Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində özbaşınalıq -İTTİHAM

        

Yenixeber.org: Redaksiyamıza gecə saat 04:00 radələrində daxil olan məlumata əsasən Cəlilabad rayon sakini ailəsinin halı pisləşdiyindən tez onu xəstəxanaya qaldırmışdır. Beləki covid-19 virusunun geniş bir vüsət tapdığı dövürdə Mərkəzi xəstəxana yalnız bu virusa yoluxanlar üçün ayrıldığından Diaqnostika mərkəzinə getmişdir. Qarşılaşdığı mənzərə isə onu mat qoymuşdur. Hansı ki,axşam saatlarında xəstəxanada baş həkim olmadığından növbətçi həkimi tapmaq qərarına gəlib və onları qarşılayan tibb bacısından bunu tələb edib.O isə cavabında,-Bilmirəm hardadır,xəbərmiz yoxdur, deyə Marif bəyə səslənmişdir. Bəs bu durumda mən nə edim deyən xəstə sahibinə isə , -Qızma ölçənimiz sınıb,istəsəniz “su” köçürə bilərik”,deyə cavab veriblər.
Qeyd edək ki,mərkəzdə iki tibb bacısı olub ki,onları da hay-həşirlə yuxudan oyadıblar.

Bu qədər savadsızlığın fövqündə ancaq məsuliyyətsiz işə götürən vəzifə başçıları görmək olar məncə. Axı insan həyatı ilə məşğul olurlar,heyvan deyil.Hərçənd heyvan da canlıdır.

Çarəsiz qaldığını görə xəstə sahibi özləri aptekdən “simens” iynəsi alaraq xəstəyə vurublar. Ardınca səhiyyə nazirliyinə zəng olunub,ordan isə “Bir az gözləyin,gələcəklər” deyilib. Bir qədər sonra yenidən zəng vurulub. Eyni fikirlər təkrar səslənib. Başa düşmək olur axı nə baş verir? Başa düşmək olmur sakinlər vəzifəli şəxslə danışıblar ya fırıldaqçı ilə ki,onları yalan sözlərlə aldadırlar.

İddiaçının sözlərinə görə baytarlar elə heyvan həyatına bu qədər məsuliyyətsiz yanaşmırlar.

Xalqımızın bu günki ağır durumunda əl-ələ verib ayaqda qalmaq əvəzinə bir-birimizə qənim kəsilməsi ən azı vicdanlı bir insanın ürəyi inlətməlidir.Bu kimi məsuliyyətsiz həkimlər olduğu müddətdə əlbəttə virusa yoluxub ölənlərin sayı artar,sağalanların sayı isə çöküş yaşayar. Əgər xəstələrə baxmayacaqlarsa,niyə dövlətdən maaş alırlar? Həmin maaş cəbhədəki əsgərlərin azuqəsinə xərclənər də.

Diaqnostikanın direktoru Eldar Hacıyevə məlumat verilib o da eynən digərləri kimi hadisəni görməzdən gəlib.Sanki gətirilən xəstə ermənidir.Qəbul şöbəsinin qarşısan bir pişik qıvrılıb dayanmışdı.Üzündən “İş vaxtım bitib,gəlin,növbəni dəyişək” ifadəsi aydın sezilirdi.

Son olaraq Səhiyyə nazirliyindən tələbimiz Cəlilabad rayon Diaqnostika mərkəzi həkimləri haqqında ciddi tədbir görməyidir. Buna da məsuliyyətsiz yanaşılsa,İlham Əliyevə ,Mehriban xanıma,Ombusmana şikayətlərimizi bildirəcəyik deyə xəstə sahibi bildirib.(TARtv.az)
                                                                                 ***

 Cəlilabad Müalicə Diaqnostika Mərkəzi ilə bağlı bir müddət əvvəl yenixeber.org-a da ilginc məlumatlar daxil olmuşdur. Məlumatlarda büdcə vəsaitinin müxtəlif satınalmalar adı ilə xərclənməsindən bəhs olunurdu. Bu istiqamətdə aydınlıq gətirilməsi vacib olan faktlar yer alırdı. Biz bəlli qayda və prinsiplərə uyğun Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin direktoru Eldar Hacıyevə online sorğu da ünvanlamışdıq. Sorğuda Müalicə Diaqnostika Mərkəzininin “PROF-DEZ” MMC ilə sanitariya və gigiyena işləri ilə bağlı əməkdaşlığına dair bir neçə sualımızın cavablandırılması xahiş olunurdu. Xatırladaq ki, tərəflər arasında 22.09.2020-cil tarixdə 22000 manatlıq müqavilə bağlanıb... Təəssüf ki, bu günə qədər sorğumuza cavab ala bilmirik.
Yenixeber.org   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam