Redaktor seçimi
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun... -
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Günün xəbəri

“Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”-"Bütün bunlar Prezident İlham Əliyevin uğurlu təşəbbüskarlığının nəticələridir”


“Hərtərəfli inkişaf, etibarlı və vacib tərəfdaş statusu, dünya üçün əhəmiyyətli və bir o qədər strateji layihələri Azərbaycanın beynəlxalq imkanlarının genişlənməsində mühüm rol oynayır. Ölkəmizlə əlaqələr quran dövlətlər hər zaman bu münasibətlərdən məmnunluqla danışıblar. Odur ki, Azərbaycanla əməkdaşlığa üstünlük verən, özünün strateji tərəfdaşı hesab edən dövlətlərin sayı artmaqdadır. Sondövrlər Balkan ölkələri, xüsusilə Bolqarıstanla Azərbaycanın münasibətlərində yüksək dinamizm müşahidə olunur. Bildiyimiz kimi, bu ölkə ilə əlaqələrimiz qarşılıqlı hörmət etimada əsaslanaraq siyasi, iqtisadi,e nerji, mədəni və digər sahələri əhatə etməklə sürətlə inkişaf edir”.
Yenixeber.org: Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
AHİK sədri rəsmi Sofiyanın uzunillər davam etmiş Qarabağ münaqişəsi dönəmində obyektiv mövqeyini xüsusi olaraq xatırladıb: “Bu ölkə ardıcıl olaraq ədalətli yanaşma sərgilədi, münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunması prinsipindən çıxış etdi. Bu, təbii ki, həmin dövr üçün Azərbaycanın haqq işinə böyük dəstək idi. Eləcə də Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən sonra Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana Cumalıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam şəhərində oldu və orada törədilən vandalizm aktlarını birbaşa öz gözləri ilə gördülər. Ümumiyyətlə, iki ölkənin dostluğuna böyük təkan verən amil dövlət başçıları səviyyəsində təşkil olunan səfərlərdir. Səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan səmimi dialoq münasibətlərimizi indiki səviyyəyə çatmasına geniş zəmin yaradıb. Xüsusilə 2015-ci ilin mart ayında Prezident İlham Əliyevin Bolqarıstana baş tutan rəsmi səfəri və imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Eləcə də dost ölkənin Prezidenti Rumen Radevin 2017-ci ildə Azərbaycana səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rola malik olub”.
“Sözsüz ki, enerji sahəsi ölkələrimiz arasında tərəfdaşlığın özəyini təşkil edir. Azərbaycan hazırda Bolqarıstanın enerji təhlükəsizliyində böyük rola malikdir. 2023-cü ildə 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı bu ölkəyə nəql olunub. Bu il isə bunun 1,5 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Təbii ki, bu da yüksək göstəricidir. İnanırıq ki, Bolqarıstan Prezidenti cənab Rumen Radevin ölkəmizə budəfəki səfərinin nəticələri uğurlu olacaq, ikitərəfli əməkdaşlığı yeni sahələr üzrə daha da genişləndirəcək. Strateji tərəfdaşlığın gücləndirilməsi, texnoloji innovasiya və digər sahələrə aid sənədlərin imzalanması bu qənaətə gəlməyə əsas verir”, - Milli Məclisin deputatı vurğulayıb.
AHİK sədri qeyd edib ki, Azərbaycan və Bolqarıstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı cənab İlham Əliyev yaşıl enerji sahəsindən də bəhs etdi: ”Həmçinin Prezident Rumen Radev də Azərbaycanın yaşıl enerji layihələrinin perspektivinə toxundu. Qürurvericidir ki, Azərbaycan yaxın gələcəkdə həm də yaşıl enerji təchizatçısı olaraq da tanınacaq və dünya üçün nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha sübut edəcək. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin effektli enerji siyasətinin, uğurlu təşəbbüskarlığının nəticələridir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam