Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ermənilər indi də “mədəni təmizləmə” siyasəti aparır-PROBLEM

 

 İşğaldan azad edilən ərazilərdəki xristian məbədlərinin taleyindən narahat olan dövlətlər, xüsusən Rusiya, Azərbaycanın tarixi keçmişinə aid mədəniyyət abidələrinin oğurlanması qarşısında səssiz qalıb

Yenixeber.org: Ermənistan tərəfindən Azərbaycana qarşı aparılmış işğalçı siyasətinn qurbanları təkcə dinc sakinlər, ölkə vətəndaşları yox, həm də tarixi-mədəni abidələrdir. Noyabırın 10-da imzalanan atəşkəs haqqında bəyanata əsasən 20 noyabra qədər Ağdam rayonunu boşaltmalı olan erməni işğalçıları hər zamankı kimi dağıdıcı və pozucu əməllərindən əl çəkmirlər. Onlar Ağdam rayonunda yerləşən muzeydən qanunsuz qazıntılar nəticəsində əldə etdikləri arxeoloji materialları Ermənistana daşıyıblar.

Arxeoloji qazıntıların aparıldığı yer Şahbulaq qalası və onun ətrafıdır. Həmin qala Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə tikilib. Qarabağ xanlığının bir müddət inzibati mərkəzi, ümumilikdə isə xanlığın yay iqamətgahı bura olub. Yəni ermənilərin oğurlayaraq Ermənistana daşıdıqları bu materiallar Azərbaycanın və Qarabağın keçmişini, tarixi və mədəni irsini özündə əks etdirir.

Tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev saytımıza açıqlamasında xatırlatdı ki, Şahbulaq qalasının birinci mərtəbəsindəki muzey Qarabağ ərazisində mərkəzi muzey idi:

Ətraf ərazilərdən, o cümlədən Xocavənd, Ağdərə, Xankəndi, eləcə də Ağdam ərazisinin özündən olan əsas tapıntılar burada toplanıb. Bu tapıntıların arasında Son Tunc və Ekən Dəmir dövrlərinə aid olanlar üstünlük təşkil edirdi”.

Tarixçi əlavə etdi ki, biz hələ 100-150 il əvvəl Azərbaycan ərazisində tapılaraq kənara aparılmış maddi-mədəniyyət nümunələrinin ölkəyə qaytarılması haqqında düşünürük:

“Qarabağdakı tapıntıların böyük bir qismi Ermitajda və dünyanın başqa muzeylərində saxlanılır. Biz dövlət səviyyəsində aparılan danışıqlar nəticəsində həmin tapıntıların geri, ölkəmizə qaytarılmasına çalışırıq. Bu istiqamətdə işlər görülür. Amma bu gün göz görə-görə, hamının izlədiyi bir halda, bunlar bu qədər materialların hamısını daşıyıb, Ermənistana aparırlar. Tam qanunsuz addımdır”.

Qeyd edək ki, bu qanunsuz əməllərlə bağlı ilk olaraq vaxtilə Şahibulaq qalası ətrafında qazıntı işləri aparan Ermənistan Arxeoloji Ekspedisiyasının rəhbəri Hamlet Petroysan öz “Facebook” səhifəsində paylaşıb edib. H.Petrosyanın bu məlumatı açıq yayması erməni cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb, bəziləri hadisənin ictimailəşdirilməsinin düzgün olmadığını yazıblar.

“Sputnik-Armeniya”nın xəbərinə görə, Ağdam muzeyində olan eksponatlar artıq İrəvana gətirilib.

Beləliklə, daha əvvəl Azərbaycanın işğal edilmiş torpaqlarında etnik təmizləmə aparmış Ermənistan müharibədəki məğlubiyyətindən sonra bu dəfə “mədəni təmizləmə” siyasəti həyata keçirərək, tarixi və mədəni irsimizi oğurlayır. Bu gün işğaldan xilas edilən ərazilərdəki xristian məbədlərinin taleyindən narahatlığını ifadə edən dövlətlər, xüsusən Rusiya, Azərbaycan xalqının çoxəsrlik tarixi keçmişindən yadigar qalan mədəniyyət abidələrinin erməni vandalizmindən mühafizəsi istiqamətində heç bir addım atmır.

Azərbaycan hökuməti bu problemi mütləq beynəlxalq qurumlarda, xüsusən UNESCO-da qaldırmalı və həmin tarixi materialların geri qaytarılmasına çalışmalıdır.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam