Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fərarilər ölkəsində xaos - Paşinyanın sonu yaxınlaş

 

Azərbaycan Ordusu Qarabağ cəbhəsində gedən ağır döyüşlərdə tarixi qələbələr qazanmaqda davam edir. İşğalçı Ermənistan isə biabırçı məğlubiyyət burulğanında çırpınır.
Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın qarşısında məğlub olduqlarını erməni cəmiyyətinə heç cür izah edə bilmir, üzləşdiyi acınacaqlı vəziyyətdən çıxış yolları axtarır.

Son bir aylıq döyüşlər erməni əhalisi arasında illərlə formalaşmış "güclü ordu" mifini darmadağın etdi. Belə absurd mifi təbii ki, Ermənistan rəhbərləri yaratmışdı. Amma ordumuzun əks-hücum əməliyyatları Ermənistanın əsl simasını üzə çıxardı. İşğalçı ölkə bir anda xəyanətkarlar, fərarilər yuxasında çevrildi...

Təkcə bir məqamı xatırladaq ki, son 20 gündə Ermənistanda 4 yüksək vəzifəli şəxs işdən qovulub. Oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan və eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifəsindən uzaqlaşdırılıb. Adları çəkilən məmurlar vəzifədən getdikdən sonra xəyanətdə ittiham edilirlər.

Əlbəttə, Ermənistanda hökm sürən xaos yalnız ordu daxilində deyil, cəmiyyətdə də ağır nəticələr verir. Sadə ermənilər övladlarının, yaxınlarının məğlubiyyətlərlə nəticələnən döyüşlərə getməsini istəmirlər. İnsanlar evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır. Hakimiyyətə qarşı kütləvi itaətsizlik, fəralilik o həddə çatıb ki, Nikol Paşinyan Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyanı oktyabrın 28-də vəzifəsindən azad edərək maaşını saxlamaqla cəhbəyə göndərib. Bu da fərarilik hallarının qarşısını almağa kömək etməyib. Görünür, V.Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərarilələrə qarşı ədliyyə orqanlarının cəza tədbirləri görə bilməməsi ilə bağlıdır, bu yolla Paşinyan hakimiyyət nümayəndələrini qamçılamağa çalışır.

Ermənistanda vətəndaşlar təkcə ordunun ağır məğlubiyyəti, ölkədə hərc-mərclik, özbaşınalıqdan deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Hazırda Ermənistanda ərzaq daxil olmaqla əksər məhsulların qiymətində kəskin artım müşahidə olunur. Bahalaşma onsuzda ciddi sıxıntılar içində yaşayan kasıb ermənilərin vəziyyətini daha da ağırlaşdırır.

Bu azmış kimi, erməni mətbuatı ölkəyə gətirilən malların əksəriyyətinin qiymətinin yenidən qalxacağının anonsunu verib. Kəllə-çarxa qalxan qiymətlər dərin iqtisadi böhran yaşayan, bundan əlavə, koronavirusla mübarizə aparmaq iqtidarında olmayan Ermənistanda həyatı iflic edir. Problemlər getdikcə işğalçı ölkəni fəlakətə sürükləyir.

Bütün bunların fonunda siyasi təlatümlər Paşinyan hakimiyyətinin sonunu gətirir. Artıq Ermənistanda siyasi qüvvələr, klanlar arası qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, dünya yaxın günlərdə Nikolun qurduğu gestapo rejimini çöküşünü müşahidə edəcək. Bu işdə Azərbaycan Ordusunun vurduğu zərbələr isə həlledici olacaq!(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam