Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Lənkəran Yol Tikinti" ASC-nin sədri bələdiyyə sədrini döyüb? —Baş prokurora MÜRACİƏT OLUNDU (VİDEO)

 

 

Lənkəran şəhər Şürük kənd bələdiyyəsinin sədri Valeh Hüseynli Respublika Baş Prokuroru Kamran Əliyevə müraciət edib. 


Yenixeber.org: Bələdiyyə sədri müraciətində "Lənkəran Yol Tikinti" ASC-nin sədri Raqib Məmmədovdan şikayət edir.


Valeh Hüseynli Raqib Məmmədov tərəfindən ağır söyüşlərlə təhqir olunduğunu və döyüldüyünü iddia edir:


"12.09.2020 -ci il tarixində saat 11:00 radələrindəan yaşadığım və bələdiyyə sədri olduğum Lənkəran rayon Şürük kənd yolun kənarında Raqibin işçiləri tərəfindən yolun qazıldığını və  yerin altında olan sovet dönəmindən qalmış qaz torbalarının kəsilərək aparıldığını müəyyən etdim. İşi aparan fəhlələrdən nə üçün bələdiyyə mülkiyyətinə məxsus torpaqların qazıldığını və torbaların hara aparılmasını soruşduqda onlar bunun Raqibin göstərişi ilə  etdiklərini bildirdilər. Dərhal işin dayandırılmasını tələb etdim və bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətini məlumatlandırdım. 


Az keçməmiş qeyd olunan əraziyə yol patrul xidmətinin işçiləri və Lənkəran şəhərində yaşayan, özü cənub bölgəsinin sakini olan, xalq arasında "asfalt Raqib" kimi tanınan "Lənkəran Yol Tikinti" Açıq Səhmdar Cəmiyyətinin sədri və bir neçə müəssisəsinin sahibi Məmmədov Raqib özü də gəldi. Maşından düşən kimi dərhal mənim ünvanıma nalayiq küçə söyüşləri söyməyə başladı. "Sən kimsən!", “gic talış” ifadələri səsləndirməklə mənə qarşı kobudluq etdi. Mən ona iradlarımı bildirən zaman mənə qarşı zorakılıq hərəkətləri edərək kənd sakinlərinin gözü qarşısında əynimdə olan köynəyi cırdı. 


Yol patrul xidmətinin 99-YP-954 nömrəli dövlət nişanlı avtomaşının ekipajı məni onun əlindən aldı. Mən ona şikayət edəcəyimi bildirəndə, o özündən çox razı halda "mənə heç kim heçnə edə bilməz" deyə cavab verdi...".


Valeh Hüseynlinin üzləşdiyi insidentlə bağlı görüntüləri təqdim edirik:

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam