Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İnformasiya məkanında təbliğat zamanı nəzərə alınmalı-FAKTORLAR

 

 "Son günlər xalqımızın hər bir fərdi ölkəmizə, ordumuza və dövlətimizə bacardıqca dəstək olmağa çalışır. Ən çox dəstək verilə bilən sahələrdən biri də informasiya məkanında aparılan mübarizədir ki, hər birimizi əlimizdən gələni etməyə çalışsaq da, bəzən özümüz də istəməyərək səhvlər edə bilərik".
 
Yenixeber.org: Bunu biznes üzrə ekspert Rüfət Əzizov bildirib.
 
O, informasiya məkanında məqsədyönlü və effektiv təbliğat zamanı nəzərə alınması gərəkən 10 faktoru qeyd edib:
1. Niyə bizim yazdığımızı sosial şəbəkələrdəki auditoriyamız oxumalıdır? Bu suala cavab vermək üçün özümüzü fikir çatdırmaq istədiyimiz tərəfin yerinə qoymalıyıq. Sizə sosial şəbəkələrdə yazılan postlar hansı hallarda marağlı olur? Bu faktorları nəzərə alaraq, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğat kontentimizi xitab etdiyimiz auditoriyaya və ya ümumi bəşəri dəyərlərin qorunması şərtlərinə maksimum uyğunlaşdırmalıyıq. 
2. Yumşaq gücdən istifadə. Ümumiyyətlə, aqressiv bir tərəfli fikirlər neytral auditoriya tərəfindən qəbul olunması ehtimalı azdır. Məsələn, müharibəni əks elətdirən, müharibəyə ruhlandıran fikirlər xarici auditoriya tərəfindən qəbul olunmur, hətta onların müəllifi "müharibəni və ölümləri dəstəkləyən” insan kimi qəbul oluna bilər. Lakin bunun yerinə "öz evimə qayıtmaq istəyirəm”, "çox dinli və multi-kultural Qarabağ görmək istəyirəm”, "haqq və ədalətin bərpa olunmasın istəyirəm”  kimi fikirlər müsbət qəbul oluna bilər. Azərbaycan vətəndaşının müharibə deyil, sülhün tərəfdarı kimi təqdim olunması əhəmiyyət kəsb edən məqamdır. 
3. İnam və reputasiyadan istifadə. Profesional şəbəkələrdə təbliğ etdiyiniz kontentin qəbul olunması, onu təbliğ edənin reputasiyasından və insanların ona inamından da asılıdır. Bölüşdüyünüz kontent haqqında bilikli olmağımız və ya kontenti maksimum öz bilik və təcrübəmizə uyğunlaşdırmaq həmin məlumata xarici auditoriya tətəfindən inamı çoxaldır. Məsələn, sizi daha çox hüquqşünas kimi tanıyırlarsa və uzun illər ərzində özünüzün "self-branding” – ini bu sahə üzərində qurmusunuzsa, sizin məhz hüquqi prizmadan səsləndirəcəyiniz fikirlər daha ciddi qəbul olunacaqdır.     
4. Formalaşmış dərketmə əsasları ilə mübarizə. Erməni diasporasının təsiri nəticəsində uzun illər ərzində müxtəlif cəmiyyətlərdə ermənilər haqqında səhv dərketmə formalaşmışdır. Erməniləri yazıq, məzlum və təcavüzə məruz qalan millət kimi tanıyırlar. Kök atmış fikirləri dəyişmək üçün rasional düşüncə, rəsmi statistika və faktlardan istifadəsi, eləcə də alternativ ssenarilərin ərsəya gəlməsi vacibdir. Misal olaraq, Amerika mediasının səyi nəticəsində qara dərili insanların cinayət törətmə ehtimalı digərlərindən üstündür stereotipi formalaşıb. BlackLivesMatter hərəkatı bu ustiqamətdə öz töhfəsini verməkdədir. Halbuki rəsmi statistikaya əsasən, cinayət törətmiş insanların çoxusu ağ dərili insanlardır. BlackLivesMatter hərəkatı müxtəlif araşdırmalar ilə  bu istiqamətdə öz töhfəsini verməkdədir.
5. İndividual fikir çatdırma vacibdir. Kütləvi təbliğat nəticəsində sizə xarici dostlarınız, hətta tanımadığınız əcnəbilər individual mesaj yaza bilər. Bu mesajlara ciddi yanaşıb, vaxt sərf edib ətraflı cavab yazmağınız vacibdir. Nəzərə alın ki, sosial şəbəkələrdə məhz insandan-insana özəl təbliğatın gücü kütləvi təbliğatdan daha təsirli olur. Məsələn, Suriyada döyüşlərə gedənlərin əksəriyyəti kütləvi mesajlar ilə deyil, məhz individual mesajlar və görüşlər ilə təsir altına alınmışdır. 
 
6. Hekayənizi danışın. Kütləvi təbliğat ilə yanaşı, hekayənizi danışmağa və yazmağa çalışın. Yazınız qısa olmaq şərti ilə, əsas məqamları vurğulamalıdır. Hekayələriniz peşəkar məşquliyyətinizə uyğun spesifik ola bilər. Məsələn, əgər məktəb müəllimisinizsə, çox güman şagirdləriniz arasında müharibə ilə bağlı xüsusi hissləri və həssaslığı olanlar var. Bu halda hekayənizi "bugün sinifimizin ən şən tələbəsi atasından mesaj almadığı üçün nigaran idi, heç cür dərsə köklənə bilmirdi, sanki hiss etmişdi olanları...” kimi ifadəsi ilə başlaya bilərsiniz.
7. Xarici "influencer”-lər ilə mübarizə. Hər bir influencer-in qorxduğu  bir hal  vardır. Kimsə biznesindən, kimsə reputasiyasından, kimsə də siyası-ictimai karyerasına zərər dəyməsindən ehtiyyat edir. Həmin halları tapıb, onlara qarşı təbliğat aparılmalıdır. Məsələn, hansısa musiqiçinin mahnılarına, hansısa iş adamının məhsullarına qarşı baykot təbliq oluna bilər. Bundan başqa, həmin insanlar xaricdən Ermənistana maddi yardım göstərirlərsə, bu fəaliyyətin qanunsuz olduğunu sübut etmək lazımdır. 
8. Tarixə əsaslanmaq effektiv deyil. Əlbəttə ki, tarix də bizim tərəfimizdədir, lakin tarixi müzakirə etməyin sonu – emosional mübahisədir. Ona görə ki, tarixi hərə bir cür qəbul edir. İnsanların beynlərində artıq dəyişməz fikir formalaşıb ki, onu tarixə əsaslanan təbliğatla dəyişmək mümkün olmayacaq. Tarixə ekskurs etməkdənsə, diskussiyanı bu günün reallıqları əsasıda aparmaq məqsədə müvafiq görünür. Diskussiya zamanı uzun tarixə sahib olmayan, lakin inkişaf etmiş ölkələri nümunə kimi göstərməklə, tarixin müasir dünyamızın inkişaf tempi ilə heç bir əlaqəsi olmadığını əsaslandırmaq vacibdir. 
9. Çox  millətliliyin təbliği. Erməni təbliğatının əsas məqsədlərindən biri də ölkəmizdə olan etnik qruplar arasında nifaq salmaqdır. Faktlara, eləcə də şəxsi hekayələrə əsaslanmış nümunələrlə, o cümlədən etnik əsilli milli qəhrəmanlarımızın nümunəsi ilə dövlətiminiz mono-etnik Ermənistandan fərqli olaraq çox millətli olması faktı geniş təbliq olunmalıdır. Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğu faktı və işqaldan sonra hər iki icmanın birgə sülh şəraitində yaşaması perspektivi vurğulanmalıdır. 
10. Müzakirələrin idarə olunması. Bəzən əsas fikrinizi çatdırmaq üçün önəmli olmayan hansısa əks fikirdə güzəştə getmək vacibdir. Müzakirələr zamanı ciddi əhəmiyyət kəsb etməyən məqamlarda güzəşt inam yarada bilər. Belə ki, kompromis stilinizi işə salmaqla, müzakirənin düzgün şəkildə idarə olunmasına, kritik məqamların işıqlandırmasına yönəltmək məqsədə müvafiq görünür. 
"Bütün yuxarıda göstərilənlər subyektiv fikirlərim olsa da, müşahidələrimə görə peşəkar təbliğat qruplarının hazırladıqları poster və mesajlarda bu faktorlar müəyyən qədər də olsa nəzərə alınır, ona görə geniş sosial şəbəkə istifadəçılərinə həmin peşəkar materiallardan istifadə etməyi tövsiyyə edərdim", - deyə R.Əzizov qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam