Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Cəmil Həsənlinin dedikləri həqiqətə uyğun deyil”

 

 

    "xeberinfo.com" Milli Şuranın sabiq üzvü, “El” Hərəkatının sədri Eldar Namazovun APA-ya verdiyi müsahibəsini təqdim edir.

 
- Milli Şuranın sədri Cəmil Həsənli sizin Milli Şuranın vahid namizədi olmaq istədiyinizi, bu istəyinizə çata bilmədiyinizi, ancaq Rüstəm İbrahimbəyov mandatı və Milli Şura ideyası sayəsində İsa Qəmbər və Əli Kərimli ilə bərabərhüquqlu tərəfə çevrilmək arzunuza çatdığınızı bildirib. Bu sözləri necə qarşıladınız?
 
- Söhbət bir-iki məsələdən getmir, orada qaldırılan məsələlərin demək olar ki, hamısı həqiqətə uyğun deyil. Ona görə də bütün bu qaldırılan məsələlərə yaxın zamanlarda münasibət bildiriləcək. Ancaq hələlik onu deyə bilərəm ki, prezident seçkilərinə hazırlıq başlayan dövrdə, demək olar ki, əksər siyasi qurumların rəhbərləri seçkilərdə iştirak etməklə bağlı hazırlıq işlər görürdülər. Bəziləri artıq bu haqda rəsmi qərarlar da qəbul etmişdilər. Digərləri isə seçkilərdə iştirakla bağlı qərarları qəbul etmək ərəfəsində idilər. Ancaq Milli Şura ideyası meydana gəldiyinə görə Milli Şura fəlsəfəsinin bünövrəsində həmin ideyanın ətrafında siyasi qurum rəhbərlərinin bir addım geri çəkilərək müstəqil namizədi dəstəkləmək ideyası dayanırdı. Biz siyasi qurumların rəhbərlərini Milli Şuraya apararaq razılığa gəldik ki, 2013-cü il seçkilərində siyasi qurumların rəhbərləri bir addım geri çəkilib müstəqil ziyalını vahid namizəd kimi irəli sürsünlər. Bu razılıq əsasında da Milli Şura yarandı və əvvəlcə Rüstəm İbrahimbəyov vahid namizəd kimi irəli sürüldü, ancaq onun qeydiyyatında problem yarananda Cəmil Həsənli, Mehman Əliyev və başqa ziyalıların namizədliyi gündəmə gəldi. Yenə də ümumi qərar qəbul olundu. Burada mənzərə o qədər aydın idi ki, kiməsə irad bildirməyə heç bir əsas da yox idi. Siyasi qurumların rəhbərləri öz iddialarından geri çəkildilər ki, heç bir siyasi qurumun üzvü olmayan bir namizədi dəstəkləsinlər.
 
- Cəmil Həsənli onu da bildirib ki, siz onun vahid namizədliyinin qəti əleyhdarı olmusunuz...
 
- Mən yenə qeyd edirəm ki, bütün bu məsələlərlə bağlı açıqlama yayacağam. Gözləmək lazımdır.
 
- Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, “El” Hərəkatını şişirmək lazım deyil, orada yalnız siz təmsil olunursunuz və onun iddiasına görə, siz siyasi güc mahiyyəti kəsb etmirsiniz. Bununla yanaşı, son günlər VİP və “El” Hərəkatı arasında hətta təhqirlərə yol açan qarşılıqlı ittihamlar davam edir. Bu məsələyə münasibətiniz necədir?
 
- Bir müddət əvvəl elə Əli Əliyev verdiyi müsahibəsində bildirmişdi ki, “El” Hərəkatının rəhbəri Eldar Namazovu həbs etmək lazımdır. O, hansı yollardan keçərək bu günə gəlib, bu da bəllidir. Mən onun vaxtilə “Azadlıq” blokundan nə cür çıxmasını da bilirəm. Ona görə də onun bizə qarşı apardığı kampaniyanı görürük və açığını deyim ki, bizim üçün bu adamın nə danışdığı əhəmiyyət kəsb etmir. Sadəcə, “El” Hərəkatının üzvü olan görkəmli ziyalılar, Eldəniz Quliyev və digərləri əslinə qalsa, özü bir siyasi qurum yaradıb ona rəhbərlik etməyə qadir olan insanlardır. Onlara qarşı bütün etik normaları keçib, təhqiramiz ifadələr işlətmək yolverilməzdir. Hər halda? biz onların bəyanatlarına fikir vermirik. Lakin insanın şərəf və ləyaqətini alçaldan ifadələr olanda, təbii ki, bizim üzvlərimiz buna reaksiya verməyə məcbur olurlar. Nədənsə heç vaxt “El” Hərəkatının üzvləri başqa qurumları təftiş etmirlər, lakin hər gün bəzi öyrədilmiş adamlar bizim əleyhimizə bəyanatlar verirlər. Xeyir ola? Əgər burada heç bir potensial, heç bir qüvvə yoxdursa, bu “diqqət” hardan qaynaqlanır?
 
- Ziyalılar Forumunun gələcək fəaliyyəti barədə nə deyə bilərsiniz?
 
- Bu haqda forumun üzvləri qərar verməlidirlər və biz bu yaxınlarda yəqin ki, bir araya gələcəyik. Tanınmış ziyalılar bu günlərdə Azərbaycana qayıtmalıdırlar. Ziyalılar bir yerdə toplaşıb hansı qərar verəcəklərsə, o qərar əsasında da hamı hərəkət edəcək.
 
- Siz Ziyalılar Forumunda təmsilçiliyinizi bundan sonra da davam etdirməyi düşünürsünüzmü?
 
- Mən Ziyalılar Forumunun yığıncağını gözləyirəm. Ümumi qərar necə olacaqsa, elə də hərəkət edəcəyik. Şəxsən mənim fikrim ondan ibarətdir ki, Ziyalılar Forumu Azərbaycan cəmiyyətinə lazımdır. Təbii ki, seçki kampaniyası dövründə başqa qurumların fəaliyyəti necə kölgədə qalmışdısa, Ziyalılar Forumu da bu dövrdə toplanmırdı. Lakin artıq seçki prosesi bitib və qurumun müxtəlif üzvləri mətbuatda öz fikrilərini bildirirlər. Sadəcə, hamının yenidən danışıqlar aparıb, ümumi qərar qəbul etməsinə ehtiyac var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam