Yoluxma niyə kəskin artır? -Həkim səbəbləri açıqladı
Koronavirus əleyhinə hazırlanan vaksinlərin əhali arasında tətbiqinə hələ başlanılmadığı üçün bütün dünyada yoluxmaların sayında sürətli artım müşahidə olunur.
Yenixeber.org: Bunu Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova deyib. Onun sözlərinə görə, son günlərdə Azərbaycanda da COVID-19 infeksiyasının sürətlə yayılması hər birimizi narahat edir.
"Belə ki, yoluxmaların sayı 4200-ü, ölənlərin sayı isə 40-ı keçib. Bunun bir çox səbəbləri var. Hər şeydən əvvəl, insanlar pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə etməlidir. Amma gəlin baxaq, bu mühüm qaydaya necə riayət edilir? Dəfələrlə deyildiyinə baxmayaraq, bəzi insanlar maskadan düzgün istifadə etmir: maskanı çənənin üstündə gəzdirir, vaxtlı-vaxtında dəyişmir, günlərlə eyni maskadan istifadə edirlər, çirklənmiş maskaları hara gəldi atırlar və bəzi hallarda qarşısındakı insan ilə danışdıqda maskanı çıxardırlar. Bununla da virusun yayılmasına rəvac verirlər".
G.İmanova bildirib ki, infeksiyanın yayılma səbəblərindən biri insanlar arasında virusa inanmamaq kimi düşüncənin, virusun onlara keçməyəcəyi ilə bağlı arxayınlaşmanın yaranmasıdır: "Onlar karantin rejiminin, bəzi məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizə qaydalarına əməl etmək, infeksiyadan qorunmaq istəmirlər. Çox təəssüf ki, bir sıra obyektlərdə insanlar maskadan yalnız cəriməyə düşməmək üçün istifadə edirlər".
Həkimin sözlərinə görə, payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin sayı yeni antirekord rəqəmlərə çatıb.
"Buna səbəb respirator xəstəliklərin məhz bu aylarda artmasıdır. Risk kateqoriyasına daxil olan insanlar: yaşlılar, yanaşı xəstəlikləri olan insanlar özlərini daha çox qorumalıdır. Zərurət olmadıqda evdən çıxmamalıdırlar.
Son vaxtlar tez-tez eşitdiyimiz xəbərlərdən biri də odur ki, koronavirus xəstələri evdə müalicə alarkən təcrid olunmaqdansa, həyətə, küçəyə, marketə çıxır və ətrafdakı insanları yoluxdururlar. Hətta, işə gedən belə xəstələr haqqında da faktlar var. Bu yolverilməzdir! Düzdür, onlar inzibati qaydada cəzalandırılır, lakin başqalarına verdikləri zərər ölçüyə gəlmir, heç bir çərçivəyə sığmır".
G.İmanova qeyd edib ki, xəstəliyin yayılma səbəblərindən biri də ara məsafənin saxlanmamasıdır: "İctimai nəqliyyatdakı vəziyyət göz qabağındadır. Maskalardan düzgün istifadə olunmur, ara məsafə gözlənilmir, tutacaqlardan istifadədən sonra əllər spirtlə təmizlənmir. Əhali arasında maarifləndirmə işləri aparılsa da, yığıncaqlar təşkil edilir, təbii ki, belə məclislərdə insanlar bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olur və nə maska, nə əl yumaq, nə də ara məsafə yada düşmür...
Mütəxəssislər hələ pandemiyanın müəyyən müddət davam edəcəyini vurğulayırlar. Koronavirusa qarşı vaksinlərin kütləvi tətbiqinə qədər hər bir şəxs tələb edilən qaydalara ciddi şəkildə riayət etməli və unutmamalıdır ki, əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır".