Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Məmurlar ANS-ə qurşaqdan aşağı zərbə endirdilər"

 Mirşahin Ağayev onun verilişinin yayımının dayandırılması barədə qərarın bütün MTRŞ üzvləri tərəfindən yekdilliklə qəbul edildiyini bildirib.

Xeberinfo.com:   «Bu təxribatdır. Biz devalvasiyadan sonra ajiotajın qarşısını almaq üçün bütün imkanlardan istifadə etmişik. Son verilişdə maliyyə naziri Samir Şərifov çıxış etmiş və məsələyə aydınlıq gətirərək xalqı sakitləşdirmişdi», - Ağayev belə deyib.

Telejurnalist qeyd edib ki, ölkə prezidenti İlham Əliyev ANS-in və ümumilikdə jurnalistlərin dostudur.

Ağayev deyib: «Mən əminəm ki, prezident mütləq bu məsələyə münasibət bildirəcək və bu ədalətsiz qərarın ləğvi üçün hər şey edəcək. Mən prezidentə və onun ədalətliliyinə inanıram».

Telejurnalist əlavə edib ki, Teleradio Şurası formal xarakter daşıyan kollegial orqandır.

«Əslində, bu, dekorativ bir orqandır. Prezident ictimai nəzarətin gücləndirilməsini və bütün hadisələrə tənqidi yanaşma tələb edir. Məmurlar isə, əksinə, ictimai nəzarəti və prezidentin demokratik prinsiplərin qorunmasına yönəlmiş siyasətini əngəlləyirlər», - jurnalist belə deyib və qeyd edib ki, əgər milli məhkəmələr ANS-i məmurların hücumlarından qorumasalar, telekanal Avropa məhkəməsinə müraciət edəcək.

Mirşahin Ağayevin səzlərinə görə, məmurlar Azərbaycanda sovet senzurasını bərpa etmək istəyirlər.

«Bu nə deməkdir? 2 cümləyə görə verilişi bağlayırlar. Əgər bu, senzura deyilsə, bəs nədir? Məmurlar jurnalistləri nəzarətə götürməyə çalışırlar ki, biz onların dediyi ilə oturub duraq. Lakin demokratik mətbuat buna yol verə bilməz», - Ağayev belə deyib.

Telejurnalist mətbuat konfransında həmçinin dövlət büdcəsindən MTRŞ üçün ayrılan vəsaitlərin qeyri-məqsədəuyğun xərclənməsi məsələsinə də toxunub.

«İndi isə biz Şuradan soruşuruq — büdcədən ayrılan 10 milyon manatı hara xərcləyiblər? Qoy xalqın qarşısında cavab versinlər. Bu pullar hara gedib? Onları hara xərcləyirlər? Onlar gözləyirlər ki, biz belə xoş olmayan suallar verməyək. Lakin biz bu və başqa tikanlı suallar verməyə davam edəcəyik», - Mirşahin Ağayev belə deyib.

***

«Milli Teleradio Şurasının (MTRŞ) qərarı nəinki qanunsuzdur, hətta faktiki olaraq söz azadlığına və demoktratiyaya qarşı atılmış addımdır».Məlumata görə, bunu bugünkü mətbuat konfransında məşhur telejurnalist Mirşagin Ağayev, ANS telekanalında «Hesabat» verilişinin yayımlanmasına qoyulmuş 1 aylıq qadağanı şərh edərkən deyib.

Mirşahin Ağayev MTRŞ-nin qərarını «məmurların özbaşınalığı», «faktiki olaraq senzuranın tətbiqi» və «jurnalistlərin hüquqlarının məhdudlaşdırılması» kimi qiymətləndirib.

«Biz məmur özbaşınalığı ilə sona qədər mübarizə aparacağıq», - deyən Mİrşahin Ağayev onu da qeyd edib ki, üzümüzə gələn bazar günü «Hesabat» verilişi efirə getməyəcək, belə ki, telekanal bu qərarın qanun çərçivəsində ləğvinə çalışacaq.

Telejurnalist mətbuat konfransındakı çıxışında deyib: «Bu gün bizim əməkdaşlarımızı MTRŞ-nin iclasından qovublar və qərarı onlar olmadan veriblər. ANS Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağ uğrunda mübarizə aparıb. Bu mübarizədə biz şəhidlər vermişik. Lakin bu gün bizə qurşaqdan aşağı zərbə endiriblər. Mən öz intuisiyama inanıram və o mənə deyir ki, artıq sabah biz pozitiv xəbərlər alacağıq və MTRŞ öz qərarını dəyişəcək».

***

Bu gün Milli Teleradio Şurasının (MTRŞ) növbəti iclasında qəbul edilmiş qərara əsasən, 24 yanvar 2016-cı il tarixdən ANS telekanalında «Hesabat» verilişinin yayımı 1 ay müddətinə dayandırılıb.

Saat 19:00-da verilişin aparıcısı, jurnalist Mirşahin Ağayevin bu məsələ ilə bağlı mətbuat konfransı başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam