Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Saleh Məmmədov gözətçilərin əməyini niyə istismar edir? – “24 № -li MMC”-dən-ŞİKAYƏT

 

 

Yenixeber.org: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən regional və rayonlar üzrə Yol İstismarı İdarələri işçilərin əməyini istismar edir. Bu barədə faktı Agentliyin Göygöl “24 № -li Yol İstismarı MMC”-də işəgötürənlə gözətçilər arasında baş verənlərə münasibətdə asanlıqla isbat edə bilərik.
Saytımızın əldə etdiyi məlumata görə, Göygöl rayonunda yaşayan və Agentliyin Göygöl “24 № -li Yol İstismarı MMC”-də gözətçi işləyən Abdullayev Arif Musa oğlu əmək hüquqlarının pozulduğu şəxslərdən biridir. Adıçəkilən bir neçə gün öncə məcbur qalaraq “Çalışdığı dövlət müəssisəsində pozulmuş əmək hüquqlarının müdafiəsi və bərpası tələbinə dair ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında 21 saylı Gəncə Regional Əmək Müfəttişliyinə müraciət edib.

Əldə etdiyimiz məlumata görə, şikayətçi ərizəsində bildirib ki, uzun müddətdir ki, Göygöl rayon Yol İstismarı İdarəsində gözətçi vəzifəsində işləyir. Çalışdığı müddət ərzində əmək qanunvericiliyinin tələblərinə və idarədaxili nizam-intizama yüksək səviyyədə riayət edib. İşinin icrasında məsuliyyətli olmaqla, heç bir nöqsana və qanun pozuntusuna yol verməyib. Lakin, çalışdığı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “24 № -li Yol İstismarı MMC” – nin hazırkı direktoru Sənan Nəcəfov bu vəzifəyə təyin edildikdən qısa zaman sonra kollektiv arasında ayrı – seçkiliyə, intiriqalara, vəzifəsindən sui – istifadəyə yol açılmış, eləcə də onun əmək qanunvericiliyilə qorunan hüqüqları bilərəkdən pozulmağa başlamışdır.
Gənc rəhbərin kollektivə və tabeliyindəki fəhlə sinfinə qarşı təkəbbürlü davranışlar nümayiş etdirdiyini qeyd edən şikayətçi direktorun vəzifəsindən sui istifadələrə meydan açmaqla bir neçə gözətçinin əmək müqaviləsi əsasında tələb edilməyən şərtlərlə əməyin istismarına məruz qoymuşdur. Anlaşılır ki, yeni direktor gözətçi vəzifəsi daşıyan işçilərinə qarşı əmək hüquqlarını işəgötürən təşkilatın direktoru olaraq qəsdən pozmuşdur.
Əldə etdiyimiz rəsmi sənədlərə əsasən, adıçəkilən MMC ilə işçi arasında “müddətsiz” olmaqla və əməyin ödənilməsi “vaxtamuzd” olmaqla rəsmi əmək müqaviləsi mövcuddur. 08.04.2019-cu il tarixdə “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən də şikayətçi hazırda 299 manat aylıq əməkhaqqı alır.
İdarədə 3 nəfər gözətçi çalışır ki, onlar da öz vəzifəsini ayın 10 günü (səhər saat 08:00-dan növbəti gün səhər saat 08:00-adək – 24 saat) növbəlilik əsasında yürüdürlər. Belə olan halda isə, bu o deməkdir ki, gözətçilər hər biri ayda 240 saat olmaqla çalışırlar. Bu isə şikayətçinin də dediyi kimi, Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinin tələbləri ilə qeyri-uyğunluq təşkil edir. Əlavə iş saatlarına görə isə gözətçilərin əməkhaqqına əlavə ödənişlər köçürülmür.
Bildiyiniz kimi, qanunvericiliyə və 2020-ci il üçün ƏƏSMN-nin təsdiq etdiyi qərara görə, Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, adıkeçən MMC-də də iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilmişdir. Eləcə də, Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Qanunvericiliyə uyğun olaraq 2020-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Halbuki, göründüyü kimi, Göygöl Yol İstismarı MMC-nin gözətçiləri üçün illik iş saatının miqdarı 2880 saat (24X10X12=2880) təşkil edir ki, bu da açıq-aydın əmək hüquqlarının dövlət müəssisəsi tərəfindən kobud qaydada pozulması deməkdir.
Bununla bağlı dəfələrlə yeni direktora iradlar bildirib, tövsiyyə və xahişlər edən şikayətçi heç olmazsa maaşının artırılmasını istəsə də faydasız cavablar alıb. Hətta, rəhbərlik onun qanuni tələblərini boğmaq üçün şəxsi ədavətə və qanundankənar qaydalara əl ataraq 23 noyabr 2020-ci il tarixli 147saylı əmri ilə barəsində heç bir əsası olmayan “intizam məsuliyyətinə cəlb edilmə haqqında “töhmət” elan etmişdir. Direktor bunun üçün şəxsi ədavətə girərək zorla tərdib edilmiş saxta aktlara kollektiv üzvlərinin də qol çəkməsinə nail olmuşdur.
Şikayətçi bildirir ki, müdiriyyətlə aralarındakı əmək münasibətləri şəxsi mübahisə mərhələsinə keçib. Direktor açıq şəkildə şəxsinə qarşı maddi – mənəvi təzyiqlər edərək onu şdən qovmaqla da hədələməyə başlamış, bunun üçün vəzifə səlahiyyətlərini aşan imkanlarını səfərbər etmişdir.
Göstərilənlərlə əlaqədar qısa araşdırmalar apardıq və müəyyən etdik ki, hazırda vətəndaşın şikayəti əsasında əmək müfəttişliyində araşdırma aparılır. Eləcə də, şikayətçinin iddiaları həqiqəti əks etdirir. Və agentliyin digər yerli MMC-lərindəki mötəbər mənbələrdən öyrəndik ki, sözügedən bənzər problem digər Yol İstismarı İdarələrində də mövcuddur. Bu isə bəzi ştat vahidlərinin birbaşa Maliyyə Nazirliyi tərəfindən ayrılmaması, nədənsə təsdiqlənməməsi, agentliyin rəhbərliyinin belə problemləri zaman-zaman görməzdən gəlməsilə də əlaqədardır. Yerli idarə rəislərinin bu cür təcrübəsizliyi ilə isə məsələ qabararaq daha çirkin hal ala bilir.
Şikayətlə əlaqədar daha maraqlı bir neçə fakt isə öz gözətçisini yola verə bilməyən direktor Sənan Nəcəfovun özü ilə bağlıdır. Sən demə, idarəçiliyi qənaətbəxş olmayan S.Nəcəfov uzun müddətdir Gəncə Aeroportunun rəisi vəzifəsini qəsb etmiş Bəylər Nəcəfovun oğludur. Yəni, ərköyün və tabeliyindəkinə yekəxanalıq edən Sənanın Azəravtoyol agentliyində “MMC” direktoru olması tamamilə təsadüfdür, öz hünəri deyil, kimlərinsə istək və sifarişidir.
Digər bir məlumata görə isə, Sənan Nəcəfov hazırki vəzifəyə tramplin kimi gətirilib, bəziləri tezliklə onun Göygöl rayon icra hakimiyyəti başçısı olacağını da açıq şəkildə dövriyyəyə buraxıb. Rayonda bu barədə dedi-qoduların sərhəddi son günlərdə genişlənib.
Bildiyiniz kimi, rayon icra hakimiyyəti başçılarının vəzifədən alma və vəzifəyə təyinatı ölkə başçısı, prezident cənab İlham Əliyevin müstəsna səlahiyyətidir. Hazırda rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini Turani Əliyev icra edir, sabiq icra başçısı Arif Seyidov isə cari il mayın 22-də tutduğu vəzifəsindən azad edilib. Rayona yeni və gənc yaşlı başçı təyinatı gözləniləndir.
Bu məqamda isə, S.Nəcəfovu icra başçısı qismində görüb qəbul edənlərə bir sual çıxır – Gözətçilərin əməyini istismar edən, azsaylı kollektivlə yola getməyi və ədalətlə idarə etməyi bacarmayan biri icra başçısı təyin edilərsə 60 minlik Göygöl əhalisini necə idarə edəcək???
İnanaq ki, tez-tez Göygöl rayonundakı milyonluq əmlaklarını ziyarətə gələn Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov yazılanlara diqqət ayırar, MMC-lərdə gözətçi və digər fəhlələrin əməyinin istismarına son qoyulması üçün addımlar atar…
Yazıda adıkeçən hər kəsin də saytımızda söz haqqı var!(demokratik.az)

Osman Nərimanoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam