyə qaldıraraq ümüdini Allaha bağlamışdır?Əlbəttə milli-mənəvi dəyərləri itirmiş məmurlar üçün indi bunun əhəmiyyəti yoxdur.Amma ölkə başçısı Cənab Prezident İlaham Əliyevin təşəbbüsü ilə yaradılan "Mənəvi Dəyərlərin Təbliği”Fondu bu sahəyə sistemli dövlət qayğısının bariz nümunəsidir.Bununla Cənab Prezident dövlət məmurlarına mesaj vermişdir ki,işlərini məhz bu istiqamətdə qursunlar.Daha Gədəbəy kimi gözəl bir rayonun kasıb imkansız bir sakinini Bakının küçələrinə salıb iş üçün qəzet və saytlar vasitəsi ilə ölkə başçısına müraciət ünvanlamağa məcbur etməsinlər.
    Mövzunu gündəmdə saxlayacağıq... (dogruxeber)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam